Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-293/2022 18.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN 0036 KOD 40108018 nömrəli Dövlət Aktı və JN 011A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədin X13 yox, X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN 0036 KOD 40108018 nömrəli Dövlət Aktı və JN 011A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədinin o cümlədən X13 yox, X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Balakən rayonu Mahamalar kəndində yerləşən 0.38 ha torpaq sahəsi və 0.18 ha həyətyanı sahə verilmişdir. Torpaq sahələrinə JN 0036 KOD 40108018 nömrəli Dövlət Aktı və JN 011A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Həmin aktda və şəhadətnamədə onun X2nın ad qrafasında Pərixanım sözü əvəzinə Pəri sözü yazılmışdır. X2 03.04.2008-ci il tarixdə ölmüşdür. Hal-hazırda o, sözügedən torpaq sahələrinə çıxarış almaq üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsiniin 28 yanvar 2022-ci il tarixli məktubuna əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, JN 0036 KOD 40108018 nömrəli Dövlət Aktı və JN 011A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə düzəlişlərin edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsniin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı olduqdan sonra çıxarışın verilməsi mümkündür. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Ona görə də hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X17 ifadələrində göstərmişlər ki, X8 Ərizəçi arvadı olmuşdur. X8 03.04.2008-ci il tarixdə ölmüşdür JN 0036 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 və JN 011A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən X18 ilə X8 eyni şəxsdir. X20 və şəhadətnamədə X4 adı səhv olaraq Pəri kimi göstərilmişdir. Həqiqətən də JN 0036 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 və JN 011A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən X18 ilə X8 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 0036 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X21 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.38 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Ərizəçi, X11, X12 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 011A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.18 ha həyətyanı torpaq sahəsi Ərizəçi, X11, X12 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli 05/69-219 nömrəli arayışda göstərilir ki, Ərizəçi ilə X1 nikahı haqqında Balakən rayonu Mahamalar kənd icra nümayəndəliyində 28 yanvar 1965-ci il tarixdə 02 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonar arvada Piriyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından və ümumən iş materiallarından görünür ki, Ərizəçi arvadının soyadı, adı və atasının adı X8 olmuş və o, 16.10.1948-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Mahamalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 283882 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 03.04.2008-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli 1032 nömrəli arayışda göstərilir ki, X9 30.06.1998-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı (soyadı, atasının adı) X18 qeyd olunmuşdur. Odur ki, AZ-İİ 283882 nömrəlı ölüm haqqında şəhadətnamədə qeyd olunan X8 adlı şəxs ilə adlı siyahıda qeyd olunan X18 eyni şəxsdir (özüdür). İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş X19 Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu G.Ə.İsmayılovanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisinə ünvanladığı 30.12.2021-ci il tarixli 1728 nömrəli məktubda göstərilir ki, Ərizəçi müraciəti, miras qoyanın qohumluq əlaqəsini təsdiq edən səned, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 03.04.2008-ci ildə ölmüş X4 adına vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Mçəcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yəni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlakın üzərində mülkiyyət və ya əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxus olması haqqında arayış verilir. Həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin verilməsi haqqında Təlimatın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X4 adına məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, sorğunu təqdim etmiş şəxs vasitəsilə X19 Xidmət mərkəzində Notariat Ofisrinə göndərilməsi xahiş olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış 28 yanvar 2022-ci il tarixli **********38 nömrəli məktubunda göstərilir ki, torpaq islahatı nəticəsində ona və ailə üzvlərinə verilmiş torpaq sahələrinə dair Şəhadətnamə və Dövlət Aktında düzəliş edərək mülkiyyətçilərin adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunaraq həmin torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN:0036 nömrəli Torpağa Mülkiyyət Hüququna X29 və JN-011A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədlərində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. İş materiallarında olan 05.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə məhkəməyə müraxciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, JN:0036 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X29 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində 0.38 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Ərizəçi, X11, X12 və X10 ümumi birgə mülkiyyətinə verilmiş, həmçinin JN-011A kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində 0.18 ha həyətyanı torpaq sahəsi Ərizəçi, X11, X12 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. Ərizəçi ilə X1 nikah Balakən rayonu Mahamalar kənd icra nümayəndəliyində 28 yanvar 1965-ci il tarixdə 02 № ilə qeyd edilmiş, nikah bağlandıqdan sonar arvada Piriyeva soyadı verilmişdir. Ərizəçi arvadının şəxsiyyət vəsiqəsindəki soyadı, adı və atasının adı X6r və o,16.10.1948-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuşdur. Lakin JN:0036 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X26 və JN-011A kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə birgə mülkiyyətçilərin sırasında X4 adı səhvən Pəri kimi yazılmışdır. Ərizəçi X2 03.04.2008-ci ildə ölmüş və onun adına X19 Xidmət mərkəzi Notariat Ofisində vərəsəlik işi açlımışdır. Ərizəçi həmçinin arvadı mərhum X4 miras payını təşkil edən torpaq sahələrəini öz adına sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsində hüquqmüəyyənedici sənədlər olan JN:0036 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X26 və JN-011A kod 40108038 saylı Torpağın Mülkiyyətə X3 ərizəçinin mərhum arvadının adı ilə bağlı bu uyğunsuzluğun aradan qaldırılmasından və çıxarış verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin torpaq sahələri ərizəçinin istifadəsindədir. Ərizəçi hüquqmüəyyənedici sənədlərin mərhum X2na məxsus olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə mərhum arvadından qalmış miras payı da daxil olmaqla sözügedən torpaq sahələrinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməli olmuş və bununla bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarının tələbləri nöqteyi-nəzərindən işdəki sübutlarla müəyyən olunur ki, JN:0036 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X26 və JN-011A kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ərizəçinin mərhum arvadının adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, JN:0036 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X29 və JN-011A kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə orada göstərilən torpaq sahələrinə hüquqmüəyyənedici sənədlərdir və ərizəçiyə həmin hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmçinin həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənədlər olan JN:0036 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X28 və JN-011A kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin o cümlədən X13 yox, X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənədlər olan JN:0036 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X28 və JN-011A kod 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin o cümlədən X13 yox, X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-293/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-293/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver