Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-28/2024 06.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi - vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 27 oktyabr 1999-cu ildə X3na verilmiş JN seriyalı 1923 və 1923 A nömrəli dövlət aktına əsasən, Balakən rayonu Katex kəndində yerləşən, ümumi sahəsi 0,6472 ha və 0,2527 ha torpaq sahələrinin mərhuma çatacaq hissəsinə Cavabdeh1 Eminovanın adına tam hissədə pay verilməsinə dair 15 sentyabr 2022-ci il tarixli, 2V-701 və 2V-702V nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamaı iddianın həcminin artırılması barədə məhkəməyə ərizə verərək "xxxx" ASC-nin Balakən rayon filialında X3na məxsus 1162 nömrəli hesabda olan miras əmlaka Cavabdeh1 adına tam hissədə pay verilməsinə dair 05 oktyabr 2012-ci il tarixli, 2V-1600 nömrəli, 27 oktyabr 1999-cu ildə X3na verilmiş JN seriyalı 1923 və 1923 A nömrəli dövlət aktına əsasən, Balakən rayonu Katex kəndində yerləşən, ümumi sahəsi 0,6472 ha və 0,2527 ha torpaq sahələrinin mərhuma çatacaq hissəsinə Cavabdeh1 adına tam hissədə pay verilməsinə dair 15 sentyabr 2022-ci il tarixli, 2V-701 və 2V-702V nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab ediliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiası İddiaçı Rizyan qızının nümayəndəsi - vəkili Nümayəndə3 işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək JN seriyalı 1923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Balakən rayonu Katex kəndində yerləşən 0,6472 ha və 0,2527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X12 çatacaq paya Cavabdeh1 adına tam hissədə pay verilməsinə dair 15 sentyabr 2022-ci il tarixli 2V-701 və 2V-702 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr”in etibarsız hesab edilməsi və həmin miras əmlaklarda İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 iyul 1963-cü ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur. Mərhum X4 01 sentyabr 2006-cı ildə vəfat etmişdir. O, atasına məxsus 1961-ci ildə tikilmiş Balakən rayonu Katex kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və orada böyümüşdür. Cavabdeh X17 mərhum atası-X1 nikaha daxil olduğu qadındır. Sonuncudan iddiaçının mərhum atasının oğlan övladları dünyaya gəlmişdir. Cavabdeh X5 bir övladı vəfat etmiş, digər oğlu isə uzun illərdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. X3 vəfat etdikdən sonra onunla Cavabdeh1 arasında mərhumdan miras qalmış fərdi yaşayış evi və torpaq sahəsinə dair mübahisə mövcud olmamış, islahat zamanı mülkiyyətə verilmiş 0,90 ha pay torpaq sahəsi naturada bölünməklə iddiaçı və cavabdeh tərəfindən istifadə edilmiş, hər biri özünə düşən paya münasibətdə torpaq sahəsində mövcud fındıq topalarının məhsulunu yığmışdır. İddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən, həyətyanı torpaq sahəsinin 1970-ci ildə inşa edilmiş damın yerləşdiyi hissə bölünərək iddiaçıya verilmişdir. Son 6 ay ərzində iddiaçı ilə cavabdeh arasında miras əmlaka dair mübahisə yaranmış, cavabdeh torpaq sahəsinin sənədləşməsi üçün birlikdə notariusa getməkdən imtina etmişdir. İddiaçı mərhum atasından miras qalan əmlakdan ona düşən payı almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, cavabdeh notariat ofisinə müraciət edərək X3ndan miras qalmış əmlaka vərəsəlik açdırmış, adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mərhumdan miras qalmış əmlaklara dair tam hissədə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, mərhum atasından miras qalmış əmlakı vərəsə olaraq qəbul etməklə miras əmlakın bir hissəsinə faktiki sahiblik etdiyindən, vərəsəlik işində iddiaçının doğum haqqında şəhadətnaməsi mövcud olduğu halda notarius tərəfindən mirasın açılması haqqında vərəsələrə məlumat təqdim edilmədiyindən, nəticədə qanunsuz olaraq miras əmlaka cavabdehin adına tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən iddia təmin edilməli, mübahisə predmeti olan şəhadətnamələr etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi -vəkili Nümayəndə3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, X3nun İddiaçı anası X7 ilə olan nikahından Saniyət, Ayşa və Feyzulla adlı üç uşağı olmuşdur. X37 Ammayevadan isə Murad və Rasim adlı iki uşağı olmuşdur. X50 uşaqlarından Ayşa Ammayeva 14 dekabr 1993-cü ildə, Murad Amayev isə 04 aprel 2007-ci ildə ölmüşlər. Ölən şəxslərin vərəsələri ilə bağlı onda məlumat yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı məhkəməyə müraciət edərək notarius tərəfindən verilmiş, xx.xx.2006-cı ildə vəfat etmiş X6 miras qalmış əmlaklara dair Maysatar Ammayevaya verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarız hesab edilməsi barədə qətnamə qəbul edilməsini və miras əmlakda payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı mirası qəbul etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Dövlət Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 1962-ci ildən X3nun təsərrüfatında yaşamır, onunla birgə təsərrüfat aparmır. Buna görə də onun 16 ildən sonra məhkəməyə müraciət edərək hər hansı bir qanun üzrə verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsinə dair subyektiv hüququ yoxdur. Bundan başqa, İddiaçı nə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, nə də mirasın qəbul edilməsi üçün vaxtın uzadılması üçün iddia ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı iddia ərizəsində “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsinə dair hər hansı bir faktı, buna dair hər hansı bir sübutu qeyd etməmiş, yalnız mirasın qəbulu ilə əlaqədar maddi hüquq normalarına müraciət etməklə iddiasının təmin olunmasını xahiş etmişdir. Halbuki MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları da hazırkı mübahisəyə tətbiq oluna bilməz. Belə ki, hazırkı işdə iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsidir. İddiaçı mirası qəbul etmədiyindən onun iddia tələbi təmin edilməməlidir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Cavabdeh X53 Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, keçmiş Zaqatala rayon VVAQ bürosu tərəfindən 29 dekabr 1963-cü il tarixdə verilmiş AZ seriyalı 595581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1963-cü ildə anadan olmuş , X4, anası X22 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 aprel 2022-ci il tarixdə verilmiş 05/69-327 nömrəli arayışdan görünür ki, X41 25 mart 1958-ci ildə anadan olmuş, X4, anası X14 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 06 may 2024-cü il tarixdə verilmiş 227 nömrəli arayışdan görünür ki, X30 14 dekabr 1993-cü ildə ölmüşdür , ölüm haqqında 27 yanvar 1994-cü ildə 102 nömrəli akt qeydi tərtib edilmişdir. İşdə olan Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən 09 fevral 1993-cü il tarixdə verilmiş Vİ-JQ seriyalı 314511 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X20 arasında 08 fevral 1993-cü ildə nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada Ammayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 06 may 2024-cü il tarixdə verilmiş 05/Q-226 nömrəli arayışdan görünür ki, X24 20 avqust 1963-cü ildə anadan olmuş, X4, anası X22 qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən 01 aprel 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 394015 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 02 aprel 2024-cü il tarixdə verilmiş 162 nömrəli arayışdan görünür ki, X42 05 may 1974-cü ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur. Bu barədə 30 iyul 1974-cü il tarixdə Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində 76 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası X31 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X43 20 avqust 1963-cü ildə anadan olmuş, atası X23, anası X18 qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 aprel 2022-ci il tarixdə verilmiş 05/69-326 nömrəli arayışdan görünür ki, X26 01 sentyabr 2006-cı il tarixdə ölmüşdür. Ölüm haqqında 02 sentyabr 2006-cı ildə 37 nömrə ilə akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1923 KOD 40105018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X12, X8 və X27 Balakən rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Balakən rayonu Katex kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 15 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilir ki, “ Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsəsən təsdiq edirəm ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş-X13 vərəsəsi:-Balakən rayonu Katex kəndi ünvanında qeydiyyatda olan arvadı- Cavabdeh1dır (AZE0*******, xx.xx.2003 - Balakən. FİN:xxxxxxx. d/t:xx.xx.1952) və o mirasdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-Balakən rayonu DTXK tərəfindən xx.xx.1999-cu il tarixdə X16 verilmiş seriya nömrəsi JN:1923, KOD: 40105018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.6472 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci tarixli qeydiyyat nömrəsi B-228 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Balakən rayonu Katex kəndi ünvanında yerləşən – torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan olunmamışdır.” İşdə olan 05 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir ki, “Mən, Balakən regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş-X13 vərəsəsi; ünvan 2 ünvanında qeydiyyatda alan Cavabdeh1dır (AZE0*******, xx.xx.2003 - Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1952) və o miras əmlakdan tam hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak - Balakən rayonu DTXK tərəfindən xx.xx.1999cu il tarixdə X16 verilmiş seriya nömrəsi JN:1923A, KOD; 40105018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.2527 ha olan torpaq sahəsindən ibarətdir,- DƏDRX-dən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi B-228 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır”. İşdə olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 vərəsəsi Balakən rayonu Katex kəndində qeydiyyatda olan Cavabdeh1 miras əmlakı bərabər hissələrlə tam həcmdə irs almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında 14 mart 2012-ci il tarixli fərmanına uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Balakən rayon filialında həmin miras qoyanın 1162 əmanət hesabındakı pul vəsaitindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Katex kənd Bələdiyyəsi tərəfindən 04 noyabr 2022-ci il tarixdə verilmiş 210 nömrəli arayışdan görünür ki, Katex kənd sakini Cavabdeh1 əri X23 2006-cı ildə vəfat etdikdən sonra ona və ailəsinə məxsus AN-206523 nömrəli “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 1362.55 m2 həyətyanı və JN- 1923A saylı Dövlət aktı ilə verilmiş 0.2527 ha kənddaxili, JN-1923 saylı Dövlət aktı ilə verilmiş 0.6472 ha bağ pay torpaq sahəsindən istifadə edir və vergiləri onun tərəfindən ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-68/2024 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(019)-244/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsi- vəkilinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mərhum X4nun birinci nikahından Saniyət, Ayşə və Feyzullah adlı uşaqları olmuşdur. O, sonradan Cavabdeh1 ilə evlənmiş və bu nikahından Rasim və Murad adlı uşaqları doğulmuşdur. X2 Maysarat Eminovna ilə 08 fevral 1993-cü ildə rəsmi nikah bağlamışdır. O, 01 sentyabr 2006-cı ildə vəfat etmişdir. Ondan, Cavabdeh1 və X35 ilə ümumi birgə mülkiyyətində olan , Balakən rayonu Katex kəndində yerləşən, 0,90 hektar ( 6472,57kv/m+2527,99kv/m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən hissəsi miras qalmışdır. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmamış və miras əmlakda paylar müəyyən edilməmişdir. Cavabdeh1 2022-ci ilin sentyabr ayında mərhum Rizvan Amayevanın vərəsəsi olaraq özünün və oğlu X25 olması barədə Balakən Rayon İcra Hakimiyyəti Katex kənd İcra Nümayəndəliyinin 28 noyabr 2013-cü il tarixli arayışını Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə təqdim etmiş, yalnız özünün və oğlu Rasim Amayevin X50 vərəsəsi olduğunu bildirmiş, X25 ona verdiyi etibarnamə əsasında Rasim Ammayevin öz payından onun xeyrinə imtina etməsi barədə ərizə yazmış, X53 Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən vərəsələrlə bağlı məlumat əldə olunmamış, vərəsələrin axtarılması üçün tədbirlər görülməmiş, Maysarat Ammayevə bütün mirasdan irs alması barədə 15 sentyabr 2022-ci il tarixli, 2V-701 və 2V-702V nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı bu barədə məlumat aldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulamışdırır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, miras qoyan X13 İddiaçı, X48, X24, X42, X43 və Cavabdeh1 adlı birinci növbəli altı vərəsələrinin olmasını, qanunla müəyyən edilmiş müddətdə heç bir vərəsənin mirasdan imtina etməməsini, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bütün vərəsələrin mirası qəbul etmələrini, vərəsələrdən Ammayeva (Mansurova) Ayşanın və Murad Ammayevin ölmələrini, Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X19 tərəfindən X3ndan miras qalmış əmlaka görə Cavabdeh1 adına verilmiş 15 sentyabr 2022-ci il tarixli, 2V-701 və 2V-702V nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qanunvericiliyin tələbləri pozulmaqla verilməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən X3ndan miras qalmış əmlaka görə Cavabdeh1 adına verilmiş 15 sentyabr 2022-ci il tarixli, 2V-701 və 2V-702V nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, JN-1923 KOD 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X13, Cavabdeh1 və X25 ümumi birgə mülkiyyətində olan , Balakən rayonu Katex kəndində yerləşən, 0,90 hektar ( 6472,57kv/m+2527,99kv/m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3na düşən hissəsi miras əmlak olmaqla onun birinci növbəli vərəsələri arasında payları bərabər olmaqla bölünməli, 0,90 hektar ( 6472,57kv/m+2527,99kv/m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X12 çatacaq,miras əmlakın 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 1/18 hissəsinə ) İddiaçı, 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 7/18 hissəsinə ) Cavabdeh1, 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 1/18 hissəsinə ) X10, 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 7/18 hissəsinə ), X28 payları müəyyən edilməli, miras əmlakın birinci növbəli vərəsələr X36 aid 1/6 hissəsi (ümumi torpaq sahəsinin 1/18 hissəsi ) və X32 aid 1/6 hissəsi (ümumi torpaq sahəsinin 1/18 hissəsi ) açıq saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən X3ndan miras qalmış əmlaka görə Cavabdeh1 adına verilmiş 15 sentyabr 2022-ci il tarixli, 2V-701 və 2V-702V nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. JN-1923 KOD 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X13, Cavabdeh1 və X25 ümumi birgə mülkiyyətində olan , Balakən rayonu Katex kəndində yerləşən, 0,90 hektar ( 6472,57kv/m+2527,99kv/m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3na düşən hissəsi miras əmlak olmaqla onun birinci növbəli vərəsələri arasında payları bərabər olmaqla bölünsün; miras əmlakın 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 1/18 hissəsinə ) İddiaçı, 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 7/18 hissəsinə ) Cavabdeh1, 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 1/18 hissəsinə ) X10, 1/6 hissəsinə (ümumi torpaq sahəsinin 7/18 hissəsinə ), X28 payları müəyyən edilsin. Miras əmlakın birinci növbəli vərəsələr X36 aid 1/6 hissəsi (ümumi torpaq sahəsinin 1/18 hissəsi ) və X32 aid 1/6 hissəsi (ümumi torpaq sahəsinin 1/18 hissəsi ) açıq saxlansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-28/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-28/2024
06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver