Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-238/2024 29.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 sentyabr 2005-ci il tarixdə Balakən rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Oğlu -02 sentyabr 2005-ci il tarixdə doğulmuş X7 anadangəlmə çox X14 gerilik diaqozu ilə xəstədir. O Balakən rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır, 1-ci qrup əlildir. Xəstəliyi ilə bağlı sosial müavinət almışdır. Doğulduğu vaxtdan oğlu Samirin kənar şəxs tərəfindən qulluq və baxıma ehtiyacı olmuşdur. O, 18 yaşına qədər dövlətdən sosial müavinət almışdır. Hal-hazırda ona özü baxır və ona qulluq göstərir. Samir onun himayəsində yaşayır. Hal-hazırda oğlu Samirə təkrar olaraq əlillik dərəcəsi təyin edilsə də ona dövlət tərəfindən təyin olunmuş sosial müavinəti ala bilmir. Belə ki, oğlunun 18 yaşı tamam olduğundan və o yetkinlik yaşına çatmış olduğundan onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə1 ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X7 anadangəlmə müddətsiz əlildir. O, ”X14 gerilik” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq o, İ qrup anadangəlmə əlildir və əmək qabiliyyəti yoxdur. X7 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 02 sentyabr 2005-ci ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 22 dekabr 2005-ci ildə verilmiş AZ-İ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 sentyabr 2005-ci-ci ildə anadan olmuşdur. X2, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən Balakən RMX-sı X13n baş direktoru xanım Dilbər Quliyevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli 872 nömrəli məktubda göstərilmişdir ki, sizin xx.xx.20223-cü il tarixli 1020 saylı göndərişinizə əsasən Balakən şəhər Nizami küçəsində yaşayan 2005-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə Şəki RPPX-də HPK tərəfindən müayinə olunmuşdur. D-z:Çox X14 gerilik müalicə və qulluq tələb etmə davaranış pozuntusu F 73.1 İQ əmsalı 19%; özünə qulluq qablyyətinin olmaması ; Kənar şəxslərin qulluquğuna ehtiyacı var; Nitq artikulyasiyasının spesifik pozuntusu F-80.0. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 X6 Şöbəsinin xx.xx.2024-cü il tarixli 273 nömrəli rəyində göstərilmişdir ki,02 sentyabr 2005-ci il tarixdə doğulmuş X3 Dərəcəli Əqli Gerilik, davranış pozuntuları ilə XBT- 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Keçirdiyi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X7 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilməlidir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 02 sentyabr 2005-ci il tarixdə doğulmuş oğlu- X7 anadangəlmə X14 gerilik, F72.1” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X7 İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. X7 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 02 sentyabr 2005-ci ildə doğulmuş X4 xəstəliyi,yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 X6 Şöbəsinin xx.xx.2024-cü il tarixli 273 nömrəli rəyinə əsasən X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi oğlu–02 sentyabr 2005-ci ildə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu–02 sentyabr 2005-ci ildə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-238/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-238/2024
29.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver