Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-265/2022 31.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN 988 KOD 40407018 nömrəli olan Torpağa Mülkiyyət Hüququna X29 sənədinin X8 yox, ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Şəki rayonu Baş Zəyzit kəndində yerləşən 0.93 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə JN 988 KOD 40407018 nömrəli Dövlət Aktı verilmişdir. Həmin aktda onun-Ərizəçi soyad və ad qrafasında X2 yazılmışdır. Adında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 19.01.2022-ci il tarixli məktubuna əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, onun adı və soyadı səhv olaraq qeyd edilmişdir. Dövlət akt sənədində düzəlişlərin edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı olduqdan sonra Çıxarışın verilməsi mümkündür. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Ona görə də hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X21 ifadələrində göstərmişlər ki, JN 988 KOD 40407018 saylı Torpağa Mülkiyyət Hüququna X24 göstərilən X10 ilə Ərizəçi eyni şəxsdir. X22 Ərizəçi adı səhv olaraq Leyli, soyadı isə Abdullayeva kimi göstərilmişdir. Həqiqətən də JN 988 KOD 40407018 saylı Torpağa Mülkiyyət Hüququna X24 göstərilən X10 ilə Ərizəçi eyni şəxsdir və həmin torpaq da Ərizəçi tərəfindən istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 988 KOD 40407018 saylı Torpağa Mülkiyyət Hüququna X23 görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli, 49 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndində 0.93 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X5, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 17 avqust 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 770450 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X11 arasında nikah Balakən rayon Qeydiyyat Şöbəsində 17 avqust 2012-ci il tarixdə 155 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RPŞ tərəfindən 25.05.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı (soyadı, adı və atasının adı) Ərizəçidır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 31.03.2022-ci il tarixli 1259 nömrəli arayışda göstərilir ki, Ərizəçi həqiqətən Qazma kənd sakinidir. Nikahdan əvvəl X11 olmuşdur. Eyni adlı şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şəki Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 19 yanvar 2022-ci il tarixli **********28 nömrəli məktubunda göstərilir ki, Şəki rayonu Baş Zeyzid kəndində yerləşən 0.93 ha torpaq sahəsinin daşınmaz əmlakin Dövlət reyestrində qeydiyyata alinmasi barədə 18 yanvar 2022-ci il tarixli müraciətinə Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 12 sayli Şəki Ərazi İdarəsində baxıİmışdır. Müraciətlə bağlı aparılan araşdırma zamani təqdim edilmiş JN-988 kod 40407018 nomrəli X17 X26 huquq sahibi olan Ərizəçi soyadının və adının səhv qeyd oİunduğu muəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Mecəlləsinin 307.2.5-cl maddəsine əsasən "şəxsin sənəddə göstərilən adi, atasinin adi və ya soyadi onun şəxsiyyetini təsdiq eden sənəddə göstərilən adı, atasının adı və ya soyadi ilə düz gəlmədiyi halda huquqmuəyyənedici sənədlərin (həmkarlar ittifaqi ye digər ictimai birliklərin, siyasi partiyalarin bileti, hərbi sənədlər, pasport və müvafiq icda hakimiyyəti orqanlari tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olmasi faktinin" muəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Qeyd olunanları nəzərə alaraq, aşkar ediİmiş noqsanlarin aidiyyəti təşkiİat tərəfindən səhv və ya düz olmasını təsdiq edən müvafiq sənəd və "Dövlət rüsumu haqqinda" Azerbaycan Respublikasu Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə, ərizənin icrasina qanunamüvafiq qaydada baxılacaqdır. İş matertiallarında olan 28.01.2022-ci il tarixi ********* nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin nikah bağlanmamışdan qabaq adı (soyadı, adı və atasının adı) X11 olmuş, ərizəçi ilə X18 arasında nikah Balakən rayon Qeydiyyat Şöbəsində 17 avqust 2012-ci il tarixdə 155 nömrə ilə qeyd edildikdən sonra ona Əhmədova soyadı verilmişdir. Hazırda ərizəçinin adı (soyadı, adı və atasının adı) Ərizəçidır. JN 988 KOD 40407018 saylı Torpağa Mülkiyyət Hüququna X29 əsasında Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli, 49 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndində 0.93 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X5, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquqmüəyyənedici sənəd olan JN 988 KOD 40407018 saylı Torpağa Mülkiyyət Hüququna X24 birgə mülkiyyətçilərin sırasında ərizəçinin adı, soyadı və atasının adı səhvən X3 yazılmışdır. Ərizəçi JN 988 KOD 40407018 saylı Torpağa Mülkiyyət Hüququna X7 aradan qaldırmaq (ona düzəlişlər etmək) və adında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. 12 saylı Şəki Ərazi İdarəsində sözügedən Dövlət Aktında olan ərizəçinin adı və soyadı ilə bağlı bu uyğunsuzluğun aradan qaldırılmasından və çıxarış verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin torpaq sahəsi ərizəçinin istifadəsindədir. Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə ona məxsus olan torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-988 KOD 40407018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 yox, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan JN-988 KOD 40407018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 yox, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-265/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-265/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver