Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-264/2024 27.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X65 oğlunun katibliyi, iddiaçılar İddiaçı2 vəkili, İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh1, onların nümayəndəsi və vəkili Nümayəndə2, üçüncü şəxs X14 nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X31, Cavabdeh3 və Cavabdeh1 qarşı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X38 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh4 xx.xx.2022-ci il tarixli 2V1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X38 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı onlara çatacaq 1/2 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X38 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 cavabdeh qismində işə cəlb edilmədiyini, Cavabdeh4 Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olan əsl cavabdeh X44 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən Cavabdeh4 əsl cavabdeh Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 ilə əvəz etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə vəsatət təqdim edərək, X14, X9, mərhum X10 oğlu X39 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinə əsasən X20, X11, mərhum X10 oğlu X45 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə istinad edib, onunla əsaslandırmışdır ki, İddiaçı1 hazırda ünvan 2 ünvanında yaşayır. X38 onun atasıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə atası X21 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. xx.xx.2004-cü ilədək həmin torpaq sahəsində yerləşən evdə yaşamışlar. İddiaçının atası X38 xx.xx.2004-cü ildə Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evini X64 adlı şəxsə satmışdır. Qeyd etmək istəyir ki, ünvan 4 ünvanda JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X27 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik iddiaçının atası X21 X6na məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. Belə ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X28 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə ona sərəncam verilmişdir. Həmin sərəncamın əsli Səlim Kərimovun öldüyü andan hal-hazıradək iddiaçılardadır və surətini məhkəməyə təqdim etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ayrıc aktından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X28 ayrılmış ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ilə JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X21 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi bir-birinə bitişik yerləşir. X40 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini atası X38 və onun ailə üzvləri olan iddiaçılar İddiaçı1, İddiaçı2 istifadə etmişlər, oranı əkib becərmiş, orada meyvə ağacı əkmişlər. Miras açıldıqdan sonra həmin əmlakdan iddiaçıların istifadə etməsini Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışı da təsdiq edir. Lakin 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X38 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X5. Hal-hazırda həmin torpaq sahələrindən X64 istifadə edir. İddiaçının atası X38 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra xx.xx.2023-cü il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində X27 məxsus ünvan 4 ünvanda yerləşən JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə anası İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ümumi əmlakın 3/8 hissəsinə X21 ailə üzvləri olan İddiaçı1, İddiaçı2 və X55 hər birinə 1/8 hisə miras payı verilmiş, miras əmlakın 1/8 hissəsinə mirası qəbul etmiş, lakin hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhum X32 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Yəni hazırda məhkəmədə mübahisələndirilən X28 ayrılmış ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə bitişik olan JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X21 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə X55 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edir ki, xx.xx.2001-ci ildə X22 ölümündən sonra xx.xx.2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən X22 bacısı Cavabdeh3 miras əmlakdan tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməni verərkən notarius mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası tam hissədə irsi transmissiya qaydasında iddiaçılar qəbul etdikləri halda, onları miras payından məhrum etmişdir. Cavabdeh3 miras əmlakdan tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən formal olaraq onun bacısının əri Cavabdeh1 bağışlamış, bu müqavilə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçının nümayəndəsi Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə mərhum X22 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu Cavabdeh4 xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinə arayış təqdim edərək göstərmişdir ki, qeyd olunan mirasa dair Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsə Cavabdeh3 ilə aralarında miras əmlaka dair mübahisə olduğunu bildirir. Digər vərəsə olan Cavabdeh3 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçının nümayəndəsi miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ona təqdim edildiyi xx.xx.2023-cü il tarixdə dərhal X28 məxsus olmuş miras əmlakla mübahisə olması və məhkəmə mübahisəsi yekunlaşana qədər qeyd olunan əmlakla əlaqədar notariat hərəkətlərinin aparılmasının dayandırılması barədə notariusa ərizə təqdim etmiş, həmin andan miras əmlakın özgəninkiləşdirilməsi barədə məhdudiyyət notariat sistemində yerləşdirilmişdir. Yekunda qeyd edir ki, xx.xx.2001-ci ildə X22 ölümündən sonra ona məxsus Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993cü il tarixli 189 №li Sərəncamı ilə verilmiş ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X70 bundan başqa heç bir əmlakı olmamış, həmin miras açılarkən iddiaçılar və onun ailə üzvü olmuş X21 istifadəsində olmuş, X70 miras əmlakına bitişik olan 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292 kv.m olan fərdi yaşayış evi 30 yanvar 2004-cü il tarixdə X4 həmin torpaq sahələri də 2004-cü ildə ona istifadə etmək üçün verilmiş, X27 məxsus olan 0.0572 ha torpaq sahəsi onun ölümü ilə vərəsələrinə keçmiş, X28 məxsus miras əmlak olan 0.06 ha torpaq sahəsi isə onun bacısı olan Cavabdeh3 adına rəsmiləşdirilmişdir. X2 miras qalmış əmlakı X16 başqa heç bir vərəsəsi qəbul etməmiş, ona məxsus əmlakı istifadə etməmiş, onu əkib-becərməmiş, qoruyub saxlamamışdır. X40 öldüyü vaxt Cavabdeh3 Rusiya Federasiyasında olmuş, onun ölümündən iki ay sonra Balakən rayonuna qayıtmışdır. Cavabdeh3 ümumiyyətlə həmin mirasdan məlumatı olmamışdır. Yalnız Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində iddiaçı Cavabdeh3 mərhum X6na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X64 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması barədə Balakən Rayon Məhkəməsinin e-2(019)-635/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra torpaq sahəsinə daxil olmuş, ölçü işlərindən sonra həmin əmlaka Səlim Kərimovun vərəsəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Qeyd etmək istəyir ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlakı bölüşdürərkən onun mirasını faktiki qəbul etmiş digər vərəsəsi olan mərhum X21 vərəsələrini çağırmamış, vərəsələrin dairəsini müəyyən etməmiş, irsi tarnsmissiya qaydasında mirası qəbul etdiklərindən mirasın tam hissəsinə iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməli olduğu halda, bunu etməyərək mərhum X22 qanun üzrə vərəsələrini mirasdan məhrum etmişdir. Hesab edir ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlakı bölüşdürərkən onun mirası qəbul etmiş digər vərəsəsi olan mərhum X21 vərəsələrini çağırmadığına, mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmədiyinə, irsi transmissiya qaydasında mirası qəbul etdiyindən mirasın tam hissəsinə iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməli olduğu halda bunu etməyərək, mərhum X22 qanun üzrə vərəsələrini mirasdan məhrum etdiyinə görə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməli, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən formal olaraq onun bacısının əri Cavabdeh1 bağışladığından, xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməli, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, X40 onun qardaşı olmuşdur. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X28 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə ona sərəncam verilmişdir. Həmin torpaq sahəsi digər qardaşı X27 məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bitişikdir. X6 xx.xx.2001-ci ildə ölmüşdür. Onun öldüyü vaxt özü Rusiyada olmuş, iki aydan sonra Balakən rayonuna gələrək, onun yasında iştirak etmiş, ona baş daşı qoymuşdur. X75 məxsus olan torpaq sahəsini anası və özü istifadə etmişdir. Anası ona bildirmişdir ki, həmin torpaq Xalidindir. Orada X77a məxsus ev olmuşdur. Kərim evi 2004-cü ildə satmışdır. Ev satıldıqdan sonra Səlim Kərimova məxsus torpaq sahəsindən evi alan şəxs Bəşir Hüşənov istifadə etmişdir. 2022-ci ildə qardaşı Səlimə məxsus olan torpaq sahəsini rəsmiləşdirmək istəmiş, bununla bağlı notariat orqanına müraciət edərək bildiriş almış, torpaq sahəsinə çıxarış alması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, lakin həmin torpaq sahəsindən istifadə edən Bəşir Hüşənov reyestr əməkdaşlarını ora buraxmamış, o da məcbur olub Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində iddiaçı Cavabdeh3 mərhum X6na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X64 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-635/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, bundan sonra xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə X22 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, xx.xx.2022-ci il tarixdə isə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu X44 tərəfindən xx.xx.2022-ci il tarixdə miras əmlakın tam hissəsinə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, xx.xx.2022-ci il tarixdə qardaşı Səlimdən miras qalmış 0.06 ha torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Maddi vəziyyəti yaxşı olmadığına, tibbi əməliyyata ehtiyacı olduğuna görə torpaq sahəsini bacısının əri Cavabdeh1 satmış, xx.xx.2023-cü ildə isə aralarında notarial qaydada bağışlanma müqaviləsi bağlanmışdır. X41mış miras əmlakı özü qəbul etmiş, vergisini ödəmişdir. Lakin bununla bağlı hər hansı sənədi yoxdur və hər hansı sübut təqdim edə bilmir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, X40 və X38 onun qayınları olmuşlar. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993cü il tarixli 189 №li Sərəncamı ilə X28 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X21 torpaq sahəsinə bitişikdir. Səlim Kərimova torpaq sahəsini özü təşkil etmişdir. Səlimin ölümündən sonra həmin torpaq sahəsini Kərim Kərimov istəmiş, ona bildirmişdir ki, həmin torpaq sahəsini ona versin, özünə başqa yerdən torpaq alacaq. Kərimlə razılaşdığına görə həmin torpaq sahəsinin verilməsi barədə İcra Başçısının sərəncamının əslini Kərim Kərimova vermişdir. Həmin torpaq sahəsi Kərim Kərimovun həyətyanı torpaq sahəsinə bitişik olduğuna və Kərimin olduğuna görə Kərim ölənə qədər və öləndən sonra oradan başqa heç kim istifadə etməyib. Kərim Kərimov öləndən sonra onun həyat yoldaşı İddiaçı2 ona bildirmişdir ki, həmin torpaq sahəsini Bəşir Hüşənova qeyri-rəsmi satmışdır. 2022-ci ildə Cavabdeh3 miras əmlakı öz adına rəsmiləşdirmiş, 2023-cü ilin fevral ayının 23-də isə torpağı ona bağışlamışdır, hazırda həmin torpaq öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində xx.xx.2023- cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X38 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı onlara çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin hüquqi əsası ondan ibarətdir ki, İddiaçı1 atası, digər iddiaçının əri olmuş mərhum X38 30 mart 2001-ci il tarixdə vəfat etmiş X6ndan qalmış miras əmlakı faktiki idarə etmiş, lakin vərəsəlik hüququnu rəsmiləşdirmədən vəfat etmişdir. X1 qalmış miras əmlaka onların irsi transmissiya qaydasında vərəsəlik hüquqları mövcuddur ki, Cavabdeh3 tam hissədə irs verilməklə onların vərəsəlik hüquqları pozulmuşdur. Aşağıda sadalanan əsaslara görə iddia tələbini əsassız hesab edərək bildirmək istəyir ki, iddiaçılar hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyillər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladuğa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar, övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1159.2-cı maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqlan və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) və sair bərabər pay hüquqlu vərəsələr sayılırlar, ölənin bacıları və qardaşları ikinci növbə vərəsə hesab edilirlər ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İşin faktiki hallarından göründüyü kimi, miras qoyan X40 30 mart 2001-ci il tarixdə vəfat etmiş, sonuncu vəfat etdiyi zaman anası X19 olmuş, miras faktiki olaraq qəbul etmiş, həmin miras əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında bir daha qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göründüyü kimi, X22 vəfat etdiyi 30 mart 2001-cı il tarixdə onun birinci növbə vərəsəsi olan anası X19 olduğundan, ikinci növbə vərəsə olan X21 vərəsəliyini istisna edilir. X46 isə 28 iyun 2016-cı il tarixdə vəfat etmişdir ki, onun öldüyü məqamda sağ olmuş birinci növbə vərəsələri qızları X29, X33, X23 və X24 olmuş, həmin vərəsələrin razılığı ilə irsi transmissiya qaydasında X2 X34 miras qalmış torpaq sahəsi üzərində X17 tam hissədə pay verilmişdir. Göründüyü kimi, X40 vəfat etdiyi zaman birinci növbəli vərəsəsi olan anası sağ olduğundan ikinci növbə vərəsələrin vərəsəliyi istisna edilir və həmin miras əmlakın irsi transmissiya qaydasında hazırki iş üzrə cavabdeh X17 miras əmlakdan tam hissədə pay verilməsi nəticəsində hazırki iş üzrə iddiaçıların vərəslik hüququ pozulmamış, nəticədə sonuncular hazırki iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmamışlar. Ümumiyyətlə mərhum X22 birinci növbəli vərəsəsi anası X35r. Birinci növbənin vərəsəsi sağ olduğu halda digər vərəsələrin isə ümumiyyətlə pay tələb etmək hüququ yoxdur. X22 ölümündən sonra onun mirasını X46 və ya X12 faktiki qəbul etməsinə dair hər hansı yazılı sübutu yoxdur. X3 qalmış miras əmlakın X38 və onun irsi transmissiya qaydasında vərəsələri tərəfindən qəbul edilməsi iş materialları ilə sübut olunmur. İddiaçılar bununla bağlı sübutlar təqdim etmədiklərinə görə hesab edir ki, iddia əsassızdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi və üçüncü şəxs X25 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, X40 və X38 onun qardaşları olmuşlar. Cavabdeh1 onun əridir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X28 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X21 torpaq sahəsinə bitişikdir. Əslində mərhum qardaşı Səlim Kərimova verilmiş torpaq sahəsi əri Cavabdeh1 məxsusdur. Çünki həmin torpaq sahəsini əri Cavabdeh1 alıb. Yəni həmin torpaq sahəsi özlərinin olub. Səlim Kərimov öləndən sonra qardaşı Kərim əri Xalidin icazəsi ilə oranı istifadə edib. X77 öldükdən sonra onun arvadı İddiaçı2 onlara bildirib ki, həmin torpağı Bəşir Hüşənova satıb. X72 torpağı İddiaçı2 aldığını bildirərək, onları ora girməyə qoymayıb. 2022-ci ildə həmin miras torpaq sahəsi bacısı Cavabdeh3 adına rəsmiləşdirilib. Cavabdeh3 öz adına torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin torpaq sahəsini əri Cavabdeh1 bağışlayıb. Mirası Cavabdeh3 qəbul etdiyinə və ərinə bağışladığına görə iddianın rədd olunmasını xahiş edir. Cavabdeh Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X59 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdelərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə X13 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş AZ-İİ 408368 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X60 ilə X56 xx.xx.2020-ci ildə rəsmi nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1990ci il tarixdə verilmiş V-JQ 332236 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X38 ilə İddiaçı2 xx.xx.1990-ci ildə rəsmi nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016cı il tarixdə verilmiş AZ-İ 820462 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X47 28 iyun 2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013cü il tarixdə verilmiş AZ-İ 607878 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X36 11 avqust 1996-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş AZ-İİ 135669 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X40 30 mart 2001-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X44 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş- X22 vərəsəsi: ünvan 7i ünvanında qeydiyyatda olan bacısı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X28 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-1522 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən xx.xx.2012-ci il tarixdə vəfat etmiş-X7 qalmış arvadı İddiaçı2 ona məxsus ünvan 4 ünvanda yerləşən JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-1523 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən xx.xx.2012-ci il tarixdə vəfat etmiş- X27 məxsus ünvan 4 ünvanda yerləşən JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ümumi əmlakın 3/8 hissəsinə X21 ailə üzvləri olan İddiaçı1, İddiaçı2 və X55 hər birinə 1/8 hissə miras payı verilmiş, miras əmlakın 1/8 hissəsinə mirası qəbul etmiş, lakin hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhum X32 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Balakən rayon dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X38 xx.xx.2004-cü ildə Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evini X5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.01822 ha olan bələdiyyə mülkiyyətinə aid olan mülkiyyət növü istifadədə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 292.30 kvm-dən ibarət fərdi yaşayış evi X48 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 1940 saylı arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri bunlarıdr: anası X49, atası X36, bacısı X29, bacısı X33, bacısı X23, bacısı X24, qardaşı X38. İş materiallarında olan Balakən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 136 saylı arayışından görünür ki, X22 dəfn xərci bacısı Cavabdeh3 tərəfindən çəkilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-1003 nömrəli arayışdan görünür ki, X22 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Notariat Ofisinə ünvanlanmış reyestrdə 8İ-11272 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi X22 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ayrıc aktından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti Başçisinin 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X28 ayrılmış ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ilə JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X21 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi bir-birinə bitişik yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Respublika X79 Filiali tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 961 nömrəli arxiv çıxarışından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti Başçisinin 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncami ilə rayon icra hakimiyyəti başçısının 12.03.93-cü il tarixli 139 №lı sərəncamına əsasən şəhərin genişləndirilməsi üçün Mahamalar kənd sovetliyi Qazbinə kəndi Musabəyov adına kolxozun ərazisindən ayrılmış 11,0 hektar sahədən növbə siyahısı əsasında 0,06 hektar norması ilə X28 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, ayrılmış sahələrin yerində düzgün ölçülüb göstərilməsi torpaq şöbəsinin müdiri S.Qardaşov və rayonun baş memarı N.Osmanova tapşırılmışdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-1503/12 nömrəli arayışdan görünür ki, X22 övladı barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-4866/10 nömrəli arayışdan görünür ki, X22 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Nümayəndə1 verilmiş xx.xx.2023-cü il tarixli 1857 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə mərhum X22 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Qeyd olunan mirasa dair Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. O, vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsə Cavabdeh3 ilə aralarında miras əmlaka dair mübahisə olduğunu bildirir. Digər vərəsə olan Cavabdeh3 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və digər sənədlər Nümayəndə1 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 4Ə-325 nömrəli reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 5 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə verilmiş İİ-TH 582819 nömrəli nikah haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X18 ilə X29 xx.xx.1989cu ildə 2140 nömrə ilə nikah bağlamışlar, həmin nikah SSSR Qorki şəhəri “Avtozavodski nikah sarayının” Avtozavodski rayon İcraiyyə Komitəsinin VVAQ şöbəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-4866/10 nömrəli arayışdan görünür ki, Balakən rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2001-2008-ci illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X22 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan İddiaçı1 ünvanlanmış Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışından görünür ki, mərhum atası X27 məxsus ünvan 4 ünvanda JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən X27 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik X21 X6na məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. X40 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X38 və onun ailə üzvləri istifadə etmişdir. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X38 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X5. Hal-hazırda həmin torpaq sahələrindən X64 istifadə edir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri bunlarıdr: anası X49, atası X36, bacısı X29, bacısı X33, bacısı X23, bacısı X24, qardaşı X38. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin e-2(019)-635/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində iddiaçı Cavabdeh3 mərhum X6na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X64 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin, cavabdehlərin, onların nümayəndəsivəkilinin, üçüncü şəxsin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı1 hazırda ünvan 2 ünvanında yaşayır. X38 onun atasıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə onun atası X21 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. xx.xx.2004-cü ilədək həmin torpaq sahəsində yerləşən evdə yaşamışlar. İddiaçının atası X38 xx.xx.2004-cü ildə Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evini X64 adlı şəxsə satmışdır. ünvan 4 ünvanda JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X27 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik iddiaçının atası X21 X6na məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. Belə ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X28 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə ona sərəncam verilmişdir. Həmin sərəncamın əsli Səlim Kərimovun öldüyü andan halhazıradək iddiaçılardadır. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ayrıc aktından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993cü il tarixli 189 №li Sərəncamı ilə X28 ayrılmış ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ilə JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X21 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi bir-birinə bitişik yerləşir. X40 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X38 və onun ailə üzvləri olan iddiaçılar İddiaçı1, İddiaçı2 istifadə etmiş, oranı əkib becərmiş, orada meyvə ağacı əkmişlər. Miras əmlak açıldıqdan sonra həmin əmlakdan iddiaçıların istifadə etməsi Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışı ilə təsdiq olunur. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X38 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X5. Halhazırda həmin torpaq sahələrindən X64 istifadə edir. İddiaçının atası X38 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra xx.xx.2023-cü il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində X27 məxsus ünvan 4 ünvanda yerləşən JN- 1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 anası İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ümumi əmlakın 3/8 hissəsinə X21 ailə üzvləri olan İddiaçı1, İddiaçı2 və X55 hər birinə 1/8 hisə miras payı verilmiş, miras əmlakın 1/8 hissəsinə mirası qəbul etmiş, lakin hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhum X32 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Hazırda məhkəmədə mübahisələndirilən X28 ayrılmış ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə bitişik olan JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X21 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə X55 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2001-ci ildə X22 ölümündən sonra xx.xx.2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən X22 bacısı Cavabdeh3 miras əmlakdan tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməni verərkən notarius mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası tam hissədə irsi transmissiya qaydasında iddiaçılar qəbul etdikləri halda, onları miras payından məhrum etmişdir. Cavabdeh3, miras əmlakdan tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən formal olaraq onun bacısının əri Cavabdeh1 bağışlamış, bu müqavilə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçının nümayəndəsi Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə mərhum X22 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu Cavabdeh4 xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinə arayış təqdim edərək göstərmişdir ki, qeyd olunan mirasa dair Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. O, vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsə Cavabdeh3 ilə aralarında miras əmlaka dair mübahisə olduğunu bildirir. Digər vərəsə olan Cavabdeh3 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçının nümayəndəsi miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ona təqdim edildiyi xx.xx.2023-cü il tarixdə dərhal X28 məxsus olmuş miras əmlakla mübahisə olması və məhkəmə mübahisəsi yekunlaşana qədər qeyd olunan əmlakla əlaqədar notariat hərəkətlərinin aparılmasının dayandırılması barədə notariusa ərizə təqdim etmiş, həmin andan miras əmlakın özgəninkiləşdirilməsi barədə məhdudiyyət notariat sistemində yerləşdirilmişdir. xx.xx.2001-ci ildə X22 ölümündən sonra ona məxsus Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə verilmiş ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X70 bundan başqa heç bir əmlakı olmamış, həmin miras açılarkən iddiaçılar və onların ailə üzvü olmuş X21 istifadəsində olmuş, X70 miras əmlakına bitişik olan 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292 kv.m olan fərdi yaşayış evi 30 yanvar 2004-cü il tarixdə X4 həmin torpaq sahələri də 2004-cü ildə ona istifadə etmək üçün verilmiş, X27 məxsus olan 0.0572 ha torpaq sahəsi onun ölümü ilə vərəsələrinə keçmiş, X28 məxsus miras əmlak olan 0.06 ha torpaq sahəsi isə onun bacısı olan Cavabdeh3 adına rəsmiləşdirilmişdir. X2 miras qalmış əmlakı X16 başqa heç bir vərəsəsi qəbul etməmiş, ona məxsus əmlakı istifadə etməmiş, onu əkib-becərməmiş, qoruyub saxlamamışdır. X40 öldüyü vaxt Cavabdeh3 Rusiya Federasiyasında olmuş, onun ölümündən iki ay sonra Balakən rayonuna qayıtmışdır. Cavabdeh3 ümumiyyətlə həmin mirasdan məlumatı olmamışdır. Yalnız Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində iddiaçı Cavabdeh3 mərhum X6na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X64 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması barədə Balakən Rayon Məhkəməsinin e- 2(019)-635/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra torpaq sahəsinə daxil olmuş, ölçü işlərindən sonra həmin əmlaka Səlim Kərimovun vərəsəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlakı bölüşdürərkən onun mirasını faktiki qəbul etmiş digər vərəsəsi olan mərhum X21 vərəsələrini çağırmamış, vərəsələrin dairəsini müəyyən etməmiş, irsi tarnsmissiya qaydasında mirası qəbul etdiklərindən mirasın tam hissəsinə iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməli olduğu halda, bunu etməyərək, mərhum X22 qanun üzrə vərəsələrini mirasdan məhrum etmişdir. Ona görə də iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsini xahiş etmişlər. İddiaçılar hazırki iddianın qaldırılması Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də hazırki işə mübahisə hüquq münasibətinin yarandığı xx.xx.2001-ci il tarixdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən hüquq normasının tələbinə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 X2 miras qalmış torpaq sahəsini mərhum X38 vasitəsi ilə irsi transmissiya qaydasında qəbul etdiyini sübut etməlidir. Eyni zamanda Cavabdeh3 da X2 miras qalmış əmlakı qəbul etdiyini sübut etməlidir. İddiaçılardan fərqli olaraq Cavabdeh3 X2 miras qalmış əmlakla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş mərhum X40 barəsində 2V-1003 nömrə ilə reyestrdə qeydə alınmış V-582/2021 saylı vərəsəlik işinin materiallarında xx.xx.2021-ci il tarixli 136 nömrə ilə qeydə alınmış Balakən Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X22 dəfn xərcinin bacısı Cavabdeh3 tərəfindən çəkildiyi qeyd edilmişdir. Həmin arayış hər hansı bir fakta, dəfn xərcinin hansı məbləğdə olması və hansı xərcləri əhatə etməsi barədə məlumata əsaslanmadığından və bu halları təsdiq edən rəsmi sənədə istinad etmədiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda X40 xx.xx.2001-ci il tarixdə vəfat etdiyindən arayışı verən Balakən Bələdiyyə sədrinin hansı vəzifədə olması, həmin müddətdə mərhumun dəfn xərcləri ilə bağlı hansı məlumatlara malik olması şübhə doğurur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 miras qalmış 0.06 ha torpaq sahəsini onun anası X49 tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İş üzrə Cavabdeh3 X62 miras qalmış 0.06 ha torpaq sahəsi ilə bağlı mirası şəxsən özü qəbul etdiyini, mərhumun dəfn xərclərini özü çəkdiyini bildirsə də, məhkəməyə verdiyi izahatında qardaşının ölümündən iki ay sonra Rusiya Federasiyasından qayıtdığını, X75 məxsus olan torpaq sahəsini anası və özü istifadə etdiyini, anası ona həmin torpaq sahəsinin Xalidə məxsus olduğunu bildirdiyini, orada X77a məxsus ev olduğunu, Kərimin evi 2004-cü ildə satdığını, ev satıldıqdan sonra Səlim Kərimova məxsus torpaq sahəsindən evi alan şəxs Bəşir Hüşənovun istifadə etdiyini, 2022-ci ildə qardaşı Səlimə məxsus olan torpaq sahəsini rəsmiləşdirmək istədiyini, bununla bağlı notariat orqanına müraciət edərək, bildiriş aldığını, torpaq sahəsinə çıxarış alması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etdiyini, lakin həmin torpaq sahəsindən istifadə edən Bəşir Hüşənovun reyestr əməkdaşlarını ora buraxmadığını, onun da məcbur olub Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində (hazırki Əziz Əliyev küçəsi) iddiaçı Cavabdeh3 mərhum X6na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X64 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması barədə iddia ilə məhkəməyə müraciət etdiyini, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(019)-635/2024 saylı qətnaməsi ilə iddiasının təmin edildiyini, bundan sonra xx.xx.2022ci il tarixdə həmin torpaq sahəsinə X22 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, xx.xx.2022-ci il tarixdə isə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu X44 tərəfindən xx.xx.2022-ci il tarixdə miras əmlakın tam hissəsinə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, xx.xx.2022-ci il tarixdə qardaşı Səlimdən miras qalmış 0.06 ha torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, maddi vəziyyətinin yaxşı olmadığına, tibbi əməliyyata ehtiyacı olduğuna görə torpaq sahəsini bacısının əri Cavabdeh1 satdığını, xx.xx.2023-cü ildə isə aralarında notarial qaydada bağışlanma müqaviləsi bağlandığını, qardaşı Səlimin ölümündən sonra bir müddət həmin torpaq sahəsini istifadə edə bilmədiyini, sonradan isə İddiaçı2 həmin torpağı Bəşir Hüşənova istifadə üçün verdiyini bildirmişdir. Eyni zamanda iş üzrə digər Cavabdeh1 torpaq sahəsini qaynı Səlim Kərimovun adına ayrılmasına özü köməklik etdiyini, Səlimin ölümündən sonra həmin torpaq sahəsini Kərim Kərimovun istədiyini, onunla razılaşaraq həmin torpaq sahəsinin verilməsi barədə İcra Başçısının sərəncamının əslini Kərim Kərimova verdiyini, həmin torpaq sahəsi Kərim Kərimovun həyətyanı torpaq sahəsinə bitişik olduğuna və Kərimin olduğuna görə Kərim ölənə qədər və öləndən sonra oradan başqa heç kim istifadə etmədiyini, Kərim Kərimov öləndən sonra onun həyat yoldaşı İddiaçı2 həmin torpaq sahəsini Bəşir Hüşənova qeyrirəsmi satdığını bildirdiyini, 2022-ci ildə Cavabdeh3 miras əmlakı öz adına rəsmiləşdirdiyini, 2023-cü ilin fevral ayının 23-də isə torpağı ona bağışladıqlarını, hazırda həmin torpaq öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını bildirmişdir. İşin baxılması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X25 da izahatında Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X28 0.06 ha həyətyanı torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin X21 torpaq sahəsinə bitişik olduğunu, əslində mərhum qardaşı Səlim Kərimova verilmiş torpaq sahəsinin əri Cavabdeh1 məxsus olduğunu, həmin torpaq sahəsini əri Cavabdeh1 aldığını, yəni həmin torpaq sahəsinin özlərinin olduğunu, Səlim Kərimov öləndən sonra qardaşı Kərimin əri Xalidin icazəsi ilə oranı istifadə etdiyini, X77 öldükdən sonra onun arvadı İddiaçı2 həmin torpağı Bəşir Hüşənova satdığını bildirdiyini, X72un torpağı İddiaçı2 aldığını bildirərək onları ora girməyə qoymadığını, 2022-ci ildə həmin miras torpaq sahəsinin bacısı Cavabdeh3 adına rəsmiləşdirildiyini, Cavabdeh3 öz adına torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin torpaq sahəsini əri Cavabdeh1 bağışladığını bildirmişdir. Göründüyü kimi iş üzrə cavabdeh tərəf məhkəmə iclasında verdikləri izahatlarında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 miras qalmış 0.06 ha torpaq sahəsinin onun anası X49 tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmişlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 isə mərhum X22 vəfat etdiyi 30 mart 2001-cı il tarixdə onun birinci növbə vərəsəsi olan anası X19 olduğundan, ikinci növbə vərəsələrin vərəsəliyinin istisna edildiyini qeyd etməklə bu əsasla iddiaçıların iddia vermək hüquqlarının olmadığını qeyd etmişdir. Ümumiyyətlə məhkəmə iclasında müəyən edilmişdir ki, mərhum X22 30 mart 2001-cı il tarixdə vəfat etməsindən sonra ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi qardaşı X21 faktiki sahibliyində və istifadəsində olmuşdur. İş materiallarında olan İddiaçı1 ünvanlanmış Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışından görünür ki, o, mərhum atası X27 məxsus ünvan 4 ünvanda JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən X27 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik X21 X6na məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. X40 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X38 və onun ailə üzvləri istifadə etmişdir. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X38 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X5. Hal-hazırda həmin torpaq sahələrindən X64 istifadə edir. Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışı işin faktiki hallarına uyğun olduğuna, orada qeyd edilən hallar tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq edildiyinə görə məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə iclasında o da müəyyən edildi ki, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən 30 mart 2001-ci ildə ölmüş X22 adına 0.06 ha torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini düzgün müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1, 1252 və 1273-1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan mərhum X40 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. O da qeyd edilməlidir ki, 30 mart 2001-ci ildə ölmüş X15 miras qalmış əmlaka vərəsəlik açılarkən Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh3 mirasdan tam həcmdə pay vermişdir. Cavabdeh3 isə mərhumun öldüyü zaman mirasın qəbulunda iştirak etməmiş, ondan qalan hər hansı bir mirası qəbul etməmişdir. Eyni zamanda məhkəmə iclasında o da müəyyən olundu ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 miras əmlakı bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməmiş, Cavabdeh3 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan tam hissədə ona irs verməkdə haqlı olmamışdır. Miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Məhkəmə iclasında o da müəyyən olundu ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 miras əmlakları bölüşdürərkən 30 mart 2001-ci ildə ölmüş X15 miras qalmış əmlakı onun birinci növbəli vərəsəsi olan X49 tərəfindən qəbul edilmədiyini müəyyən etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş mərhum X40 barəsində 2V-1003 nömrə ilə reyestrdə qeydə alınmış V-582/2021 saylı vərəsəlik işinin materiallarında da miras əmlakın X49 tərəfindən qəbul edilmədiyini müəyyən edilir. Belə ki, mərhumun altı nəfər vərəsəsi olsa da, onlardan beş nəfəri mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir. Belə olan halda Mülki Məcəllənin 1273-1-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə iclasında 30 mart 2001-ci ildə ölmüş X15 miras qalmış əmlakı qəbul etmiş yeganə vərəsə isə X21 olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu; 1) formal üsulunu və 2) qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:-miras əmlaka faktiki sahiblik etmək üsulu;-miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu onu ehtiva edir ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər; - Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 xx.xx.2001-ci ildə ölmüş X15 miras qalmış əmlakı bölüşdürərkən miras əmlakı qəbul etməmiş Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermişdir. Buna görə də sözügedən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə ləğv edilməli, miras əmlak onu yegənə qəbul etmiş vərəsə olan 21 mart 2012-ci il tarixdə ölmüş mərhum X38 vasitəsi ilə irsi transmissiya qaydasında onun vərəsələri olan iddiaçılar arasında bölünməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X43 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində (339.1-339.6-cı maddələr) hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində (340.1-340.2-ci maddələr) uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində (341.1-341.2-ci maddələr) qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində (342.1-342.2-ci maddələr) fəaliyyət qabiliyyəti olmayanfiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343- cü maddəsində (343.1-343-2-ci maddələr) fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində (344.1-ci maddə) on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində (345.1-345.2-ci maddələr) on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində (346.1-346.4-cü maddələr) öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində (347.1- 347.7-ci maddələr) vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının şərtləri, əsasları və qaydaları təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3-cü maddə). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə) Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3-cü maddə). Həmin Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (16.4-cü maddə). Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir (16.5-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən xx.xx.2001-ci ildə ölmüş X22 adına 0.06 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmədiyindən, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1-ci, 1252-ci və 1273-1-ci maddələrinin tələblərini pozduğundan, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan mərhum X38 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etdiyindən Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməli, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməli, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməli, xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlak irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X38 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payı müəyyən edilməklə İddiaçı1 1/2 hissə və İddiaçı2 1/2 hissə miras payı müəyyən edilməlidir. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 adına verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilsin. xx.xx.2001-ci ildə vəfat etmiş X2 qalmış miras əmlak irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X38 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payı müəyyən edilməklə İddiaçı1 1/2 hissə və İddiaçı2 1/2 miras payı müəyyən edilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər X26, Cavabdeh1, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-264/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-264/2024
27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver