Məhkəmə qərarları › İş №e-2(019)-278/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-278/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-278/2025 10.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia və Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Gərəkli kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1941.39 manat əsas borcun, əvvəlcədən ödənilmiş 39.42 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 1981.21 manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İlk iddia onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X6 istismarı İdarəsinin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Gərəkli kəndində Cavabdeh məxsus mənzilində №XS-50-00707/23 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01550 saylı qaz hesabında ödənilməmiş 1941.39 manat borc vardır. Cavabdeh məxsus **********01550 saylı qaz hesabında olan 1941.39 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1941.39 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı **********5 nömrəli sayğacın 6939 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Balakən rayonu Gərəkli kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1941.39 manat əsas borcun, əvvəlcədən ödənilmiş 39.42 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 1981.21 manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsi hissəsində rədd edilərək, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh № ******* aktına əsasən əsassız olaraq yazılmış 1814.40 manat cərimənin onun abonent hesabından (**********01550) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı göstərdikləri tamamilə yanlış və əsassızdır. Belə ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı olan Paçalov X4 rayon Qullar kəndində qeydiyyatda olmaqla yaşayır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. "Azəriqaz" İB-nin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən qaz sayğacı evinin həyətindən sökülərək evindən kənara təxminən 300 metr aralıda quraşdırılmışdır. 2018-ci ildə "Azəriqaz" İB-nin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirildikdən sonra qaz sayğacının altında deşik olduğunu bildirərək ekspertizaya göndərəcəklərini söylədilər. Həmin vaxt əməkdaş ona qaz sayğacına müdaxilə edərək deşdiyi barədə onu ittiham etmiş, lakin əməkdaşa həmin qaz sayğacının evindən kənarda yerləşdiyini və ümumiyyətlə heç bir müdaxilə etmədiyini bildirmişdir. Həmin ildə qaz sayğacını yerinə yerləşdirdikdən sonra, xx.xx.2018-ci il tarixdə qaz sayğacının çıxarılması haqqında № ******* nömrəli akt tərtib edilərək sayğacın dövlət yoxlamasına göndərilmiş və sayğac yenisi ilə əvəz etmişlər. xx.xx.2018-ci ildə "Azəriqaz" İB-nin X6 İstismar İdarəsindən № ******* nömrəli akt tərtib edilmiş, yaşadığı evin G-4 markalı, “7884505 nömrəli sayğacın hesablama mexanizminin qapağının deşilib. Dəymiş ziyan hesablansın və ödənsin” deyə akt tərtib edilmişdir. Buna görə də "Azəriqaz" İB-nin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən 1814.40 manat məbləğində cərimələndiyini bildirdilər. AKT-da göstərilən müdaxilə əlamətləri ona aid deyildir, bundan xəbəri olmayıb. O, bunlarla razılaşmamışdır, çünki ona heç bir müdaxilə etməmişlər. Onun istifadə etdiyi sayğac özünün həyətində deyil. Onu gecə-gündüz qorumaq gücündə deyillər. Buna görə də "Azəriqaz" İB-nin X6 İstismar İdarəsinin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi məhkəmə iclasında ilk iddianı müdafiə edərək, təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia müddətinin keçdiyini bildirmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, XS-50-00707/23 saylı Müqavilədən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 09 yanvar 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yaşayan Cavabdeh məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 sentyabr 2018-ci il tarixli ******* nömrəli Aktda göstərilmişdir ki, Cavabdeh yaşadığı evdə quraşdırılmış G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı deşilmiş, dəymiş ziyanın hesablanması və ödənməsi qeyd edilmişdir. **********01550 saylı abonentin saldosundan görünür ki, Cavabdeh 2018-ci il sentyabr ayına qalıq və aktlar üzrə 1814.40 manat borc hesablanmış, təbii qazdan istifadəyə görə 2024-cü ilin dekabr ayına borc isə 1941.39 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixədək qüvvədə olmuş redaksiya). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar iddia ərizəsinin, digər ərizənin verilməsinə görə - dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda quraşdırılmışdır. İddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni İddiaçı İB-nin üzərinə düşür. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 sentyabr 2018-ci il tarixli akt tərtib olunarkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini, onun təqsirinin müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin dəymiş ziyana görə hesabladığı 1814.40 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır. Buna görə də həmin məbləğ silinməlidir. Bundan başqa ilk iddia üzrə İddiaçı Cavabdeh təbii qazla təmin etdiyi halda, cavabdeh sayğacın göstəricisinə əsasən hesablanmış 126.99 manat (19xx.xx-1814.40) qazın dəyərini ödəməmişdir. Bununla da iddiaçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış həmin məbləğdə qazın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-3503/2024 saylı xx.xx.2024-cu il tarixli qərarı ilə formalaşdırdığı mövqeyə əsasən tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh 126.99 manat əsas borc, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 2.61 manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməli, ilk iddia qalan hissədə təmin olunmamalıdır. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh hesablanmış 1814.40 manat məbləğində borc silinməli və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddianın verilməsi üçün Cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddianın qiyməti 1814.40 manat olduğundan 38,15 manat dövlət rüsumu ödənilməli olduğundan həmin məbləğ İddiaçındən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış 126.99 manat əsas borc, 2.61 manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh (abonent kodu: **********01550) hesablanmış 1814.40 manat məbləğində borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilməli 38,15 manat dövlət rüsumu İddiaçındən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar