Məhkəmə qərarları › İş №e-2(019)-31/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-31/2023

17.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-31/2023 17.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaklarda olan paylarının naturada ayrılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarış reyestr nömrəsi -**********6-10301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, onun mülkiyyətinə verilmiş Balakən rayonu, Mahamalar kəndində Təpəçöl ərazisində yerləşən 0,0114 ha xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh ona məxsus 14/18 hissəsindən çıxarılması, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********14- 06301, qeydiyyat nömrəsi ********** olan Balakən rayonu, Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin üzərində olan 600 kv.m qeyri-yaşayış binasının 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh ona məxsus 14/18 hissəsindən çıxarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatından reyestr nömrəsi- 40101 **********01 olan, qeydiyyat nömrəsi ********** olan 0.1518 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində yerləşən 1518 kv.m qeyri yaşayış binasının 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh ona məxsus 14/18 hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi - **********6-10301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, onun mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən 0.0114 ha xüsusi mülkiyyətdə olan ümumi sahəsi 114.2 kv.m olan torpaq sahəsi 0.014 ha olan fərdi yaşayış evinin və torpaq sahəsinin 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh mənə məxsus 14/18 hissəsindən çıxarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi-**********4-06301 qeydiyyat nömrəsi ********** olan Balakən rayonu Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 600 kv.m olan 100 başlıq damının 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh ona məxsus 14/18 hissəsindən çıxarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi - 40101 **********01 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 0.1518 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində yerləşən yem talvarının 1518 kv.m qeyri-yaşayış binasının 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh ona məxsus 14/18 hissəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********16-10301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən “Fərdi yaşayış evin”in mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********15-06301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən “Yüz başlıq mal damı”nın mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********506301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndi “Təpəçöl” ərazisində yerləşən “Yemtalvarı”nın mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən Fərdi yaşayış evinin mülkiyyətində olan 14/18 hissəsindən, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən “Yüz başlıq mal damı”nın mülkiyyətində olan 14/18 hissəsindən, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən mülkiyyətində “Yem talvarı”nın 14/18 hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsibov X13 rayonu Mahamalar kəndində anadan olmuşdur. X1, anası isə X15 olmuşdur. X6 09 dekabr 2002-ci il ildə vəfat etmişdir. Atası Balakən rayonu Xalatala kənd sakini X7 ilə evlənmişdir. X1 13 fevral 2020-ci ildə vəfat etmişdir. Mərhum X1ndan aşağıdakı əmlaklar və torpaq sahələri miras qalmışdır. O, X1ndan miras qalmış Balakən rayonu Mahamalar kəndində xüsusi mülkiyyət hüququ əsasında 114,2 k.vm fərdi yaşayış evinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri üzrə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********16-10301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışa əsasən o, İddiaçı 14/18 hissəsində pay ayrılmışdır. Digər hissə 4/18 hissə isə açıq saxlanmışdır. Bundan əlavə, Balakən rayonu Mahamalar kəndində 0,06 ha torpaq sahəsində 600.k.vm qeyri-yaşayış binasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********14-06301 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışa əsasən 14/18 hissə qeyri-yaşayış binasından pay kimi ayrılmış, digər 4/18 hissəsi isə açıq saxlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX- nin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********1406301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışdan görünür ki, Balakən rayonu, Mahamalar kəndində “ Təpəçöl” ərazisində yerləşən 1518 kv.m qeyri-yaşayış binasına Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışa əsasən 14\18 hissə qeyri- yaşayış binasından pay kimi ayrılmış, digər 4/18 hissəsi açıq saxlanmışdır. Lakin cavabdeh Nəsibov X12 rayonu Mahamalar kəndində yerləşən 114.2 k.vm fərdi yaşayış evində Balakən rayonu, Mahamalar kəndində yerləşən 0,06 ha qeyri-yaşayış binasında yerləşən ona məxsus 14/8 hissədən çıxmır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş resyestr nömrəsi **********6-10301 olan qeydiyyat nömrəsi ********** olan, Hüquqların Dövlət Qeydiyyatından çıxarışdan görünür ki, Balakən rayonu, Mahamalar kəndində 114.2 k.vm yaşayış sahəsi olan 0,0114 torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 14\18 hissəsindən İddiaçı payı müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRXnin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********1406301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışdan görünür ki, Balakən rayonu, Mahamalar kəndində “ Təpəçöl” ərazisində yerləşən 1518 kv.m qeyri-yaşayış binasının 14/18 hissəsinə onun- İddiaçı payı müəyyən edilmişdir. Digər 4/18 hissəsi açıq saxlanmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRXnin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********6-10301 olan qeydiyyat nömrəsi ********* olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən Balakən rayonu, Mahamalar kəndində “ Təpəçöl” ərazisində yerləşən 600 kv.m qeyri yaşayış sahəsinin 14/18 hissəsinin İddiaçı payı müəyyən edilmişdir. Digər 4/18 hissəsi açıq saxlanmışdır. Odur ki, Balakən rayonu, Mahamalar kəndində yerləşən, 0,0114 ha torpaq sahəsində yerləşən 114,2 kv.m fərdi yaşayış evindən ona düşən 14/18 ha hissəsindən və Balakən rayonu, Mahamalar kəndində “ Təpəçöl” ərazisində yerləşən 1518 kv.m qeyri-yaşayış binasının 14/18 hissəsindən Balakən rayonu Mahamalar kəndində 0,06 ha torpaq sahəsində 600.k.vm qeyri-yaşayış binasının 14/18 hissəsindən, payının naturada ayrılması Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsindən və fərdi yaşayış evindən çıxarılması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********610301 qeydiyyat nömrəsi ********** çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən “Fərdi yaşayış evin”in mülkiyyət hüquqları qeydə alınmış, 14/18 hissəsinin naturada ayrılması, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********4-06301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən “Yüz başlıq mal damı”nm mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********506301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndi “Təpəçöl” ərazisində yerləşən “Yemtalvarı”nın mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 14/18 hissəsindən, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən “Yüz başlıq mal damı”nın mülkiyyətində olan 14/18 hissəsindən, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən mülkiyyətində “Yem talvarı”nın 14/18 hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı həmçinin hazırki iş üzrə ona ödənilməli olan mütəxəssis haqqının 190 manat olmasına və bu məbləğdə pulun ona ödənilməsinə razı olduğunu bildirmişdir. Hazırki iş üzrə 21 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və yazılı vəsatət verərək, vəsatətində göstərmişdir ki, İddiaçı ona qarşı "ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaklardakı payın naturada bölünməsi tələbinə dair" iddia ərizəsi ilə Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 08 iyun 2022ci il tarixli, 2(019)- 172/2022 iş nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4407 nömrəli rəyi əsasən, Balakən rayonu, Mahamalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan "fərdi yaşayış evi"nin, "yem talvarı"nın və "100 başlıq mal damı"nın naturada 14/18 hissəsindən qismən kənara çıxmaqla bölünməsinin texniki cəhətdən mümkün olması və bölgü variantının rəyə əlavə edilmiş sxemdə qeyd olunması qeyd edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4407 nömrəli rəyini aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edir: İ. Hər üç rəyə əsasən daşınmaz əmlakın 4/18 hissəsinin mülkiyyətçilərinə düşən pay azaldılmış və bununla da həmin mülkiyyətçilərin hüquqları kobud şəkildə pozulmuşdur. İİ. Hər üç daşınmaz əmlakın bölünməsi zamanı torpaq sahələrinin hansı qaydada bölünməsi rəydə qeyd edilməmişdir. Məsələn, ekspert rəyinə əsasən bölünməsi nəzərdə tutulmuş fərdi yaşayış evi 0,0114 ha həyətayanı torpaq sahəsində yerləşir. Ekspert fərdi yaşayış evini naturada bölsə də torpaq sahəsini nə qaydada bölünməli olmasını və yaxud da ümumiyyətlə bölünməsinin mümkün olub-olmamasmı rəydə qeyd etməmişdir. İİİ. Ekspert hər üç daşınmaz əmlakın texniki göstəricələri əks olunan sənəd (texniki pasport və s.) olmadan hazırki daşınmaz əmlakların naturadakı vəziyyətinə uyğun olaraq bölünməsinin mümkün olub-olmamasını öz rəyində qeyd etmişdir. Ekspert ümumiyyətlə bilməmişdir ki, həmin daşınmaz əmlakların sənəd üzrə texniki göstəriciləri hansı vəizyyətdədir. İV. Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4407 nömrəli rəyində hər üç daşınmaz əmlakın naturada bölünməsinin mümkün olmasını qeyd etsə də, həmin bölünmənin texniki göstəricilərini rəydə qeyd etməmiş və sxemə istinad etməsini məhkəməyə bildirmişdir. Belə çıxır ki, iddia təmin olunacağı təqdirdə məhkəmə də qətnamənin qət etdi hissəsində ölçüləri qeyd etməməli və sxemlərə istinad etməlidir. V. "100 başlıq mal damı" ilə bağlı sxemdə 14/18 hissənin hansı tərəfdən ayrılmasını müəyyən etmək ümumiyyətlə mümkün deyil. Belə ki, naturada bölünməsi nəzərdə tutulmuş hər iki hissənin payı 14/18 olaraq qeyd edilmişdir. Yuxanda qeyd olunanlardan da göründüyü kimi, Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4407 nömrəli ekspert rəyi üzrə tədqiqat obyektiv, hərtərəfli və tam həcmdə aparılmamışdır. Mülki iş üzrə həqiqətə nail olmaq məqsədi ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən mütəxəssis rəyinin (torpaq sahələri ilə bağlı) əldə edilməsi, ekspertiza aparılmasını başqa ekspertə həvalə edilməsi və ekspert qarşısında eyni şulların qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İdiianın rədd olunmasını xahiş edir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndi qeyri yaşayış binası 5 №li reyestr kitabının 56 №li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndi fərdi yaşayış evi 33 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndi qeyri yaşayış binası 5 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə mühəndisi-texniki ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 10/4407 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu, Mahamalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin, “yem talvarı”nın və “100 başlıq mal damı”nın naturada 14/18 hissədən qismən kənara çıxmaqla bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti- T exniki X5 göstərilənləri nəzərə alaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 oktyabr 2022-ci il tarixli, 10/4407 №li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə mühəndisi-texniki ekspertizasının 07 iyul 2023-cü il tarixli, 10/3169 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu, Mahamalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin, “yem talvarı”nın və “100 başlıq mal damı”nın naturada 14/18 hissədən qismən kənara çıxmaqla bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti- Texniki X5 göstərilənləri nəzərə alaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 07 iyul 2023-cü il tarixli, 10/3169 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 100 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi-vəkilinin və 21 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış verilməklə Balakən rayonu Mahamalar kəndində yerləşən qeyri yaşayış binası 5 №li reyestr kitabının 56 №li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış verilməklə Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evi 33 №li reyestr kitabının 27 №li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış verilməklə Balakən rayonu Mahamalar kəndində yerləşən qeyri yaşayış binası 5 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/3169 saylı ekspert rəyinə əsasən Balakən rayonu, Mahamalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin, “yem talvarı”nın və “100 başlıq mal damı”nın naturada 14/18 hissədən qismən kənara çıxmaqla bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-Texniki X5 göstərilənləri nəzərə alaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İşin faktoloji halları və hüquqi əsasları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/3169 nömrəli ekspert rəyinə əsasən İddiaçı Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı, X3 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evindən 14/18 hissə payının, “yem talvarı”ndan 14/18 hissə payının və “100 başlıq mal damı”ndan 14/18 hissə payının naturada ekspert rəyinə əlavə edilmiş sxemdə göstərilmiş variantda bölünməsi mümkündür. Hazırda iddiaçı ümumi mülkiyyətdə olan fərdi yaşayış evindən, “yem talvarı”ndan və “100 başlıq mal damı”ndan öz payının naturada ayrılmasını, cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evi, “yem talvarı” və “100 başlıq mal damı”nın 14/18 hissəisndən çıxarılmasını tələb edir. Cavabdeh buna razı olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 655 manat mütəxəssis xərci və hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb etmsəsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədr xərclər ödənilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördkləri işlər ekspertlərin və mütəxəsislərin xidməti vəzifələrinə aid deyildirsə, onları gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə ədalət və ağlabatanlıq prinsiplərindən yanaşaraq hesab edir ki, iş üzrə mütəxəssisə ödənilən haqq ağlabatan məbləğ olaraq 190 manat müəyyən edilməlidir. Belə ki, İddiaçı ona ödənilməli olan mütəxəssis haqqının 190 manat olmasına və bu məbləğdə pulun ona ödənilməsinə razı olduğunu bildirmişdir. İş üzrə cavbadeh də bununla bağlı hər hansı etirazını bildirməmişdir. Digər tərəfdən, həmin vaxt mütəxəssis xərci çox hesablandığı halda, hazırki vaxtda daşınmaz əmlak mütəxəssisləri tərəfindən hər torpaq sahəsi üzrə mütəxəssis rəyinin verilməsinə görə 95 manat haqq alınır. Bu hesablama ilə də hazrki işdə torpaq sahələri və evlə bağlı mütəxəssis rəyinin hazırki vaxta dəyəri 190 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilən iki ekspertiza tədqiqatının cəmi dəyəri 100 manat edir ki, həmin məbləğdə cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına köçürülməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********16-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı 14/18 hissə, X3 4/18 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Mahamalar kəndində «Təpəçöl» ərazisində yerləşən fərdi yaşayış evinin İddiaçı payına düşən 14/18 hissəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı 14/18 hissə, X3 4/18 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən «Yüz başlıq mal damı”nın İddiaçı payına düşən 14/18 hissəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı 14/18 hissə, X3 4/18 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən yem talvarının İddiaçı payına düşən 14/18 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli №10/3169 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemdə göstərilən bölgü variantına əsasən naturada ayrılmalı, cavabdeh Nəsibov X12 rayonu Mahamalar kəndində «Təpəçöl» ərazisində yerləşən İddiaçı payına düşən naturada ayrılmış fərdi yaşayış evinin 14/18 hissəsindən, “Yüz başlıq mal damı”nın 14/18 hissəsindən və “yem talvarı”nın 14/18 hissəsindən çıxarılmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 190 manat mütəxəssis haqqı Cavabdeh tutularaq, İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X10, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********16-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı 14/18 hissə, X3 4/18 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Mahamalar kəndində «Təpəçöl» ərazisində yerləşən fərdi yaşayış evinin İddiaçı payına düşən 14/18 hissəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı 14/18 hissə, X3 4/18 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən «Yüz başlıq mal damı”nın İddiaçı payına düşən 14/18 hissəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı 14/18 hissə, X3 4/18 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən yem talvarının İddiaçı payına düşən 14/18 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli №10/3169 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemdə göstərilən bölgü variantına əsasən naturada ayrılsın; cavabdeh Nəsibov X12 rayonu Mahamalar kəndində «Təpəçöl» ərazisində yerləşən İddiaçı payına düşən naturada ayrılmış fərdi yaşayış evinin 14/18 hissəsindən, “Yüz başlıq mal damı”nın 14/18 hissəsindən və “yem talvarı”nın 14/18 hissəsindən çıxarılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 190 manat mütəxəssis haqqı Cavabdeh tutularaq, İddiaçı ödənilsin; iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X10, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar