Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-300/2024 02.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X*0 iştirakı ilə, Ərizəçi oğlu-27 dekabr 2005-ci il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu-27 dekabr 2005-ci il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Hənifə kəndində yaşayır. X5 ilə rəsmi nikahından 27 dekabr 2005-ci ildə X*2 anadan olmuşdur. X*2 anadangəlmə çox ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi psixopatik davranış pozuntusu diaqnozu ilə dünyaya gəlmişdir. Ərizəyə əlavə olunmuş Balakən RMX-nın X*3 baş direktoru Dilbər Quliyevaya ünvanlanmış 0* noyabr 2023-cü il tarixli *442 nömrəli Şəki Rayon Psixiatriya Xəstəxanasının arayışından görünür ki, 3*.*0.2023-cü il tarixli göndərişə əsasən Balakən rayonu Hənifə kəndində yaşayan 2005-ci il təvəllüdlü X*2 0*.**.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur, d-z: çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu F-73.*, İQ əmsal-20 %. Özünə qulluq qabiliyyətinin olmaması, kənar şəxslərin qulluğuna ehtiyacı var. Resseptiv nitq pozuntusu F-80.*. Ərizəyə əlavə olunmuş Balakən RMX X*3 baş direktoru Dilbər Quliyeva və digərləri tərəfindən tərtib edilmiş *4.03.2022-ci il tarixli aktdan görünür ki, Balakəni rayonu Hənifə kənd sakini 2005-ci il təvəllüdlü X*2 d-z: Epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları. Epilepsiya nəticəsində ağır dərəcəli demensiya diaqnozu ilə xəstədir. Doğulan gündən ambulator müalicə alır. Müalicənin effekti yoxdur. Uşağı saxlamaq mümkün deyil. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Aşağıda imza edən həkimlərin baxışı zamanı xəstənin kənar şəxsin qulluğuna ehtiyacı olduğunu təsdiq edirlər. Ərizəyə əlavə edilmiş 2*.02.2020-ci il Neyrofizioloji kompyuterli EEQ müayinəsindən görünür ki, 2005-ci il təvəllüdlü İbrahimov Ömər əsas ənsə üstü yaşa uyğun formalaşır. Baş-beyin bioelektrik aktivliyinin dilusepaldis funksiyası aryanik kompanentlə beyin qabağı paroksizmaldır. X6 ağır dərəcəli əqli gerilik diaqnozu ilə xəstədir. Balakən Rayon Mərkəzi Xəstəxanasında psixiatriya qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar əlildir və əmək qabiliyyəti yoxdur. Lakin X6nun *8 yaşı tamam olub, onun adına təqaüd kartı alınmalıdır. Lakin o, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyildir, həmçinin təqaüd kartının alınması üçün imza ata bilmir. Onun üzərində qəyyumluq müəyyən edilməlidir. 27 dekabr 2005-ci il tarixdə anadan olmuş X7 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar fəaliyət qabiliyyətinin olmaması səbəbindən ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona hazırda o, qulluq edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X* ilə bağlı gəzə və danışa bilmədiyini, suallara cavab verə bilmədiyini, üstünü batırdığını, ona görə məhkəmə iclasında iştirak edə bilmədiyini göstərərək,ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X*4 ərizənin təmin olunmasına və ərizəçinin oğlu-27 dekabr 2005-ci il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X2 buna imkani vermədiyi üçün məhkəmə iclasına çağrılmamış və məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan *0.02.20*8-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.*982-ci il tarixdə Balakən rayonu Hənifə kəndində doğulmuşdur və Balakən rayonu Hənifə kəndində yaşayır. İş materiallarında olan AA358*685 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi X*2 27.*2.2005-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Balakən rayon X9 Hüquqi Şəxsinin 23 yanvar 2024-cü il tarixli 68 №-li tibbi arayışından görünür ki, Balakəni rayon sakini 2005-ci il təvəllüdlü X*2 həqiqətən MRX-nın poliklinika şöbəsində ruhi-əsəb xəstəliyinə görə həkim psixiatrın qeydiyyatındadır. Diaqnoz:Çox ağır dərəcəli əqli gerilik, özünə qulluğun olmaması. Davranız pozuntuları tez-tez baş verən epileptik cəngolmalar. İş materiallarında olan X4 *0.06.2022-ci il tarixli 59* saylı və 0*.**.2023-cü il tarixli *442 saylı Balakən RMX X*3 baş direktoruna ünvanladığı məktublardan görünür ki, Balakəni rayonu Hənifə kəndində yaşayan 2005-ci il təvəllüdlüu X*2 *0.06.2022-ci il tarixdə və 0*.**.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. D-z:çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu F-73.*. Özünə qulluq qabiliyyətinin olmaması. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Reeseptiv nitq pozuntusu F-80.2. İş materiallarından həmçinin görünür ki, ərizəçi X3 tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 274 nömrəli rəyindən görünür ki, X*2 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0cu baxış) F72.* xəstəliyi keçirir. Keçirdiyi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X*2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçini və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən rayonu Hənifə kəndində yaşayır. Ərizəçinin 27 dekabr 2005-ci il tarixdə doğulmuş və hazırda Balakən rayonu Hənifə kəndində yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan X6 ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu F-73.*, özünə qulluq qabiliyyətinin olmaması diaqnozu ilə xəstədir və onun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. X*2 ərizəçinin himayəsində yaşayır, ona Ərizəçi qulluq edir. X7 *8 yaşı tamam olub, onun adına təqaüd kartı alınmalıdır. X*2 öz hərəkətlərinin faktiki xarakterini dərk etmir və onları idarə edə bilmir. Ona görə də X7 fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunması və ona qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən ərizəçi oğlu-X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 274 nömrəli rəyinə əsasən X*2 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F72.* xəstəliyi keçirir. Keçirdiyi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X*2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin Ərizəçi hazırki ərizənin verilməsi ilə bağlı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*9-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyəti hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaybaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi oğlu-27 dekabr 2005-ci il tarixdə doğulmuş X*2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi oğlu-27 dekabr 2005-ci il tarixdə doğulmuş X*2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-300/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-300/2024
02.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver