Məhkəmə qərarları › İş №e-2(019)-303/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-303/2022

18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-303/2022 18.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN-283 KOD 40100048 sayli "Torpaa mulkiyyət hüququna dair Dövlət akti" sənədinin mərhum bacısı X2 məxsus olması faktinın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs X5 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından hazırki işin məhkəmə baxışına hazırlığının icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərıfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin «Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» adlanan XXXVİİ fəsli həmin Məcəllədən çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların təsnifatı»nda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanlara aid edidlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddilara (mübahisələndirmə haqqında iddia); həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə düşən inzibati aktın qəbul ediliməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiələrə dair iddilara (məcburetmə haqqında iddia); həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inztibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); yenə də həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul ediliməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdlən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, qanun normalarının tələbinə əsasən şəxs vətəndaşlıq vəziyyəti aktında səhvlərin düzəldilməsi və ona dəyişikliyin edilməsi ilə bağlı müraciət etdiyi müvafiq qeydiyyat orqanı bundan imtina edildikdə, qeydiyyat orqanının müvafiq qərarından, hərəkət və ya hərəkətsizliyindən müfafiq inzibati məhkəməyə şikayət edilməlidir. Hazırki ərizəyə əlavə edilmiş Balakən rayon X3 rayonunun Şərif kəndində yaşayan Ərizəçi ünvanlandığı 03.02. 2022-ci il tarixli 05176-165/15 nömrəli məktubunda göstərilir ki, Balakən rayon Qeydiyyat Şöbəsinə 03.02.2022-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, X1 barəsində Balakən rayon Xalatala kənd icra nümayəndəliyi tərəfindən 05.12.1979-cu il tarixdə tərtib edilmiş 50 saylı doğum haqqında akt qeydində soyadını «Koçiyeva»dan «İsayeva»ya düzəliş edilməsi şöbələrində mümkün deyildir. Kifayət qədər əsaslar olmadığından X1 barəsində Balakən rayon Xalatala kənd icra nümayəndəliyi tərəfindən 05.12.1979-cu il tarixdə tərtib edilmiş 50 saylı doğum haqqında akt qeydində soyadını «Koçiyeva»dan «İsayeva»ya düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilir. Hazırki iş üzrə də Ərizəçi mərhum bacısının doğum haqqında akt qeydində səhvin düzəldilməsi və ona dəyişikliyin edilməsi ilə bağlı Balakən rayon Qeydiyyat Şöbəsinin bundan imtinası barədə hərəkətindən Şəki İnzibati Məhkəməsinə şikayət etmək hüququna malikdir. Yəni qanun normalarının tələbinə əsasən bu işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 1790.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, hazırki iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair e- 2(019)-303/2022 nömrəli mülki işin məhkəmə baxışına hazırlığının icraatına xitam verilməlidir. Həmçinin Ərizəçi mərhum bacısının doğum haqqında akt qeydində səhvin düzəldilməsi və ona dəyişikliyin edilməsi ilə bağlı Balakən rayon Qeydiyyat Şöbəsinin bundan imtinası barədə hərəkətindən (qərarından) Şəki İnzibati Məhkəməsinə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Hazırki iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair e-2(019)- 303/2022 nömrəli mülki işin məhkəmə baxışına hazırlığının icraatına xitam verilsin; Ərizəçi mərhum bacısının doğum haqqında akt qeydində səhvin düzəldilməsi və ona dəyişikliyin edilməsi ilə bağlı Balakən rayon Qeydiyyat Şöbəsinin bundan imtinası barədə hərəkətindən (qərarından) Şəki İnzibati Məhkəməsinə şikayət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar