Məhkəmə qərarları › İş №e-2(019)-301/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-301/2022

20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-301/2022 20.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN 309 KOD 40105018 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədin Ərizəçi Məhəmməd qızına yox ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə ona və digər ailə üzvülərinə Balakən rayonu Katex kəndində yerləşən 1.30 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə JN 309 KOD 40105018 nömrəli dövlət aktı verilmişdir. Həmin aktda onun-Ərizəçi ata adı qrafasında “Seyfullah qızı” əvəzinə “Məhəmməd qızı” yazılmışdır. Adında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 07.01.2022-ci il tarixli məktubuna əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, onun ata adı səhv qeyd edilmişdir. Dövlət akt sənədində düzəlişlərin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı olduqdan sonra Çıxarışın verilməsi mümkündür.Hesab edir ki, həmin torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Ona görə də hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Cavahil oğlu göstərdi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Balakən rayonu Katex kəndində yerləşən 1.30 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN-309 KOD-40105018 olan Dövlət Aktı verilmişdir. Akta adları qeyd edilmiş Ərizəçi Məhəmməd qızı arvadı, digərləri isə uşaqlarıdır. Dövlət Aktında arvadı Ərizəçi atasının adı Seyfullah əvəzinə səhvən Məhəmməd kimi göstərilmişdir.Ərizəçinin atasının adı Seyfullahdır. Onların ailəsində Ərizəçi Məhəmməd qızı adlı şəxs yoxdur və olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi Şahid2 Cavahil oğlu ilə evlidir, onların Gülnar, Günel və Məhəmməd adlı uşaqları vardır. Ərizəçi atasının adı “Məhəmməd” yox “Seyfullah”dır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 309, KOD 40105018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Şahid2 Cavahil oğluna, Ərizəçi Məhəmməd qızına, X7, X10 və Hüşənov Məhəmməd Akif oğluna Balakən rayonu Katex kəndi ərazisindən 1.30 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 2 fevral 1971-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli arayışdan görünür ki, X2 xx.xx.1970-ci ildə anadan olmuş, atası X1, anası X8 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Katex kənd soveti tərəfindən 26 fevral 1990-cı l tarixdə verilmiş İV-JQ seriyalı 491348 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 Cavahil oğlu ilə X2 arasında 26 fevral 1990-cı ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Hüşənova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Katex kənd soveti tərəfindən 15 fevral 1991-ci il tarixdə verilmiş XV-JQ seriyalı 461432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 19 yanvar 1991-ci ildə anadan olmuş, atası Şahid2 Cavahil oğlu, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Katex kənd icra hakimiyyəti tərəfindən 10 yanvar 1994-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı 451782 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 09 noyabr 1993-cü ildə anadan olmuş, atası Şahid2 Cavahil oğlu, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Katex kənd icra hakimiyyəti tərəfindən 25 dekabr 1995-ci il tarixdə verilmiş XİX-JQ seriyalı 284177 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 mart 1995-ci ildə anadan olmuş, atası Şahid2 Cavahil oğlu, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 07 yanvar 2022-ci il tarixli **********19 nömrəli məktubda göstərilmişdir ki, “Sizə və ailə üzvlərinizə torpaq islahatı nəticəsində verilmiş torpaq sahələrinə dair JN-309 saylı “Dövlət Aktı" sənədində düzəliş edərək mülkiyyətçilərin adının şəxsiyyət vəsiqəsinə uyğun qeyd olunaraq həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı məlumat veririk ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-309 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətınin 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyenədıci sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport va müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır.” Məhkəmə ərizəçinin izahatını,şahidlərin ifadələrini dinləyib,işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Şahid2 Cavahil oğluna, Ərizəçi Məhəmməd qızına, X7, X10 və X5 Balakən rayonu Katex kəndində yerləşən 1.30 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara verilmiş JN 309 KOD 40105018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi atasının adı səhvən “Məhəmməd”, yazılmışdır. Ərizəçi adlarında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi sözügedən uyğunsuzluğa görə qeydiyyat aparmaqdan imtina etmişdir. Həmin düzəlişin başqa qaydada aparılması mümkün olmadığından ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti,hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd hesab edilən JN-309, kod 40105018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi Məhəmməd qızına aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-309, kod 40105018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi Məhəmməd qızına aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar