Məhkəmə qərarları › İş №e-2(019)-249/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-249/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-249/2025 14.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair iş üzrə materialı nəzərdən keçirərək, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********65460 SAMSUNG GALAXYA54 5G markalı telefon, İMEİ KODU **********63167 XİAOMİ POCO M6 PRO markalı telefon üçün 1466.1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.2 manat rüsum, 439.83 manat cərimə, ümumilikdə, 1953.13 manat borcun və 39.54 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli qəbz ilə hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 39.54 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edib, işi baxılmamış saxlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki kiçik iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənmiş 39.54 manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 266-268 və 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən (EPUL onlayn ödəmə sistemi, xx.xx.2024-cü il tarix, 70297426 nömrəli qəbzlə) ödənmiş 39.54 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar