Məhkəmə qərarları › İş №e-2(019)-260/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-260/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-260/2022 02.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh oğluna qarşı borc tələbi barədə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 02.11.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62331 olan Realme C3 markalı telefon üçün 228.8 (iki yüz iyirmi səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 22.2 (iyirmi iki manat iyirmi qəpik) manat cərimə, 13.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44363 olan Samsung Galaxy A71 markalı telefon üçün 824.4 (səkkiz yüz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 82.6 (səksən iki manat altmış qəpik) manat cərimə, ümumilikdə 1158 manat borc, 31.58 manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 02.11.2020-ci il və 13.02.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********62331 olan Realme C3 markalı telefon və İMEİ kodu **********44363 olan Samsung Galaxy A71 markalı telefon almış və nəticədə 1158 (min yüz əlli səkkiz) manat borc yaranmışdır.Cavabdeh 02.11.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 466.8 (dörd yüz altmış altı manat səksən qəpik) manat (yəni 6 ay x 77.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********62331 olan Realme C3 markalı telefon üçün ümumilikdə 251 (iki yüz əlli bir) manat olmaqla ondan 228.8 (iki yüz iyirmi səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.2 (iyirmi iki manat iyirmi qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 13.02.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 974.4 (doqquz yüz yetmiş dörd manat qırx qəpik) manat (yəni 12 ay x 68.7 manat + 150 manat ilkin ödəniş) olan İMEİ kodu **********44363 olan Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə 907 (doqquz yüz yeddi) manat olmaqla ondan 824.4 (səkkiz yüz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82.6 (səksən iki manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 388 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 28 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 28 yanvar 2022-ci il tarixdə Cavabdeh oğluna iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh oğlu 14 fevral 2022-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh oğluna prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 02.11.2020-ci il il tarixli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İMEİ kodu **********62331 olan Realme C3 markalı telefonu 6 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 13.02.2021-ci il il tarixli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti **********44363 olan Samsung Galaxy A71 markalı telefonu 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan 02.11.2020-ci il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.11.2020-ci il tarixli müqaviləyə əsasən, 02.12.2020-ci il tarixdən 02.05.2021ci il tarixədək hər ay 77.80 AZN ödəməyi öhdəsinə götürmüşdür.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən,ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan 13.02.2020-ci il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.02.2020-ci il tarixli müqaviləyə əsasən, 28.03.2020-ci il tarixdən 28.02.2022ci il tarixədək hər ay 68.70 AZN ödəməyi öhdəsinə götürmüşdür.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh oğlu iddiaçı "xxxx" MMC-dən İMEİ kodu **********62331 olan Realme C3 markalı telefonu 6 ay müddətə, **********44363 olan Samsung Galaxy A71 markalı telefonu isə 12 ay müddətinə kreditlənisyə almışdır.Cavabdeh cəmi 388 manat ödəniş etmiş və onun 1158 manat borcu qalmışdır. Ona 02.11.2020-ci il tarixli müqaviləyə əsasən 22.2 manat, 13.02.2021-ci il tarixli müqaviləyə əsasən isə 82.6 manat cərimə hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh Baradov Elvin Eldar oğlundan cəmi 1158 manat borc alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 31.58 manat Cavabdeh tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Cavabdeh 02.11.2020-ci il tarixli müqaviləyə əsasən 228.8 (iki yüz iyirmi səkkiz manat səksən qəpik) ödənilməmiş hissə, 22.2 (iyirmi iki manat iyirmi qəpik) manat cərimə,13.02.2021-ci il tarixli müqaviləyə əsasən 824.4 (səkkiz yüz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 82.6 (səksən iki manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 1158 manat borc və ödənilmiş 31,58 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh Eldar oğlundan 02.11.2020-ci il tarixli müqaviləyə əsasən 228.8 (iki yüz iyirmi səkkiz manat səksən qəpik) ödənilməmiş hissə, 22.2 (iyirmi iki manat iyirmi qəpik) manat cərimə,13.02.2021-ci il tarixli müqaviləyə əsasən 824.4 (səkkiz yüz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 82.6 (səksən iki manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 1158 manat borc və ödənilmiş 31,58 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar