Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-215/2024 19.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı cərimənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X1 adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Akta əsasən Cavabdeh İB X7 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat cərimənin ləğv edilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onun də yaşadığı evə qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 10 metrdən çox uzaqlıqda hasarın üzərində yol tərəfdə yerləşdirilmişdir. Qeyd etmək istəyir ki, atası X4 ilə birlikdə yaşadıqları evdə qaz paylayıcısı ilə qazın alqı-satqısı barədə müqavilə xx.xx.2023-cü il tarixə qədər atasının adına olmuşdur. Atası Nəriman 20 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. 12 may 2022-ci il tarixdə Cavabdeh İB X7 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən istifadələrində olan G-4 markalı ******* nömrəli qaz sayğacı götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır.Qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən istifadələrində olmuş sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürüldüyü bildirilmişdir. Qaz sayğacı dəyişdirilərkən tərtib olunmuş Akt həyat yoldaşı Heyran Həsənova tərəfindən imzalanmışdır. Əvvəl istifadələrində olmuş sayğac çıxarılarkən və akt tərtib olunarkən sayğacda hər hansı xətanın olması barədə ailə üzvlərinə bildirilməmişdir. 23 sentyabr 2022-ci il tarixdə istifadələrində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi verilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Bu barədə 30 mart 2023-cü tarixdə ******* saylı Akt mərhum atası X1 adına tərtib edilmişdir. 2023-cü ilin oktyabr ayının sonunda ona məlum olmuşdur ki, mərhum atası Nəriman barəsində belə bir Akt var və 1555.20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat cərimə olunmuşdur. Həmin cərimə ondan tələb olunur. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB ilə aralarında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.Cərimə olunduğunu bildikdən sonra o,qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, G-4 markalı ******* nömrəli qaz sayğacına onun, yaxud ailə üzvləri tərəfidən heç bir müdaxilə olunmamışdır.Qazdan istifadə etdiyi müddətdə müntəzəm olaraq hər ay mərhum atası Nəriman və o, qaz ödənişlərini etmişlər. Hal-hazırda mərhum atasının adına tərtib olunmuş ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən edilmiş cərimə ondan tələb olunur. Cəriməni ödəmədiyi təqdirdə evə qaz verilişinin dayandırılacağı bildirilir. Məhkəməyə bildirir ki, qaz sayğacı evlərindən 10 metr qədər aralıda hasarının üzərində yol tərəfdən yerləşdirilmişdir. Onun mühafizəsinə o və ailə üzvləri cavabdeh deyillər. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Balakən rayon şöbəsindən tələb etsə də bu mümkün olmamışdır. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı Məhkəməyə müraciət edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərək, icraatda olan e-2(019)-215/2024 saylı mülki iş üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsinə dair xx.xx.2024-cü il tarixə nəzərdə tutulmuş baxış iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbininin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 yanvar 2022-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli AKX-05324xx/xx- 2023 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh İB ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12 may 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki,Balakən rayonu Poçtbinə kəndində yaşayan X3 məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır. Sayğac istismara yararsızdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi cəmi 12960 kub/metr hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı Həsənov X5 rayonunun Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır.Onun yaşadığı ev atası X1 mülkiyyətində olmuşdur. X4 20 yanvar 2022-ci ildə ölmüşdür.Atasının ölümündən sonra qazdan istifadə ilə bağlı müqavilə İddiaçı ilə bağlanmışdır.Onun yaşadığı evə də təbii qazın verilməsi qaz sayğacı vasitəsi ilə həyata keçirilir.Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 10 metrdən çox uzaqlıqda hasarın üzərində yol tərəfdə yerləşdirilmişdir. 12 may 2022-ci il tarixdə Cavabdeh İB X7 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən iddiaçı və ailə üzvülərinin istifadələrində olan G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. 23 sentyabr 2022-ci il tarixdə istifadələrində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi verilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Bu barədə 30 mart 2023-cü tarixdə mərhum X1 adına ******* saylı Akt tərtib edilmişdir və ona 1555.20( bir min beş yüz əlli beş manat 20 qəpik) manat cərimə hesablanmışdır.Həmin cərimə məbləği İddiaçı tələb olunduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda, küçədə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının və ya onun mərhum atasının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı və ya onun mərhum atası tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli , Cavabdeh İB X7 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən iddiaçı X3 hesablanmış 1555.20 ( bir min beş yüz əlli beş manat 20 qəpik) manat cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı X4 dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə,dövlət rüsumu ödəməmişdir. İddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 35,55 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB X7 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı 20 yanvar 2022ci ildə ölmüş atası-X3 əsassız hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat 20qəpik) manat borc İddiaçı abonent hesabından (**********01860 ) silinsin. Cavabdehndən 35,55 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-215/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-215/2024
19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver