Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-302/2022 02.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi-vəkili:Balakən rayon vəkil Bürosunun vəkili Nümayəndə, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X2 və 25 may 2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X11 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,11 avqust 1979-cu ildə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Püştətala kəndində yaşayır. X5 onun qardaşıdır. X8 anadangəlmə xəstədir. O, orta dərəcəli əqli gerilik diaqnozu ilə xəstədir. X5 24.08.1994-cü il tarixdən Balakən Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X5 əlildir və əmək qabiliyyəti yoxdur. X5 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. X1 26 iyul 2019-cu ildə ölmüşdür. Onun ölümündən sonra atasına məxsus avtomobil və digər əmlaklar miras qalmışdır. Miras qalmış əmlaklara vərəsəlik işi açılmışdır. Lakin qardaşı X4 öz hərəkətlərinin mənasını anlaya, notariat orqanında mirasın qəbulu ilə bağlı notarius tərəfindən verilmiş sualları cavablandıra bilmədiyinə görə miras əmlakları rəsmiləşdirmək mümkün deyildir. 11 avqust 1979-cu ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qusurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona hazırda o, qulluq edir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verimş və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 25 may 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X18 məhkəmə iclasında ərizəyə etiraz etməyərək, izahatında göstərdi ki, X5 anadangəlmə xəstədir. O, ambulator şəraitdə psixiatriya kabinetdə qeydiyyatdadır. Abdurrahman Qalayçiyev xəstəliyi ilə əlaqədar olaraq əlildir və əmək qabiliyyəti yoxdur. X5 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 11 avqust 1979-cu ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X5 adını düzgün söyləyə bilməmiş, hansı xəstəlikdən əziyyət çəkməsi və atalar sözləri, gələcək planları və həyat şəraiti ilə bağlı fikirlər və mülahizələr söyləməsi barədə məhkəmənin və proses iştirakçılarının suallarına cavab verə bilməmişdir. İşdə olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçidur. İşdə olan AZE seriyalı 15691753 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin soyadı, adı və atasının adı X3r. İşdə olan 02 avqust 2019-cu il tarixdə verilmiş AZ-İİ 037411 nömrəli ölüm haqqında şəhadətnamədlən görünür ki, X6 26 iyul 2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 08 ayının 02 günündə 09 № ilə qeyd edilmişdir. İşdə olan Balakən rayon X19 Hüquqi Şəxsi tərəfindən verilmiş 24.01.2022-ci il tarixli, 1281 saylı arayışda göstərilir ki, X5 həqiqətən 24.08.1994-cü il tarixdən Balakən MRX-nın psixiatriya kabinetində qeydiyyatdadır. İşdə olan Balakən rayonu Püştətala kənd soveti tərəfindən 23 mart 1981-ci ildə verilmiş Vİ-JQ 488730 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 6 mart 1981-ci il tarixdə doğulmuş, atası X7, anası X12 yazılmışdır. İşdə olan Balakən rayonu Püştətala kənd soveti tərəfindən 5 noyabr 1979-cu il tarixdə verilmiş Vİ-JQ 392197 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X5 11 avqust 1979-cu il tarixdə doğulmuş, atası X7, anası X12 yazılmışdır. İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 may 2022-ci il tarixli, 91 nömrəli rəyindən görünür ki, X5 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. bununla əlaqədar olaraq X5 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan 23.01.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçini, onun nümayəndəsi-vəkilini, qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsini və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qardaşı X5 anadangəlmə orta dərəcəli əqli gerilik diaqnozu ilə xəstədir. X5 24.08.1994-cü il tarixdən Balakən Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X5 əlildir və əmək qabiliyyəti yoxdur. X5 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. Ərizəçinin X1 26 iyul 2019-cu ildə ölmüşdür. Onun ölümündən sonra atasına məxsus avtomobil və digər əmlaklar miras qalmışdır. Miras qalmış əmlaklara vərəsəlik işi açılmışdır. Lakin ərizəçinin qardaşı X9 öz hərəkətlərinin mənasını anlaya, notariat orqanında mirasın qəbulu ilə bağlı notarius tərəfindən verilmiş sualları cavablandıra bilmədiyinə görə miras əmlakları rəsmiləşdirmək mümkün deyildir. 11 avqust 1979-cu ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qusurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 may 2022-ci il tarixli, 91 nömrəli rəyi ilə müəyyən olunur ki, X5 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. bununla əlaqədar olaraq X5 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 avqust 1979-cu ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 avqust 1979-cu ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-302/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-302/2022
02.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver