Məhkəmə qərarları › İş №e-2(019)-311/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-311/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-311/2023 18.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 qızıl-zinət əşyalarının dəyəri olan 1784 (bir min yeddi yüzsəksən dörd) manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 38,4 (otuz səkkiz manat 40 qəpuk) manat, nümayəndəyə (vəkil) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 (on yeddi manat 65 qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satılmış qızıl-zinət əşyalarının dəyəri olan 1432.8 manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat, dövlət rüsumu kimi ödənilmiş 34,33 manat, nümayəndəyə (vəkilə) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 manat pul vəsaitinin alınaraq İddiaçı Hüseyn qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Cavabdeh1 2022ci ilin mart ayının əvvəllərində gəlini ilə birlikdə iddiaçıya məxsus qızıl mağazasına gələrək nisyə qızıl zinət- əşyaları almaq istədiyini, toyun sabahı günü qızıl-zinət əşyalarının dəyərini ödəyəcəyini bildirmişdir. İddiaçıya məxsus mağazada zərgər kimi işləyən Turan Səfərli cavabdehin gəlini Sevinc Məmliyevanın xalası oğlu olduğundan iddiaçı buna razılıq vermiş, 1782 manat dəyərində qızıl zinət əşyaları Cavabdeh1 və gəlini tərəfindən bəyənilmiş, həmin zaman 1382 manat dəyərində olan qızıl zinət əşyaları mağazada mövcud olmuş, cavabdehin bəyəndiyi 400 manat dəyərində olan qızıl qolbağ isə Bakı şəhərində yerləşən satış məntəqəsindən sifariş verilmiş, cavabdeh 100 manat beh verərək iddiaçıya məxsus mağazadan ayrılmış, qızıl-zinət əşyalarını gəlib götürəcəklərini bildirmişdir. Təxminən bir neçə gün sonra cavabdehin gəlini Sevinc Məmliyevanın bacısı Elza Axverdiyeva iddiaçıya məxsus mağazadan 1382 manat dəyərində olan qızıl-zinət əşyalarını mağazadan təhvil almış, sifariş verilmiş 400 manat dəyərində olan qızıl qolbağ isə toya bir neçə gün qalmış Cavabdeh1 qızı Həyat tərəfindən təhvil alınmış, toydan bir neçə gün sonra Cavabdeh1 qalıq 1682 manat borcdan 200 manat ödəniş etmiş, borclarının olduğunu qısa müddətdə qalıq borcu bağlayacağını bildirmişdir. Daha sonra, Cavabdeh2la Sevin Məmliyeva arasında olan nikah pozulduğundan cavabdehlər qalıq 1402 manat borcun ödənilməsindən imtina etmişlər. Cavabdehlər ilə iddiaçı arasında olan alqı-satqı müqaviləsi şifahi formada bağlandığından, borcun olmasını təsdiq edən hər hansı sənəd mövcud olmadığından iddiaçı tərəfindən Balakən RPŞ-nə şikayət ilə müraciət edilmiş, həmin zaman Cavabdeh1 200 manata sep aldığını, daha sonra 400 manata qızıl qolbağ aldığını göstərsə də, digər qızıl-zinət əşyalarını görmədiyini bildirmişdir. Cavabdeh Balakən RPŞ-də ziddiyətli izahat versə də, məhkəməyə ünvanladığı 08 avqust 2023-cü il tarixdə ona qarşı qaldırılmış iddianı etiraf etmiş, həmin ərizə ilə qızıl-zinət əşyalarının həqiqətən də ona satıldığını təsdiq etmiş, ekspert rəyində göstərilmiş 1522.35 manatdan 400 manat çıxılmaqla qalan borcun tutulmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, qızıl-zinət əşyalarının cavabdehə satılması işin halları ilə artıq tam təsdiqini tapmışdır. Ekspert rəyində satılmış qızıl-zinət əşyalarının dəyəri 1522.35 manat olaraq göstərilsə də, tərəflər arasında qarşılıqlı razılaşdırılmış qiymət 1782 manat olmuş, həmin məbləğdən 100 manat beh kimi, 200 manat toydan sonra iddiaçıya ödəniş olunmuş, qalıq 1482 manat ödənilməmiş borc qalmışdır. Cavabdehin Balakən RPŞ-də iddiaçıya əlavə 100 manat ödənildiyini göstərməsi yalandır. Belə ki, Balakən RPŞ-yə verdiyi izahatından da göründüyü kimi, o, 300 manat ödəniş etdiyini göstərmiş, qalıq borcu etiraf etməmiş, qızıl zinət əşyalarını görmədiyini bildirmişdir. Cavabdeh 08 avqust 2023-cü il tarixli ərizə ilə qızıl-zinət əşyalarının ona satıldığını etiraf etdiyindən, eyni zamanda Balakən RPŞ-dən material əldə edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satılmış qızıl-zinət əşyalarının qalıq dəyəri olan 1482 (bir min dörd yüz səksən iki) manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 34,82 (otuz dörd manat 82 qəpik) manat, nümayəndəyə (vəkil) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 (on yeddi manat 65 qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Balakən şəhəri ərazisində qızıl-zinət əşyalarının satışı ilə məşğuldur və şəhər ərazisində yerləşən mağazada fəaliyyət göstərir. Cavabdeh2, digər cavabdeh X7 oğludur. 2022-ci ilin mart ayının əvvəllərində cavabdehlər iddiaçının fəaliyyət göstərdiyi mağazaya yaxınlaşaraq orada olan qızıl-zinət əşyaları ilə maraqlanmış, Cavabdeh2 toyu olacağından gəlin üçün hədiyyə qızıl-zinət əşyaları almaq istədiklərini, lakin qızıl-zinət əşyalarını almaq üçün nəğd vəsaitlərinin olmamasını, toyun səhəri günü pulu ödəyəcəklərini bildirmişlər. Cavabdehin ailə həyatı quracağı X8 iddiaçıya məxsus mağazada zərgər işləyən X6 qohumu olduğundan iddiaçı və cavabdehlər qızılın nisyə satılması barədə razılığa gəlmiş, gəlinin iştirakı ilə bir neçə dəfə cavabdehlər iddiaçıya məxsus mağazaya gəlmiş, alınacaq qızıllar bəyənildikdən sonra, X3 digər qohumu X4 iştirakı ilə dəyəri 400 manat olan bir ədəd 585 əyar 2 qramlıq briliant qaşlı ağ qızıl nişan üzüyü, dəyəri 400 manat olan 1 ədəd 583 əyar 4,72 qramlıq kardinal qolbağ, dəyəri 375 manat olan 1 ədəd 585 əyar 4,27 qramlıq yay formalı (purjin) boyunbağı, dəyəri 169 manat olan 1 ədəd 585 əyar 1,92 qramlıq pandora model kloun, dəyəri 440 manat olan 585 əyar 5 qramlıq pandora model komplekt onun tərəfindən cavabdehlərə nisyə olaraq satılmış, cavabdehlər isə qızılların dəyəri olan 1784 manat pul vəsaitini toy olduqdan bir gün sonra ödəyəcəklərini vəd etmişlər. Cavabdeh2 ilə X8 arasında 18 mart 2022-ci il tarixdə rəsmi nikah bağlanmasına, el adəti ilə toy məclisi təşkil edilməsinə baxmayaraq, cavabdehlər toydan sonra qızılların pulunu iddiaçıya qaytarmamış, müxtəlif bəhanələr gətirərək qısa müddətdə borcun ödəniləcəyini bildirmişlər. Bir müddət keçdikdən sonra, Cavabdeh2 ilə həyat yoldaşı X8 arasında olan ailə münasibətləri pisləşmiş, 24 noyabr 2022-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra cavabdehlər qızılların keçmiş gəlinlərində olmasını əsas gətirərək, qızılların dəyərini ödəməkdən imtina etmişlər. Cavabdeh tərəf qızılların qiymətindən 300 manat ödəniş etmişdir. O, cavabdehdən 1482 manat qızılların pulunu tələb edir. Mübahisənin məhkəmədənkənar həll edilməsinə cəhd göstərsə də, borcun ödənilməsi təmin olunmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, müqavilə üzrə öhdəliyini icra edərək tərəflər arasında razılaşdırılmış qızılzinət əşyalarını cavabdehlərə versə də, sonuncular təhvil aldığı malların dəyərini ödəməkdən imtina etdiyindən iddia tələbi əsasldır. İddianın təimn olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddiaçı tərəfin tələb edilən qızıl-zinət əşyalarının dəyərindən 300 manat ödəniş etdiyini göstərərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satılmış qızıl-zinət əşyalarının qalıq dəyəri olan 1482 (bir min dörd yüz səksən iki) manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 34,82 (otuz dörd manat 82 qəpik) manat, nümayəndəyə (vəkil) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 (on yeddi manat 65 qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cavabdeh1 məhkəməyə ərizə göndərərək İddiaçı ona və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara satılmış qızıl- zinət əşyalarının dəyəri olan 1784 (bir min yeddi yüz səksən dörd) manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 38,4 (otuz səkkiz manat 40 qəpuk) manat, nümayəndəyə (vəkil) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 (on yeddi manat 65 qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, onun iddia ərizəsində göstərilən qızılların pulundan 100 manat əvvəlcədən beh, 200 manat toydan sonra və 100 manat Balakən RPŞ-də cəmi - 400 manat pul vəsaitini İddiaçı ödədiyini bildirərək ekspertiza rəyində göstərilən 1522,35 manat məbləğdən 400 manatın çıxılmaqla 1122,35 manatın təmin edilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 18 mart 2022ci il tarixdə Cavabdeh1 ona zəng vuraraq həmin qızılları götürməsini və xalası oğlu olan qızıl satana həmin qızılların pulunu toydan sonra 800 manatını onların ödəyəcəyini, qalan pulu isə aprelin 15-i ödəyib bağlayacağını bildirmişdir. O da həmin qızılları xalası oğlunun mağazasından götürüb aparılb ASAN xidmətdə Cavabdeh1 qızı Həyat xanıma vermişdir. Toydan sonra həmin komplekt qızılları Səbinə xanımın qızı Həyat xanım taxmışdı. Qızılların qiyməti 1782 manat olmuş, onların qiymətindən Səbinə 300 manat ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, qızıl mağazasına Cavabdeh1 ilə 2022-ci ilin mart aynıda bir yerdə getmiş, bir yerdə qızılları seçmişlər. Cavabdeh1 qızılları nisyə götürmüş və onların pulunu aprel ayında verəcəyini bildirmişdir. Qızılların ümumi qiyməti 1782 manat olmuş, Səbinə bu puldan 300 manat ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, qızıllar götürülən zaman o, qızıl mağazasında olmuşdur. Qızılları Səbinə götürmüş və qızılların qiyməti 1782 manat olmuşdur. Cavabdeh1 qızılların pulundan 300 manat ödəmişdir. İş üzrə Cavabdeh1 Balakən RPŞ-də yazdığı izahatında bildirmişdir ki, oğluna toy etmək üçün mart ayında Balakən rayonunda yerləşən bazarın içərisində olan qızıl mağazasına yaxınlaşmış və orada qızıllara baxdıqdan sonra həmin qızıl mağazasında heç nə sifariş etmədən çıxıb getmişlər. O, oğlunun toyuna təminən 3-4 gün qalmış həmin mağazaya getmiş və oradan bir sep almışdır. Həmin sepin qiyməti təxminən 200 manat idi. Sonra toya bir gün qalmış qızına 400 manat dəyərində olan qolbağı orada qızına vermişlər. O, həmin aldığı qızılların 300 manatını ödəmişdir. Digər komplektdən onun heç bir xəbəri yoxdur. Çünki həmin komplekti keçmiş gəlininin bacısı Elza götürərək, gətirib ASAN xidmətin qabağında onun qızına vermişdir ki, toyda bunları taxsınlar. Həmin komplektdə onun bəyəndiyi komplekt olmayıb. Onların özləri bəyəniblər, çünki həmin mağazada işləyən oğlan gəlinin öz xalası oğludur. Sonra bunlar həmin komplekti aldıqdan sonra gəlinin bacısı ona zəng vurub bildirdi ki, onlar həmin komplekti həll ediblər. O da onların fikri ilə razılaşaraq gəlini Sevincə demişdir ki, eyi yox, gəlsin. Onlar xırda-xırda ödəyəcəklər. Sonradan heç bir problem olmadan bir ay bitməmiş gəlini Sevinc qızılları da götürərək, çıxıb atası evinə getmişdir. Ona görə də o, həmin qızılların pulunu ödəyəsi deyildir. Həmin komplekt onun xəbəri olmadan alınıb. İşdə olan Balakən regional ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X8 arasında nikah xx.xx.2022-ci il tarixdə 164 nömrə ilə bağlanmış, nikah bağlanandan sonra arvada Məmliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 430932 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və X8 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022ci ldə 86 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/2458 saylı rəyindən görünür ki, İddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada 2022-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1432,80 manat, hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1522,35 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdəndə brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 iyun 2023-cü il tarixli 9/2458 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 38,4 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsində onun iddia ərizəsində göstərilən qızılların pulundan 100 manat əvvəlcədən beh, 200 manat toydan sonra və 100 manat Balakən RPŞ-də cəmi - 400 manat pul vəsaitini İddiaçı ödədiyini bildirərək ekspertiza rəyində göstərilən 1522,35 manat məbləğdən 400 manatın çıxılmaqla 1122,35 manatın təmin edilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə işin faktoloji hallarına və hüquqi əsaslarına istinad edərək, hesab edir ki, iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının qiyməti barədə məhkəməəmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/2458 saylı rəyi mötəbər sübut kimi qəbul olunmur. Belə ki, ekspertizanın 16 iyun 2023-cü il tarixli 9/2458 saylı rəyində göstərilən qiymətlər təxmini olaraq müəyyən olunmuşdur. Digər tərəfdən məhkəməəmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/2458 saylı rəyində zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün olmaması səbəbindən brilyant qaşlar üzrə qiymətləndirmə aparılmamış və həmin qiymətləndirmə əks olunmamışdır. Deməli sözügedən ekspertiza rəyində qızıl-zinət əşyalarının tam bazar qiyməti müəyyən olunmamışdır. İddia ərizəsində həmin qızıl-zinət əşyalarının göstərilən qiyməti isə tərəflər arasında razılaşdırılmış qiymətlər olaraq müəyyən olunmuşdur, tərəflərin iradə ifadəsini əks etdirir və tərəflər üçün öhdəlik yaradır. Ona görə də məhkəmə iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının dəyərini tərəflər arasında razılaşdırılmış qiymətlər olaraq qəbul edir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı Balakən şəhəri ərazisində yerləşən qızıl-zinət əşyaları mağazasına gələrək, oğlu Cavabdeh2 toyu olacağından gəlin üçün hədiyyə qızıl-zinət əşyaları almaq istədiyini, lakin qızıl-zinət əşyalarını almaq üçün nəğd vəsaitlərinin olmamasını, toyun səhəri günü pulu ödəyəcəklərini bildirmişdir. Cavabdeh1 oğlu Cavabdeh2 ailə quracağı X8 iddiaçıya məxsus mağazada zərgər işləyən X6 qohumu olduğundan iddiaçı və Cavabdeh1 qızıl-zinət əşyalarının nisyə satılması barədə razılığa gəlmişlər. X3 iştirakı ilə Cavabdeh1 bir neçə dəfə iddiaçıya məxsus mağazaya gəlmiş, alınacaq qızıllar bəyənildikdən sonra, X3 digər qohumu X4 iştirakı ilə dəyəri 400 manat olan bir ədəd 585 əyarlı 2 qramlıq briliant qaşlı ağ qızıl nişan üzüyü, dəyəri 400 manat olan 1 ədəd 583 əyarlı 4,72 qramlıq kardinal qolbağ, dəyəri 375 manat olan 1 ədəd 585 əyarlı 4,27 qramlıq yay formalı (prujin) boyunbağı, dəyəri 169 manat olan 1 ədəd 585 əyar 1,92 qramlıq pandora model klon, dəyəri 440 manat olan 585 əyar 5 qramlıq pandora model komplekt İddiaçı tərəfindən Cavabdeh1 nisyə olaraq satılmış, Cavabdeh1 isə qızılların dəyəri olan 1784 manat pul vəsaitini toydan bir gün sonra ödəyəcəyini vəd etmişdir. Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsində İddiaçı sözügedən qızıl-zinət əşyalarını nisyə almasını təsdiq etmişdir. Cavabdeh1 həmin qızılların pulundan 100 manat əvvəlcədən beh, 200 manat toydan sonra İddiaçı ödəmiş, lakin qalan borc indiyə qədər iddiaçıya ödənilməmişdir. Cavabdeh1 oğlu Cavabdeh2 ilə X8 arasında nikah pozulduqdan sonra qızılların keçmiş gəlinlərində olmasını əsas gətirərək, qızılların qalan dəyərini ödəməkdən imtina etmişdir. İddiaçı mübahisənin məhkəmədənkənar həll edilməsinə cəhd göstərsə də, borcun ödənilməsi təmin olunmamışdır. Cavabdeh1ın 300 manat ödəniş etməsi nəzərə alınmaqla İddiaçı qızıl-zinət əşyalarının nisyə alqı-satqısından yaranmış borcu 1484 manat təşkişl edir. Lakin iddiaçı cavabdehdən 1482 manat tələb edir ki, məhkəmə də verilən iddia tələbi daxilində işə baxmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla da cavabdeh X2 Amalya Hüseyin qızına 1482 manat maddi ziyan vurmaqla, İddiaçı hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də nisyə alınıb ödənilməmiş sözügedən qızıl-zinət əşyalarının dəyərini təşkil edən həmin 1482 manat pul cavabdeh X5 alınıb, İddiaçı ödənilməlidir. Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsində İddiaçı aldığı qızıl-zinət əşyalarının pulundan ödədiyi 300 manatdan əlavə daha 100 manat ödəməsini göstərsə də, həmin 100 manatın ödənilməsini təşsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci) maddəsi bu vəzifə cavabdehin üzərinə düşür. Həm də Cavabdeh1 Balakən RPŞ-də verdiyi izahatında da qızılların pulundan iddiaçıya 300 manat ödədiyini bildirmişdir. Ona görə də məhkəmə Cavabdeh1 İddiaçı iddia predmetini təşkil edən qızıların pulundan 300 manat ödəməsi halını qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məxcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasənborclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh1 yazılı ərizə verməklə, iddianı qismən etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın qismən etirafı qəbul olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 satılmış qızıl-zinət əşyalarının qalıq dəyəri olan 1482 (bir min dörd yüz səksən iki) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə təmin olunmamalıdır. Belə ki, işdəki sübutlardan görünür ki, iddia predmetini təşkil edən qızıl-zinət əşyaları İddiaçı tərəfindən Cavabdeh1 nisyə satılmış və məhz alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 həmin qızılların pulunu İddiaçı ödəməsi barədə öhdəlik götürmüş və həmin qızıl əşyaların ümumi dəyərini təşikl edən 1784 manat puldan 300 manatı iddiaçıya ödəniş etmişdir. İş materiallaırna əsasən Cavabdeh1 iddiaçıya qızıl-zinət əşyalarının dəyərindən ödənilməyən 1482 manat borcu qalmışdır. İddiaçı ilə digər Cavabdeh2 arasında iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının nisyə alqı-satqısı barədə hər hansı müqavilə bağlanmamış, hər hansı şərtləşdirmə olmamış, Cavabdeh2 iddiaç İddiaçı nisyə olaraq qızıl-zinət əşyaları, o cümlədən iddia predmetini təşkil edən qızıl-zinət əşyaları almamış və onun iddiaçı qarşısında həmin qızılların pulunu ödəmək öhdəliyi yaranmamışdır. İddiaçı tərəf də Cavabdeh2 İddiaçı nisyə qızıl-zinət əşyaları alması və həmin qızılların pulunu iddiaçıya ödəmək öhdəliyi daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 117.2-ci maddəsinə əsasən bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 hüquqi yardımın göstərilməsi üçün tələb etdiyi 500 (beş yüz) manat ağlabatan olaraq 200 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş bir iddiaçı və iki cavabdeh və 1 cilddən ibarət olmaqla sadə işdir. İş üzrə 2 hazırlıq və 2 baxış iclası keçirilmişdir. İş üzrə nümayəndə-vəkili Balakən rayon vəkil Bürosunun vəkilidir. Nümayəndə-vəkil tərəfindən iddia ərizəsi hazırlanmış və əlavə olunmuş sənədlərlə birlikdə elektron kabinetə daxil edilmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən hüquqi yardımla bağlı konkret hallar və çıxış üçün nə qədər vəsait sərf olunması ilə bağlı hesab təqdim olunmamışdır. İşin hallarına əsasən məhkəmə hesab edir ki, nümayəndəyə (vəkilə) hüquqi yardım üçün ödənilməsi göstərilən 500 manat məbləğ işin hallarına, ədalət və ağlabatanlıq prinsiplərinə uyğun deyildir və heç bir hesab sənədi ilə təsdiq olunmayan bir məbləğdir. Məhkəmə qeyd olunanları, işin mürəkkəb işlər kateqriyasına aid olmamasını və işin hallarını nəzərə alaraq hesab edir ki, ədalət və ağlabatınlıq nöqteyi- nəzərindən Cavabdeh1 tələb edilən hüquqi yardım xərci 200 manat məbləbğində müəyyən olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 32,59 manat ödənilmiş dövlət rüsumu və nümayəndəyə (vəkil) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 manat alınaraq İddiaçı verilməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 50 manat ekspertiza xərcinin 42,43 manatı cavabdeh X5 və 7,57 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi hesabına ödənilməlidir. Beləliklə məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 satılmış qızıl-zinət əşyalarının qalıq dəyəri olan 1482 (bir min dörd yüz səksən iki) manat pul vəsaiti, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 200 manat, dövlət rüsumu kimi ödənilmiş 32,59 manat və nümayəndəyə (vəkil) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalı, iş üzrə 50 manat ekspertiza xərcinin 42,43 manatı cavabdeh X5 və 5,57 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəisnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh1 satılmış qızıl-zinət əşyalarının qalıq dəyəri olan 1482 (bir min dörd yüz səksən iki) manat pul vəsaiti, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 200 manat, dövlət rüsumu kimi ödənilmiş 32,59 manat və nümayəndəyə (vəkil) etibarnamə verilməsi üçün ödənilmiş 17,65 manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin; iddia qalan hissədə təmin olunmasın; iş üzrə 50 manat ekspertiza xərcinin 42,43 manatı cavabdeh X5 və 7,57 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar