Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-30/2024 05.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-486 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-487 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-488 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və həmin çıxarışlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin ləğv edilməsi, miras əmlakın vəsiyyətnamə üzrə bölüşdürülməsi, mərhum X4 miras qalmış əmlakların 3/4 hissəsi üzrə, ümumi əmlakın isə 7/8 hissəsinin İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda Balakən rayonu Qazma kəndi ünvanında yaşayır. Cavabdeh də X3 rayonu Qazma kəndində yaşayır, 1980-ci ildə anadan olmuş, 1990-cı ildə X2na övladlığa verilmişdir. Balakən rayon Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 08 saylı qərarı ilə X13, X28, X18 Balakən rayonu Qazma kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN 1425A KOD 40103018 olan X17 Dair Şəhadətnamə və JN 1425 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(019)-286/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Qazma kəndində yerləşən X11, X27, X14 ümumi birgə mülkiyyətində olan 0.20 ha həystyanı və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə X14 payı müəyyən edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli 2(019)-694/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Qazma kəndində yerləşən X11, X27, X14 ümumi birgə mülkiyyətində olan 0.20 ha həyətyanı və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X14 1/3 hissə payının naturada ayrılması qət edilmiş, həmin torpaq sahələri Elnur Xəlilova verilmiş, verilmiş sahələr üzrə cavabdeh çıxarışlar almışdır. X2 2017-ci ildə vəfat etmişdir. X1 ümumi mülkiyyət hüququ üzrə məxsus Qazma kəndində yerləşən ümumi sahəsi 0,2576 ha torpaq sahəsinə, Qazma kəndində yerləşən ümumi sahəsi 0,1215 ha olan torpaq sahəsinə, Qazma kəndində yerləşən ümumi sahəsi 0.129 ha olan torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsinə ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. X37 özünə məxsus olan torpaq payını ona notarial qaydada bağışlamışdır. Bu torpaqlar mərhum X7 və İddiaçı ümumi mülkiyyətində olmuşdur. X15 vəfat etdiyindən Balakən rayon Dövlət Notariat Ofisi tərəfindən miras əmlaka vərəsəlik işi açılmış, miras əmlak X33 və İddiaçı arasında payları bərabər olmaqla bölünmüşdür. Bununla əlaqədar ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-485 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-486 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-487 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-488 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sözügedən miras əmlakların digər 1/2 hissəsinə X18 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Həmin şəhadətnamələr əsasında paylı mülkiyyət üzrə paylar müəyyənləşdirilərək ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi İddiaçı adına qeydə alınmışdır. Qeyd etmək istəyir ki, X2 xx.xx.2017-ci il tarixdə ölmüş, onun ölümündən sonra Balakən rayon Notariat Ofisinin notariusu Cavabdeh2 tərəfindən miras əmlaka vərəsəlik işi açılmış, miras əmlak X33 və İddiaçı arasında payları bərabər olmaqla bölünmüşdür. Lakin X2 15 sentyabr 2005-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində vəsiyyətnamə tərtib etdirərək ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Notariat Ofisində vərəsəlik işi açılarkən bu barədə notariusa məlumat vermişdir. Ancaq həmin vəsiyyətnaməni itirdiyinə görə və həmin vaxt notariat orqanına nüsxəsini təqdim edə bilmədiyimə görə miras əmlak bərabər hissələrdə bölünmüşdür. Hazırda həmin vəsiyyətnaməni məhkəməyə təqdim etməklə yuxarıda qeyd edilən şəhadətnamələri və çıxarışları ləğv etməklə mirasda payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Balakən rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-485 reyetr nömrəli qanun Üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçıxx.xx.2019-cu il tarixdə verilmiş 2V-486 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-487 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-488 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, həmin şəhadətnaməyə əsasən qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və həmin çıxarışlar əsasında verilmiş qeydlər ləğv edilməli, miras əmlak vəsiyyət üzrə vərəsəlik qaydaları ilə bölüşdürülməli, mərhum X5 miras qalmış əmlakın 3/4 hissəsi İddiaçı verilməli, ümumi əmlakın isə 7/8 hissəsinin İddiaçı verilməsi müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə2 və X12 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, hazırki iddia predmetini təşkil edən miras əmlakların bölünməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu, iddianın predmetini təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və qeydlərin ləğv edilməsi və miras payın yenidən bölünməsi üçün əsasların olmamasını bildirərək, iddianın təimn olunmamasını xahiş etmişlər. Cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, torpaq Qaraoğlana (İddiaçı) verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, Ziyavəddin onun qardaşı olmuşdur. Ziyavəddin torpağı Abdullaya vermişdir. Abdulla həmin yeri çoxdan istifadə edir. Balaca vaxtından torpaq Abdullanın üstünə yazılmışdır. Xəstə olanda Ziyavəddinə Abdullanın yoldaşı Elnarə baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Ziyavəddin onun qardaşı olmuşdur. Ziyavəddinə Abdulla baxmışdır. Ziyavəddin ağır xəstə olmuşdur. Ziyavəddin deyirdi ki, ona kim baxsa, torpağı ona verər. O, eşitmişdir ki, Ziyavəddin vəsiyyətnaməni Abdullaya yazmışdır. Elnur uşaq vaxtlarında bir nəvə kimi Ziyavəddinin evinə gəlib-getmişdir. İş materiallarında olan Balakən rayonu Qazma Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamə ilə X16 torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1425 A nömrəli şəhadətnamə ilə verilmiş 0,20 ha həyətyanı, torpağa mülkiyyət hüququna dair JN seriyalı 1425 nömrəli dövlət aktı ilə verilmiş 4634 kv.m pay torpaq sahəsini oğlu İddiaçı Ziyaviddin oğluna vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AZ-İ seriyalı 902890 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(019)-694/2018 nömrəli qətnaməsindən görünür ki, X11, X27, X12 ümumi paylı mülkiyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı X12 1/3 hissə payı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılmış, iddiaçının paylarına verilmiş torpaq sahəsindən X27 çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-488 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi İddiaçı Ziyaviddin oğlu miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 3/4 hissədə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində hüquq sahibləri 1/4 hissədə X20, 3/4 hissədə isə İddiaçıdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-487 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi İddiaçı Ziyaviddin oğlu miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 3/4 hissədə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində hüquq sahibləri 1/4 hissədə X20, 3/4 hissədə isə İddiaçıdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-486 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi İddiaçı miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 3/4 hissədə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində hüquq sahibləri 1/4 hissədə X20, 3/4 hissədə isə İddiaçıdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi İddiaçı Ziyaviddin oğlu miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha yaşayış məntəqələrinin torpaq sahəsi üzərində 3/4 hissədə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində hüquq sahibləri 1/4 hissədə X20, 3/4 hissədə isə İddiaçıdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-501 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi X22 miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-504 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi X22 miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-503 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi X22 miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2V-502 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi X22 miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 5/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha yaşayış məntəqələrinin torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 nömrəli ekspert rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılmış, naturada ayrılmış X12 1/4 hissə payından İddiaçı çıxarılması qət edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllənin müvafiq maddələrində də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun yaranmasına, tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.7-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.5-ci maddəsinə əsasən övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «Daşınmaz əmlakın dövlət reyesri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyesri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. «Daşınmaz əmlakın dövlət reyesri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:…8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları… Məhkəmə araşdırması zamanı sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, X27, X14 ümumi paylı mülkiyətinə verilmiş, Balakən Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(019)-694/2018 nömrəli qətnaməsi ilə həmin 0,20 ha həyətyanı torpaq sahəsindən və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı X14 1/3 hissə payı naturada ayrılmış, qətnamə qanuni qüvvəsini almışdır. X16 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış əmlaka 1/2 hissədə İddiaçı Ziyaviddin oğlu, 1/2 hissədə isə X22 irs almışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsinə əsasən, reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha yaşayış məntəqələrinin torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 nömrəli ekspert rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılmış, naturada ayrılmış X12 1/4 hissə payından İddiaçı çıxarılması qət edilmişdir. İddiaçı mərhum atası X6 öz əmlakını ona vəsiyyət etdiyini və bu barədə vəsiyyətnamə təqdim edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Belə tələb həmçinin Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Hazırki mübahisə üzrə preyudisial xarakterə malik Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi mövcuddur ki, həmin qətnamə ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha yaşayış məntəqələrinin torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 payına düşən 1/4 hissəsi həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 nömrəli ekspert rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılmış, naturada ayrılmış X12 1/4 hissə payından İddiaçı çıxarılması qət edilmişdir. Həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində yenidən mübahisələndirilməsi istisna edildiyindən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının mübahisələndirdiyi məsələlər artıq həll edilmişdir və bu da iddianın əsassız olması nəticəsinə gəlməyə faktoloji və hüquqi əsaslar yaradır. Eyni zamanda X4 qalmış mirasla bağlı məsələlər həll edilmiş, bununla bağlı notariat kontorunda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və həmin şəhadətnamələr əsasında miras bölgüsü həyata keçirilmişdir. Həmçinin İddiaçı iddia predmetini təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür ki, həmin müddət də kəsici müddət olmaqla məhkəmə tərəfindən tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İş materiallarından görünür ki, İddiaçı həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi vaxtdan məlumatlı olmuş, müvafiq əsas olduğunu bildiyi gündən iki ay müddətində onları məhkəmədə mübahisələndirməmiş, yalnız 03 noyabr 2022-ci il tarixdə, yəni həmin şəhadətnamələrin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdən çox sonra onların ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş, yəni həmin kəsici müddəti ötürmüşdür ki, bu da həmin tələb üzrə iddianın rədd olunması üçün bir əsasdır. Məhkəmə həmçinin hesçab edir ki, 0,129 ha, 0,4002 ha, 0,1215 ha və 0,2576 ha torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və həmin çıxarışlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin ləğv edilməsi üçün də heç bir faktoloji və hüquqi əsas yoxdur. Belə ki, həmin sözügedən çıxarışlar və qeyd qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmişdir. Həmin şəhadətnamələrin də ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa yuxarıda istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında da preyudisial əhəmiyət daşıyan faktlar müəyyən edilmişdir ki, həmin preyudisial faktlar da hazırki tələb üçün də məcburi xarakter daşıyır və yenidən sübut oluna bilməz. Eyni zamanda həmin şəhadətnamələr, çıxarışlar və qeydin ləğv edilməsi üçün iş üzrə faktoloji və hüquqi əsaslar mövcud deyildir. Əks hal isə iş üzrə üçüncü şəxsin həmin torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Bundan başqa sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların və qeydin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə preyudisial əhəmiyyət daşıyan faktlar mövcud olduğundan miras əmlakın vəsiyyətnamə üzrə bölüşdürülməsi, mərhum X4 miras qalmış əmlakların 3/4 hissəsi üzrə, ümumi əmlakın isə 7/8 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı halları təsdiqn edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə həmçinin iddiaçının şahidlərinin məhkəmə iclasında verdiyi ifadələrini də mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin şahidlərin ifadələri iddia tələbinin əsaslandırldığı halları, həmin halların həqiqətən də faktoloji və hüquqi əsaslara malik olmasını və əsaslı olmasını təsdiq etmir. İşdə iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı digər mötəbər sübutlar da yoxdur. Göstərilənlər iddia tələbinin əsassız olmasını göstərir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin, üçüncü şəxsin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərərək, hesab edir ki, İddiaçı üçüncü şəxs X22 göstərilməklə cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-486 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-487 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X9 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-488 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və həmin çıxarışlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin ləğv edilməsi, miras əmlakın vəsiyyətnamə üzrə bölüşdürülməsi, mərhum X4 miras qalmış əmlakların 3/4 hissəsi üzrə, ümumi əmlakın isə 7/8 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı oğluna aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-30/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-30/2024
05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver