Məhkəmə qərarları › İş №e-2(019)-259/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-259/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-259/2024 04.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5000 manat və ödənilmiş dövlət rüsumunun (70 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh idarə etdiyi “VAZ 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin X5 az ağır zərər dəydiyini, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1500.00 manatın iddiaçı tərəfindən X4 bank hesabına ödənildiyini bildirərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 6500.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (85.00 manat) Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin həcminin artırılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Balakən rayonu, Püştətala kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sərnişin Yüzbaşıyev Kənan Ayaz oğlu vəfat etmişdir. “VAZ 21154” markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərin məbləği olaraq 5000.00 manat iddiaçı tərəfindən Yüzbaşıyev Ayaz Camal oğluna ödənilmişdir. xx.xx.2020-cil il tarixdə Cavabdeh barəsində Balakən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, mayor Tural Mahmudov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə cinayət işi başlanılmış və istintaq hərəkətləri aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli, 1(091)-172/2020 nömrəli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2020ci il tarixli, 1(091)-172/2020 nömrəli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən və xx.xx.2021-ci il tarixli, 109-3693-1221 saylı Balakən RPŞ-nin YNH təfərrüatları barədə arayışından görünür ki, Cavabdeh alkoqollu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında da, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiva hüququndan istifadə etmək hüququ qeyd edilir. Həmçinin iddiadan görünür ki, Cavabdeh idarə etdiyi “VAZ 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin X5 az ağır zərər dəymiş, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 1500.00 manat iddiaçı "xxxx" ASC tərəfindən X4 bank hesabına ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını göstərərək, iş üzrə bütün məhkəmə iclasını iştirakları olmadan keçirməklə iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi yazılı şəkildə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikası MPM-nin 259.06 və 250.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gətirilməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz göndərərək, etirazında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Balakən rayon Püştətala kənd ərazisində “Vaz - 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sərnişin Yüzbaşıyev Kənan Ayaz oğlu vəfat etmişdir. Bununla bağlı, xx.xx.2020-ci il tarixli, l(091)- 172/2020 nömrəli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinmiş və 3 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, törətdiyi hadisə ilə bağlı Cinayət Məcəlləsinə uyğun layiqincə cəzalanmışdır. Ona məxsus heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Həbsxanada da iş yeri yoxdur. Heç bir qazanc əldə etmir. Bununla yanaşı, o, yuxarıda qeyd etdiyi kimi qanun çərçivəsində cəzalanmışdır. Ona görə də iddiaçı "xxxx" ASC-nin ona qarşı 5000 manat və 70 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə qarşı etirazını bildirir. Həmin məbləği heç vaxt ödəməyəcəyini də bəyan edir. Məhkəmədən bununla bağlı ədalətli qərar çıxarmasını xahiş edir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 1(091)-172/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni 24 sentyabr 2020-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, F.Y.Verdiyevin Cavabdeh 2000 ( iki min) manat tələbinə dair mülki iddianın baxılmamış saxlanması, Balakən Rayon Polis Şöbəsində saxlanılan VAZ 21154 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomaşının zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılması, ekspertiza xərci 171 ( yüz yetmiş bir) manat 94 ( doxsan dörd) qəpiyin Cavabdeh tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan bir ədəd şalvar və VAZ 21154 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomaşının sürücüyə məxsus oturacaqdan götürülmüş oturacaq və söykənəcək yerlərinin hissələrinin məhv edilməsi hökm edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X7 məxsus VAZ 21154 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən 1 il müddətinə xx.xx.2021-ci il tarixinədək sığortalanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, PXA68049 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi VAZ 21154 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobilin törətdiyi yol nəqliyyat hadisəsi zamanı sərnişin Yüzbaşıyev Kənan Ayaz oğlu həlak olmuşdur. «Xalq Sığorta” ASC tərəfindən Yüzbaşıyev Ayaz Camal oğlunun hesabına 5000 (beş min) manat sığorta ödənişinin məbləği köçürmə yolu ilə ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 2600 nömrəli ödəniş tapşırığından görünür ki, «Xalq Sığorta” ASC tərəfindən X4 hesabına 1500 (bir min beş yüz) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 1468 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Yüzbaşıyev Ayaz Camal oğlunun hesabına 5000 (beş min) manat məbləğində vəsait köçürülmuşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı "xxxx" ASC hazırki iddianın qaldırılması üçün 85 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 7.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisələrinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 11 iyun 2020-ci ildə saat 21 radələrində mərhum X8 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ- 21154 markalı **-RE-***dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-İtitala-Kortala- Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1- ci bəndinin tələblərini pozmaqla.yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat surətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks sol qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqdan avtomaşında olan sərnişinlər Yüzbaşiyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşaiyet olunan baş beyinin sərt və yumşaq qişalarında əzilmə-qansızma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar, sol gicgahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan İbarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Ayaz Yüzbaşıyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı avtomaşında olan digər sərnişin X8 ağır açıq kəllə-beyin travması, sağ alında yara, başın dərialtında bütövlükdə qansızmalar, alın gicgah - təpə - yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzılmə-cmlma-qansızma, baş beyin maddəsində ödem, kəlləəsası sümüklərinin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərinin selikli qişalarında qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2-ci, sağda 1-2ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara - bud sümüyündə tam qəlpəliyerdəyişməli sınıq, sağçiyin üstündə, sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin X3 körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcələrinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya ad xəsarətlər yetirilməsi, eləcə də mərhum X8 məxsus yuxanda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-172/2020 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2020ci il tarixli, 1(091)-172/2020 nömrəli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən və xx.xx.2021-ci il tarixli, 109-3693-1221 saylı Balakən RPŞ-nin YNH təfərrüatları barədə arayışından görünür ki, Cavabdeh alkoqollu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsində Yüzbaşiyev Kənan Ayaz oğlu vəfat etdiyinə görə 5000 manat, X2 dəyən az ağır xəsarətə görə 1500 manat sığorta ödənişi təyin olunmuş, "xxxx" ASC trəfindən Yüzbaşiyev Kənan Ayaz oğlu vəfat etdiyinə görə 5000 manat, X1 dəyən az ağır xəsarətə görə 1500 manat, cəmi 6500 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə dəymiş 6500 manat zərər məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hazırki iddianın qaldırılması üçün 85 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi əsasında sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, «faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 4.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi -100 faiz; 14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi-100 faiz; 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması: 14.2.3.1. İ qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz; 14.2.3.2. İİ qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz; 14.2.3.3. İİİ qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz; 14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 14.2.5. yüngül xəsarət alması – 15 faiz. 14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunda ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 6500.00 (altı min beş yüz) manat zərər məbləği və 85.00 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 6500.00 (altı min beş yüz) manat zərər məbləği və 85.00 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar