Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-249/2023 05.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə2, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi Balakən Rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamının mərhum anası X8 məxsus olmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamının mərhum anası X8 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X10 onun anasıdır. Anasının vəfatından sonra anasından miras qalan əmlaka sənəd düzəltmək üçün DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət edəndə ona bildirmişlər ki,Balakən Rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamı əsasında anasının adına keçirilmiş torpaq sahəsi sənədində anasının adı X1 qeyd edilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsində isə X10 qeyd edilmişdir. Yəni sənədin birində anasının atasının adı “İsmayıl”, digərində isə “İslam” kimi qeyd edilmişdir. Odur ki, həmin ziddiyyətlər məhkəmə tərəfindən aradan qalxdıgı təqdirdə anasından miras qalmış əmlakın qeydə alınması mümkündür. Bunun üçün anasının ata adlarının dəqiqləşməsi və həmin miras əmlaka çıxarış almaq üçün X16 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, həmin ofisdən anasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik işi açılmış və o, həmin sənədi götürüb DƏDRX-nin 18 saylı ərazi idarəsinə müraciət edəndə həmin idarədən ona bildirmişlər ki, “ananızın ata adında uyğunsuzluq vardır, həmin uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırıldıqdan sonra biz sizə həmin mülkiyyətə çıxarış verə bilərik”. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Anasının adına verilmiş bəzi sənədlərdə atasının adının fərqli formada qeyd olunması ucbatından, anasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir ,ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Lakin məhkəməyə qədər uyğunsuzlugun aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Odur ki, məhkəmə işə baxarkən ərizəçinin sözügedən sənədi başqa qaydada ala bilməməsi barədə sübutu məhkəməyə təqdim etməməsini göstərmiş və xx.xx.2022-ci il tarixli 2(019)- 1026/2022 saylı qərardad ilə sənədləri geri qaytarılmış və ona yenidən Balakən rayon İcra Hakimiyyətinə müraciət etməsini tövsiyyə etmişdir. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyətinə müvafiq düzəlişin aparılması üçün müraciət olunsa da bundan imtina edilərək Balakən Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. O, da yenidən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə2 ərizəni müdafiə edərək ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki,Ərizəçi Balakən Rayon İcra Hakimiyyətinə müraciət edərək Balakən Rayon İcra Hakimiyyəti tərəfindən,Balakən şəhər sakini X2 adında olan 0,055 ha həyətyanı torpaq sahəsinin anası X6 adına keçirilməsi barədə 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamda mərhum anası X6 atasının adının texniki səhv olaraq “İsmayıl” kimi yazıldığını göstərərək bu uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir.Araşdırma zamanı qeyd edilən uyğunsuzluğun aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətində hər hansı təsdiqedici sənəd olmadığından ərizəçinin xahişinin təmin olunması mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur.Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, Ərizəçi tanıyır, mərhum baldızı X6 qızıdır. X11 atasının adı “İslam” olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Ərizəçi, oğlunun qaynının yoldaşıdır. Ərizəçinin atası Məmmədsadıx, anası isə Səmayə olmuşdur.Ərizəçinin anası Səmayənin atasının adı “İslam” olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 iyun 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 252154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti tərəfindən 25 avqust 1999-cu il tarixdə verilmiş 190 nömrəli sərəncamda göstərilmişdir: “Balakən şəhər sakini X2 adında olan 0,055 ha həyətyanı torpaq sahəsi X3 adına keçirilsin”. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş X6 Balakən Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizəsində göstərilmişdir: “ərizəmlə yazıb Sizdən xahiş edirəm ki, X2 adına olan torpağı mənim adıma keçirməyə sərəncam verəsiniz”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanmış 05 dekabr 2022-ci il tarixli 02-1884 nömrəli məktubda göstərilmişdir ki, “Ərizəçi Balakən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Balakən şəhər sakini X2 adında olan 0,055 ha həyətyanı torpaq sahəsinin X3 adına keçirilməsi barədə 25 avqust 1999-cu il tarixli 190 saylı Sərəncamda mərhum anası X6 adının texniki səhvə yol verərək X1 yazıldığını, bu uyğunsuzluq səbəbindən anasından miras qalmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilmədiyini göstərək müvafiq köməklik göstərilməsini xahiş etmişsiniz. Müraciət iştirakınızla araşdırılmış,müəyyən olunmuşdur ki, həmin uyğunsuzluğun aradan qaldırılması üçün Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21 noyabr 2022-ci il tarixli Qərardadı ilə ərizəniz iddianın yolverilməzliyinə görə qəbul edilməmiş, sizə Balakən RİHnə müraciət etməyiniz tövsiyə olunmuşdur.Bildiririk ki, qeyd edilən uyğunsuzluğun aradan qaldırılması üçün rayon icra hakimiyyətində hər hansı təsdiqedici sənəd olmadığından ərizəçinin xahişinin təmin olunması mümkün deyildir.Sizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci (məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki. ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın) maddəsinə əsasən yenidən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 14 avqust 2022-ci il tarixli **********01 nömrəli məktubda göstərilmişdir ki, Balakən RİH-nin xx.xx.1999-cu İİ tarixli, 190 nömrəli sərəncamında düzəliş edərək səhvən yazılmış Qurbanova Səmayə “İsmayıl” qızının əvəzinə ananızın adının Qurbanova Səmayə "İslam” qızı kimi yazılmaqla torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı bildiririk ki, Balakən RİH-nin xx.xx.1999-cu il tarixli, 190 nömrəli sərəncamında göstərilən şəxsin adında ərizəniz əsasında düzəliş edilərək səhvlərin aradan qaldırılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır” Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 nömrəli sərəncamı ilə Balakən şəhər sakini X2 adında olan 0,055 ha həyətyanı torpaq sahəsinin ərizəçinin anası X3 adına keçirilməsi qərara alınmışdır.Həmin sərəncamda X6 atasının adı səhvən “İsmayıl” yazılmışdır. Ərizəçi mərhum anası Səmayə Qurbanovadan miras qalmış torpaq sahəsini qeydə aldırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizəçinin anasının ata adında uyğunsuzluq olduğundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina etmişdir. Həmin düzəlişin başqa qaydada aparılması mümkün olmadığından ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti,hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd hesab edilən Balakən Rayon İcra Hakimiyyəti tərəfindən X3 adına verilmiş 25 avqust 1999-cu il tarixli 190 nömrəli sərəncamın Ərizəçi mərhum anası X8 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquq müəyyənedici sənəd hesab edilən Balakən Rayon İcra Hakimiyyəti tərəfindən X3 adına verilmiş 25 avqust 1999-cu il tarixli 190 nömrəli sərəncamın Ərizəçi mərhum anası X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-249/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-249/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver