Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-324/2023 23.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı əsassız yazılmış cərimənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən onun barəsində qanunsuz olaraq yazılan 140 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən onun barəsində qanunsuz olaraq yazılan 147.48 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı yaşadığı yer Balakən rayonu Tülü kəndi olduğu üçün hazırki iddiaya Balakən Rayon Məhkəməsində baxılması qanunamüvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Tülü kəndinin elektrik enerjisi xətləri və sayğacları dəyişdiyi gündən "xxxx" ASC tərəfindən onun razılığı olmadan elektrik sayğacı küçəyə deyil, həyətinə qoyulmuşdur. 16 may 2022-ci il tarixdə özlərini "xxxx" ASCnin əməkdaşları kimi qələmə verən bir neçə şəxs razılıqları olmadan yaşadıqları ünvana axşam vaxtı, hava qaraldıqdan sonra daxil olaraq guya baxış keçirmişlər. Həmin vaxt evdə olmadığı üçün həyat yoldaşı onları qarşılayaraq icazəsiz onların həyətinə daxil olmalarının səbəbini soruşmuş, həmin şəxslər cavabında sayğaca müdaxilə olunduğunu və onunla danışacaqlarını söyləmişlər. O isə həmin vaxt şəxsi işlərilə əlaqədar Bakı şəhərində olmuşdur. Özlərini "xxxx" ASC-nin əməkdaşları kimi təqdim edən şəxslər onun evdə olmadığından istifadə edərək, sayğacın hesablama mexanizminin tərpənməsi və sayğacın ekranında maqnit izlərinin olması barədə NDM 028340 nömrəli saxta akt tərtib etmişlər. Həmin aktın surəti ona təqdim olunsa da, deyilənlərlə razılaşmadığı üçün akta imza etməmişdir.O, sayğaca heç bir müdaxilə etməmiş, sayğacın hesablama mexanizmini tərpətməmiş və sayğacın ekrarında maqnit izlərinin yaranmasına səbəbkar olmamışdır. Bunu son illərin elektrik enerjisi sərfiyyatında da açıq-aydın görmək mümkündür. Evinə icazəsiz girən və ona saxta akt tərtib edən "xxxx" ASC-nin hərəkətlərini qanunsuz hesab edir və aktda qeyd olunmadığı halda onun 147.48 manat cərimə olunmasını əsassız hesab edir. Hazırki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və müvafiq qətnamə çıxarılmasını tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəməyə yazılı etiraz göndərərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi S.N.Ağayevin hazırki iddiaya yazılı etirazında göstərilir ki, aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Balakən rayonu Tülü kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC- nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00064 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları T.Əzizov, F.Cavadov və R.Musayev tərəfindən Balakən rayonu Tülü kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğaca müdaxilə etdiyi, sayğacın hesablama mexanizminin yerindən tərpəndiyi və sayğacın ekranında maqnit izlərinin olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli NDM028340 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2022-ci il tarixində Balakən EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni Luna tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 192512 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixli 005307 saylı protokolu ilə elektrik sayğacının dövlət möhürü normal olduğu, lakin sayğacın hesablama mexanizminin gövdə hissəsindən qopduğu barədə rəy verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli NDM028340 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 850 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0.13 manatla 196 kvt.s (dəyəri 25.48 manat) toplamda 147.48 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamışdır, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.17 İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərının gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesabianır. ‘EEİQ”-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17- ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərim göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 246 gün üçün sərfiyyatın toplamda 350 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ıl tarixə qədər 245 gün üçün artaraq 926 kvts olduğu açıq-aydın görünür. Abonentin “abunə haqqında” məlumatından açıq-aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (576 kvt.s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bır nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM028340 saylı akt “EElQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddianın əsassız olduğundan tamamilə rədd olunması xahiş edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları T.Əzizov, F.Cavadov və R.Musayev tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, NDM № 028340 saylı aktda göstərilir ki, Balakən rayonu Tülü kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmiş, baxış zamanı abonentin sayğaca müdaxilə etməsinin, sayğacın hesablama mexanizminin yerindən tərpəndiyinin və sayğacın ekranında maqnit izlərinin olduğunun aşkar edilməsi göstərilmiş, həmçinin sayğacın küçədə quraşdırılması, laboratoriya şəraitində yoxlanılması və yenisi ilə əvəz olunması qeyd edilmişdir. Həmin yoxlama zamanı abonent İddiaçı və ya onun nümayəndəsinin və hal şahidlərinin iştirakı təmin edilməmişdir və akt abonent və ya onun nümayəndəsi və hal şahidləri tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 192512 №-li Protokoldan görünür ki, Akt-028340-a əsasən abonent İddiaçı sayğacı yenisi ilə əvəz olundu, yoxlanıb möhürləndi. Çıxarılan sayğac sellofan torbaya qoyulub ******* möhürü ilə möhürlənərək laboratoriyaya rəyə götürüldü. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 005307 №-li AKT-Protokoldan görünür ki, sayğacın dövlət möhürü normaldır. Yoxlama zamanı aşkar olunmuş qüsurlar: sayğacın hesab mexanizmi gövdə hissədən qopub. Sayğac istismara yararsızdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2022-ci il tarixli NDM№028340 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən İddiaçı itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 850 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0.13 manatla 196 kvt.s (dəyəri 25.48 manat) toplamda 147.48 manat dəyərində itirilmiş enerji hesabatı aparılmış, İddiaçı 147.48 manat cərimə borcu yazılmış və həmin 147.48 manat məbləğ onun **********00064 nömrəli abunə hesabına daxil edilmişdir və ondan tələb edilir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı Balakən rayonu Tülü kəndində yaşayır və elektrik enerjisi istehlakçısıdır. Onun Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinə gələn elektrik enerjisi sərfiyyatını qeydə alan elektrik sayğacı evdən kənarda-evin həyətyanı sahəsində quraşdırılmışdır. 16 may 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları T.Əzizov, F.Cavadov və R.Musayev İddiaçı fərdi yaşayış evinin həyətyanı sahəsinə gələrək, tərəflərindən «X1 Qaydaları»nın pozulması haqqında xx.xx.2022-ci il tarixli NDM №028340 saylı akt tərtib olunmuş və aktda Balakən rayonu Tülü kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxışın keçirilməsi, baxış zamanı abonentin sayğaca müdaxilə etməsinin, sayğacın hesablama mexanizminin yerindən tərpəndiyinin və sayğacın ekranında maqnit izlərinin olduğunun aşkar edilməsi göstərilmiş, həmçinin sayğacın küçədə quraşdırılması, laboratoriya şəraitində yoxlanılması və yenisi ilə əvəz olunması qeyd edilmişdir. Həmin yoxlama zamanı abonent İddiaçı və ya onun nümayəndəsinin, həmçinin hal şahidlərinin iştirakı təmin edilməmişdir və akt abonent və ya onun nümayəndəsi və hal şahidləri tərəfindən imzalanmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli 192512 №-li Protokol tərtib edilməklə Akt- 028340-a əsasən abonent İddiaçı sayğacı yenisi ilə əvəz olunmuş, yoxlanıb möhürlənmiş, çıxarılan sayğac sellofan torbaya qoyulub ******* möhürü ilə möhürlənərək laboratoriyaya rəyə götürülmüşdür. Laboratoriyanın xx.xx.2022-ci il tarixli 005307 saylı protokolu ilə elektrik sayğacının dövlət möhürünün normal olduğu, lakin sayğacın hesab mexanizminin gövdə hissəsindən qopduğu barədə rəy verilmişdir. xx.xx.2022-ci il tarixli, NDM №028340 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən İddiaçı itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 850 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0.13 manatla 196 kvt.s (dəyəri 25.48 manat) toplamda 147.48 manat dəyərində itirilmiş enerji hesabatı aparılmış, İddiaçı 147.48 manat cərimə borcu yazılmış və həmin 147.48 manat məbləğ onun **********00064 nömrəli abunə hesabına daxil edilmişdir və ondan tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növ və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsində isə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləmsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları» nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri -cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.1 və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır; elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir; elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Yenə də həmin Qaydaların 8.4 və 8.5-ci bəndlərinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. «X1 Qaydaları» nın 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. «X1 Qaydaları» nın 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. «X1 Qaydaları» nın 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. «X1 Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bu Qaydaların 10.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır: 10.2.1. fors-major hadisə ilə əlaqədar; 10.2.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar; 10.2.3. bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar; 10.2.4. bu Qaydaların 9.14-cü bəndinə uyğun olaraq, işlərin yerinə yetirilməsilə əlaqədar. Bu Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İş üzrə sübutların qiymətləndirilməsini həyata keçirən məhkəmə onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanun normalarının tələbinə görə mülki prosesdə sübut etmə yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı iddia tələbinin əsaslandırıldığı halları, cavabdeh isə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etməli, iş üzrə güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalı, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalı, bu sübutlar birlikdə dəyərləndirilməli, ən əsası sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməlidir. Şəxsin mülki öhdəliklərlə bağlı ziyan vurmasının müəyyən olunması üçün aşağıdakı şərtlərin olması mütləqdir:1) Şəxsin qanunazidd əməli nəticəsində tələb olunan məbləğdə ziyan vurulmalıdır; 2) Həmin ziyan məhz şəxsin qanunazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmalıdır; 3) Vurulan ziyanla şəxsin qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Yəni bu ziyanla əməl arasında elə obyektiv əlaqə olmalıdır ki, həmin əməl zaman üzrə nəticədən əvvəll olmaqla həmin nəticəni-ziyan vurulmasını hazırlayır, onun baş verməsinin real imkanı kimi çıxış edir və məhz bu nəticənin yaranmasının əsas və bilavasitə səbəbi olur; 4) Həmin ziyanın vurulmasında şəxsin təqsiri olmalıdır. Şəxsin təqsiri qanunda nəzərdə tutulan hallarda cinayət qanunvericiliyi ilə (Cinayət Məcəllənin 3 və 7.1-ci maddələri) və inzibati xətalar qanunvericiliyi ilə (İnzibati Xətalar Məcəlləsinin 3-və 12.1-ci maddələri) şəxsin müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb edilməsi və cəzalandırılması əsası kimi müəyyən olunur. İş materiallarından görünür ki, elektrik sayğacı iddiaçı Yüşbaşiyev Arif Soltanmacid oğlunun Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evində deyil, evin həyətyanı sahəsində quraşdırılmışdır. Ona görə də qanunvericiliyin tələbinə əsasən («X1 Qaydaları»nın 7.11-ci bəndi) fərdi yaşayış evində deyil, evdən kənarda quraşdırılmış elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehliyi abonent deyil, enerj təchizatı müəəssisəsi daşıyır. Belə olan halda İddiaçı öz fərdi yaşayış evindən kənarda quraşdırılan elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehlik daşıya bilməz. İş materiallarından həmçinin görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən «X1 Qaydaları»nın pozulması haqqında xx.xx.2022-ci il tarixli NDM №028340 saylı akt tərtib olunmuş və aktda Balakən rayonu Tülü kəndində yerləşən İddiaçı Soltanməcid oğluna məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına abonent tərəfindlən müdaxilə edilməsinin, sayğacın hesablama mexanizminin yerindən tərpəndiyinin və sayğacın ekranında maqnit izlərinin olduğunun aşkar edilməsi göstərilmiş, Laboratoriyanın xx.xx.2022-ci il tarixli 005307 saylı protokolu ilə elektrik sayğacının dövlət möhürünün normal olduğu, lakin sayğacın hesab mexanizminin gövdə hissəsindən qopduğu barədə rəy verilmiş,xx.xx.2022-ci il tarixli NDM №028340 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən İddiaçı itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.08 manatla 850 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0.13 manatla 196 kvt.s (dəyəri 25.48 manat) toplamda 147.48 manat dəyərində itirilmiş enerji hesabatı aparılmış, İddiaçı 147.48 manat cərimə borcu yazılmış və həmin 147.48 manat məbləğ onun **********00064 nömrəli abunə hesabına daxil edilmişdir və ondan tələb edilir. Bu zaman elektrik sayğacına baxış keçirilərkən və xx.xx.2022-ci il tarixli «X1 Qaydaları»nın pozulması haqqında akt tərtib edilərkən abonent İddiaçı və ya onun nümayəndəsinin və hal şahidlərinin iştirakı təmin edilməmiş, onlar aktı imzalamamış, həmçinin sayğacın laborator yoxlaması zamanı da abonentin və ya onun nümayəndəsinin iştirakı təmin edilməmiş, sayğac yoxlaması abonentin və ya onun nümayəndəsinin iştirakı olmadan aparılmışdır. Qeyd edilənlər də qanunvericiylin tələblərinin kobud pozuntusudur. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik hesablaşma sayğacına müdaxilə eməsini, sayğacın hesablama mexanizmini yerindən tərpətməsini və sayğacın ekranında maqnit izlərinin yaranmasını və bununla da sayğacın yararsız vəziyyətə düşməsini və ona ehtimal edilən 147.48 manat manat ziyan vurmasını, bu ziyanla İddiaçı Soltanməcid oğlunun hansısa qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olmasını və bu 147.48 manat məbləğində ziyanın vurulmasında İddiaçı təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, bununla da iddiaya etirazın əsaslandırıldığı halların mövcudluğu sübut olunmamışdır. Qeyd edildiyi kimi, «X1 Qaydaları»na görə (həmin Qaydaların 7.11-ci bəndi) yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Yuxarıda göstərildiyi kimi, İddiaçı evinə gedən elektrik enerjisini hesablayan sayğac evin içərisində deyil, həyətyanı sahədə quraşdırılmışdır. Qanun normasının tələbinə görə belə olan halda həmin elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehliyi məişət abonenti İddiaçı deyil, enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC daşıyır. İddiaçı məhkəmədə verdiyi izahatında elektrik sayğacına heç bir müdaxilə etmədiyini, ehtimal olunan sayğacın hesablama mexanizmini yerindən tərpənməsi və sayğacın ekranında maqnit izlərinin yaranmasında heç bir təqsirinin olmadığını, elektrik enerjisindən sayğacdan kənar istifadə etmədiyini, sayğacın həyətyanı sahədə yerləşdiyini və bununla bağlı "xxxx" ASC-nin əməkdaşlarına qəti olaraq etiraz etdiyini bildirmişdir. Həmçinin işdəki sübutlardan və xx.xx.2022-ci il tarixli NDM №028340 nömrəli aktdan görünür ki, elektrik sayğacına baxış keçirilərkən ehtimal edilən pozuntunun müəyyənləşdirilməsi və akt tərtib edilməsi zamanı məişət abonenti İddiaçı və ya onun nümayəndəsinin və iki hal şahidinin iştirakı təmin edilməmiş, həmin akt məişət abonenti, onun nümayəndəsi və iki hal şahidi tərəfindən imzalanmamış, aktın bir nüsxəsi məişət abonentinə dərhal təqdim olunmamaqla onun izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, həmin aktdan şikayət etmək və sair hüquqları pozulmuş, bununla da «X1 Qaydaları» nın 8.33-cü bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən həqiqətən elektrik sayğacına müdaxilə edilməsi, sayğacın hesablama mexanizmini yerindən tərpənməsi və sayğacın ekranında maqnit izlərinin yaranmasını mübahisəsiz qaydada təsdiq edən videoçəkiliş aparılmamış, fotoşəkillər çəkilməmiş, digər sübutlar əldə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd edildiyi kimi, sayğacın ehtimal edilən laborator yoxlaması zamanı da qanunun tələbləri pozularaq abonentin və ya onun nümayəndəsinin iştirakı təmin edilməmişdir, bununla bağlı yoxlama aktında abonent İddiaçı və ya onun nümayəndəsinin imzası yoxdur. İş materiallarından görünür ki, iddiaçı Yüşbaşiyev Arif Soltanmacid oğlunun yaşayış evinə elektrik sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda-həyətyanı sahədə quraşdırılmışdır ki, həmin yer də evdən uzaqdır. Sayğaca müdaxilə ilə bağlı xx.xx.2022-ci il tarixli NDM №028340 nömrəli akt tərtib olunarkən sayğaca müdaxilənin iddiaçı Yüşbaşiyev Arif Soltanmacid oğlu tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı Yüşbaşiyev Arif Soltanmacid oğlu tərəfindən sayğaca müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də iddiaçı Yüşbaşiyev Arif Soltanmacid oğlu tərəfindən sayğaca müdaxilə olunması, nəticədə sayğacının hesablama mexanizminin yerindən tərpənməsi və sayğacın ekrarında maqnit izlərininin yaranması, həmçinin xx.xx.2022-ci il tarixli NDM №028340 nömrəli aktın, laboratoriyanın xx.xx.2022-ci il tarixli 005307 saylı protokolunun və "xxxx" ASC-nin Akt komissiyasının itirilmiş enerji hesabatının həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamış, iddia tələbinə olan etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə olan halda kobud qanun pozuntuları ilə tərtib edilən xx.xx.2022-ci il tarixli NDM №028340 nömrəli akt, laboratoriyanın xx.xx.2022-ci il tarixli 005307 saylı protokolu və "xxxx" ASC-nin Akt komissiyasının itirilmiş enerji hesabatının həqiqəti əks etdirməsi böyük şübhə doğurur. Həmçinin həmin xx.xx.2022-ci il tarixli NDM №028340 nömrəli akt, laboratoriyanın xx.xx.2022-ci il tarixli 005307 saylı protokolu və "xxxx" ASC-nin Akt komissiyasının itirilmiş enerji hesabatı qanunsuz və əsassız tərtib olunmaqla və işdəki digər sübutlarla təsdiq olunmadan məhz İddiaçı tərəfindən elektrik sayğacına müdaxilə edilməsi, sayğacın hesablama mexanizmini yerindən tərpənməsi və sayğacın ekranında maqnit izlərinin yaranması, nəticədə "xxxx" ASC-yə 147.48 manat ziyan vurmasını müəyyən etmir. Qeyd olunanlara əsasən məhkəmə xx.xx.2022-ci il tarixli NDM №028340 nömrəli aktı, laboratoriyanın xx.xx.2022-ci il tarixli 005307 saylı protokolunu və "xxxx" ASC-nin Akt komissiyasının itirilmiş enerji hesabatını mötəbər sübut kimi qəbul etmir. Bu xüsusda məhkəmə qeyd edir ki,147.48 manat ziyanın hesablanması ilə bağlı "xxxx" ASC-nin Akt komissiyasının «Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə Tələblər» i mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunduğu kimi, «X1 qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Lakin cavabdeh "xxxx" ASC tərəfindən həmin Tələblərdə göstərilən 147.48 manat ziyanın hansı qanuni şərtlərə əsasən hesablanması qeyd olunmamışdır. Bu xüsusda qeyd olunan «Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə Tələblər» elektrik enejisindən istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş elektrik enerjisinin dəyərinin bərpasının hesablanması qaydaları o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır və göstərişləri ümumi məcburi xarakter daşımır. Belə olan halda bu hesablama əsaslı sayıla və qəbul edilə bilməz. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiçı İddiaçı 147.48 manat əsassız cərimə borcu-ziyan hesablanmışdır və ona görə də iddia təmin edilməklə həmin 147.48 manat cərimə borcu ləğv edilməli və iddiaçının bu konteksdə pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı qanunsuz yazılmış 147.48 manat cərimə borcu ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı qanunsuz yazılmış 147.48 manat cərimə borcu ləğv edilsin; cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-324/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-324/2023
23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver