Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-281/2024 14.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə Məhəmmədovnanın iştirakı ilə, ərizəçi X24 hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X29 nümayəndəsi vasitəsilə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN 1895, KOD 40105018 nömrəli aktın X11 yox Ərizəçi, X13 yox X7 və X18 yox X19 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Ərizəçi və digər ailə üzvlərinə Balakən rayonu Katex kəndində yerləşən 1,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə JN 1895, KOD 40105018 nömrəli AKT verilmişdir. Həmin aktda ərizəçi və digər şəxslərin ad və ata adı qrafasında Ərizəçi sözləri əvəzinə X20, X3 əvəzinə X23, X4 əvəzinə X5 yazılmışdır. Torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsnin 26.04.202-ci il tarixli məktubuna əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, şəhadətnamədə düzəlişlərin edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsnin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı olduqdan sonra məsələyə baxılacaqdır. Hesab edir ki, həmin torpaq sahəsi ərizəçinin və onun ailə üzvlərinin faktiki istifadəsindədir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X22 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, həmçinin X6 onun və Ərizəçi anası, X15 isə onların bacısı olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN:1895 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X38 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 nömrəli qərarı ilə Balakən rayonu Katex kəndində 1.16 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X8, X12, X9 və X16 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 783087 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 04 ayının 01 günündə 28 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 783256 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 18 avqust 2016cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 08 ayının 30 günündə 46 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin vətəndaş Ərizəçi etibarnamə üzrə nümayəndəsi Ömərova (Abdullayeva) Fəridə Məhəmmədovnaya ünvanlanmış 25 aprel 2022-ci il tarixli **********21 nömrəli məktubunda göstərilir ki, Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş torpaq sahələrinə dair JN-1895 nömrəli «Dövlət Aktı» sənədində düzəliş edərək mülkiyyətçilərin adlarının şəxsiyyət vəsiqəsinə uyğun qeyd olunaraq həmin torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquşqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN:1895 nömrəli Torpağa Mülkiyyət Hüququna X41 sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Zaqatala rayon Katex kənd soveti tərəfindən 19 sentyabr 1963-cü il tarixdə verilmiş AZ seriyalı 543130 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X25 18 avqust 1963-cü ildə doğulmuş, atası X21, anası X14 qeyd edilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Katex kənd soveti tərəfindən 3 avqust 1962-ci il tarixdə verilmiş AZ seriyalı 287085 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X27 xx xxxx 1962-ci ildə doğulmuş,atası X21, anası X14 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqə xx.xx.1971-ci ildə doğulmuş Ərizəçi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,həmin vəsiqə xx.xx.1962-ci ildə doğulmuş Nümayəndə Məhəmmədovnaya verilmişdir. İş materiallarından görünür ki, Ərizəçi və X14 tərəfindən Nümayəndə onların adından iddia ərizəsi imzalamaq və məhkəmədə onları təmsil etmək səlahiyyəti verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının Katex kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 may 2024-cü il tarixli 465 №-li arayışından görünür ki, həqiqətən Ərizəçi X1 bacısıdır. Onun, Ərizəçi, X14 və Nümayəndə Məhəmmədovna, X10 başqa vərəsəsi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, JN:1895 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X41 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 nömrəli qərarı əsasında Balakən rayonu Katex kəndində 1.16 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X8, X12, X9 və X16 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin aktda ərizəçi, onun anası və bacısının ad və ata adı qrafasında Ərizəçi sözləri əvəzinə X20, X3 əvəzinə X23, X4 əvəzinə X5 yazılmışdır. Ərizəçi torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsi Dövlət aktında uyğunsuzluq olduğunu göstərərək çıxarış verilməkdən imtina edilmişdir. Ərizəçi hüquqmüəyyənedici sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə miras payı da daxil olmaqla sözügedən torpaq sahələrinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməli olmuş və bununla bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarının tələbləri nöqteyi-nəzərindən işdəki sübutlarla müəyyən olunur ki, JN:1895 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X39 ərizəçinin, onun anası Patimat Abdullayevanın və onun bacısı Ayşa Abdullayevanın adı onların şəxsiyyətini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, , JN:1895 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X41 orada göstərilən torpaq sahəsinə hüquqmüəyyənedici sənəddir və ərizəçiyə həmin hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmçinin həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN:1895 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 yox Ərizəçi, X13 yox X7 və X18 yox X19 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan JN:1895 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 yox Ərizəçi, X13 yox X7 və X18 yox X19 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-281/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-281/2024
14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver