Məhkəmə qərarları › İş №e-2(019)-215/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-215/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-215/2022 16.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN-464, kod 40110018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” sənədinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1962ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. Onun valideyləri-atası X3, anası isə X4 olmuşdur.Valideyləri vəfat etmişdir. 1980-cı ildə Balakən rayonunun Gərəkli kənd sakini X12 ilə evlənmişdir. Nikahlarını 16.11.1981 -ci il tarixdə Balakən rayon Qullar kənd icra Nümayəndəliyində rəsmiləşdirmişlər. O, ərə getdikdən sonra Qarayeva soyadını qəbul etmişdir. Ərə getdikdən sonra Gərəkli kənd sakini olmuş mərhum X8 təsərrüfatına qeydiyyata düşmüş və hal-hazıra kimi həmin təsərrüfatda qeydiyyatdadır.Dövlət tərəfindən Aqrar islahatı aparılarkən onun və ailə üzvlərinin payına JN-464 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Hal-hazırda mülkiyyətinə verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş,18 saylı Ərazi İdarəsindən ona ünvanlanmış məktuba əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ‘Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” sənədində onun ata adı Süleyman əvəzinə Xalit kimi qeyd olunmuşdur. Onun atasının adı Süleymandır, Xalit isə həyat yoldaşının adıdır. Dövlət aktında onun ata adı səhv yazıldığından o, “ Çıxarış” ala bilmir. Ona məxsus doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə atasının adı Süleyman kimi göstərilmişdir.Həmin torpaq sahəsi də onun istifadəsindədir. Ona görə də hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə Məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçinin atası X3, anası X2 olmuşdur. Qarayev Xalit isə ərizəçinin əridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçinin atası X3, anası X2 olmuşdur.Qarayev Xalit isə ərizəçinin əridir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 464, KOD 40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13, X5, X6, Ərizəçi Xalit qızına, X7, X9, X10 və X14 Balakən rayonu Gərəkli kəndi ərazisindən 1.03 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 noyabr 1962-ci ildə verilmiş AZ seriyalı 293268 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxx 1962-ci ildə anadan olmuş, atası X3, anası X2 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd icra nümayəndəliyi tərəfindən 22 dekabr 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 arasında 16.11.1981-ci ildə 58 nömrə ilə nikahları qeyd edilmiş, nikah bağlanandan sonra arvada Qarayeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 29 dekabr 2021-ci il tarixli **********30 nömrəli məktubda göstərilmişdir ki, “Torpaq islahatı nəticəsində veriİmiş torpaq sahəsinə dair tərtib edilmiş Dövlət Aktında mülkiyyətçiİər siyahısında düzəİiş edilərək adının şəxsiyyət vəsiqəsinə uyğun qeyd oİunaraq həmin torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağİı məlumat veririk ki, torpaq islahatı nəticəsində verilmiş torpaq mülkiyyət hüququna dair Dövlət Aktında subyektİərin siyahısında düzəlişİərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqİarın dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövİət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarİa qeydiyyata alınmış hüquqİar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, huquqların mövcudİuğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudİaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci ye 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda huquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzİuğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır”. Məhkəmə ərizəçinin izahatını,şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13, X5, X6, Ərizəçi, X7, X9, X10 və X14 Balakən rayonu Gərəkli kəndi ərazisindən 1.03 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 464 KOD 40110018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanıb təqdim edilmişdir. Lakin Dövlət aktında Ərizəçi ata adı səhvən “Xalit”, yazılmışdır. Ərizəçi mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi sözügedən uyğunsuzluğa görə qeydiyyat aparmaqdan imtina etmişdir. Ərizəçi bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd hesab edilən JN-464, kod 40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi Xalit qızına aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-464, kod 40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi Xalit qızına aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar