Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-287/2022 31.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi və ailə üzvlərinin adına verilmiş JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin və JN-382 kod 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X12 Ərizəçi Arif oğluna yox ,ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,13 ha həyətyanı torpaq sahəsi ayrılmış, buna dair JN- 168B saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-382 kod 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə 0,52 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Həm Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-168 B kod 40108038 şəhadətnamədə, həm də Torpağa Mülkiyyət Hüququna Dair JN:382 kod 40108018 saylı Dövlət Aktında onun ata adı səhvən Ərizəçi Arif oğlu kimi qeyd olunmuşdur. Balakən İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsinin nümayəndəliyi tərəfindən verilmiş 18.10.2021 -ci il tarixli 2012 nömrəli arayışdan görünür ki, X5 30.06.1998 tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı (soyadı, atasının adı) Ərizəçi Arif oğlu qeyd olunmuşdur. Odur ki, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi ilə adlı siyahıda qeyd olunan Ərizəçi Arif oğlu eyni şəxsdir ( özüdür). Bu səbəbdən o, həm həyətyanı, həm də kənd təsərüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından Çıxarış ala bilmir. Bununla əlaqədar olaraq, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin **********11 27 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, torpaq islahatı nəticəsində ona və ailə üzvlərinə verilmiş torpaq sahələrinə dair Şəhadətnamə və Dövlət Aktında düzəliş edərək mülkiyyətçilərin adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunaraq həmin torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN:382 nömrəli Torpağa Mülkiyyət Hüququna X18 və JN-168B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədlərində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X2 ifadələrində göstərmişlər ki, JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə və JN:382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X16 göstərilən Ərizəçi Arif oğlu ilə Ərizəçi eyni şəxsdir. X13 və şəhadətnamədə Ərizəçi ata adı səhv olaraq Arif kimi göstərilmişdir. Həqiqətən də JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə və JN: 382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X16 göstərilən Ərizəçi Arif oğlu ilə Ərizəçi eyni şəxsdir və həmin torpaq da Ərizəçi tərəfindən istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN:382 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X14 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Ərizəçi Arif oğlunun, X1, X3 v X7 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.13 ha həyətyanı torpaq sahəsi Ərizəçi Arif oğlunun, X1, X3 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli 2012 nömrəli arayışda göstərilir ki, X6 30.06.1998-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı (soyadı, atasının adı) Ərizəçi Arif oğlu qeyd olunmuşdur. Odur ki, AZE0******* nömrəlı şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi adlı şəxs ilə adlı siyahıda qeyd olunan Ərizəçi Arif oğlu eyni şəxsdir (özüdür). İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi Arif oğluna ünvanladığı 27 dekabr 2021-ci il tarixli **********11 nömrəli məktubunda göstərilir ki, torpaq islahatı nəticəsində ona və ailə üzvlərinə verilmiş torpaq sahələrinə dair Şəhadətnamə və Dövlət Aktında düzəliş edərək mülkiyyətçilərin adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunaraq həmin torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN:382 nömrəli Torpağa Mülkiyyət Hüququna X18 və JN-168B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədlərində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, JN:382 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X18 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Ərizəçi Arif oğlunun, X1, X3 v X7 ümumi birgə mülkiyyətinə verilmiş, həmçinin JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində 0.13 ha həyətyanı torpaq sahəsi Ərizəçi Arif oğlunun, X1, X3 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamədə və JN:382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X16 birgə mülkiyyətçilərin sırasında Ərizəçi atasının adı səhvən Arif kimi yazılmışdır. Ərizəçi adında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsində Şəhadətnamədə və Dövlət Aktında olan ərizəçinin atasının adı ilə bağlı bu uyğunsuzluğun aradan qaldırılmasından və çıxarış verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin torpaq sahəsi ərizəçinin istifadəsindədir. Ərizəçi hüquqmüəyyənedici sənədlərin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə ona məxsus olan torpaq sahələrinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənədlər olan JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin və JN:382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X17 Ərizəçi Arif oğluna yox, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənədlər olan JN-168B kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin və JN:382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X17 Ərizəçi Arif oğluna yox, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-287/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-287/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver