Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-338/2022 21.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçilər Ərizəçi2 Arzuman qızının və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, hüquqmüəyyənedici sənəd olan JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 Ərizəçi2 Abdusəməd qızına yox, Ərizəçi2 və X6 yox, Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçidlər Ərizəçi2 Arzuman qızı və Ərizəçi1 Rauf qızı ərizələrini onunla əsaslandırmışlar ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə onlara və digər ailə üzvlərinə Balakən rayonu Poştbinə kəndində yerləşən 0.77 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə JN-440 KOD 40110018 nömrəli Dövlət Aktı verilmişdir. Həmin aktda Ərizəçi2 ata adı qrafasında Arzuman qızı sözü əvəzinə Abdusəməd qızı sözü yazılmışdır. Eyni zamanda Ərizəçi1 ad qrafasında Səminə sözü əvəzinə Şəbinə sözü yazılmışdır. Adlarında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi idarəsinin 17 yanvar 2022-cı il tarixli məktubuna əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki JN 440 nömrəli dövlət aktında düzəlişlərin edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı olduqdan sonra Çıxarışın verilməsi mümkündür. Hesab edirlər ki, həmin torpaq sahəsi onların və ailə üzvlərinin faktiki istifadəsindədir. Ona görə də hüquqmııəyyənedicı sənədin onlara məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 Arzuman qızı və Ərizəçi1 ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 göstərilən Ərizəçi2 Abdusəməd qızı ilə Ərizəçi2 və X11 ilə Ərizəçi1 eyni şəxslərdir. Belə ki, Ərizəçi2 atasının adı Arzuman, Səbinə İsmayılovanın adı isə Səminədir. Lakin JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 səhv olaraq Ərizəçi2 atasının adı Arzuman, Ərizəçi1 adı isə Səbinə kimi göstərilmişdir. Həqiqətən də JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 göstərilən Ərizəçi2 Abdusəməd qızı ilə Ərizəçi2, X11 ilə Ərizəçi1 qızı eyni şəxsdirlər və həmin torpaq sahəsi də onlar tərəfindən istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Gərəkli kəndində 0.77 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X2, Ərizəçi2 Abdusəməd qızının, X19 qızının və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli AZ-T seriyalı 182374 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1973-cü ildə anadan olmuş, atası X5, anası Arzumanova Şümeysət İsa qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli kənd icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 1994-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı 451637 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 06.İX- 1993-cü il tarixdə anadan olmuş, atası X8 oğlu, anası İsmayılova Anisə Arzuman qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi2 ünvanladığı 12 yanvar 2022-ci il tarixli **********75 nömrəli məktubunda göstərilir ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş torpaq sahələrinə dair JN-440 saylı ’'Dövlət Aktı” sənədində mülkiyyətçilərin siyahısında düzəliş edərək ata adının şəxsiyyət vəsiqəsinə uyğun qeyd edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna X26” sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqataia Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəimədiyi halda hüquqınüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilr. Odur ki, ərizəsində qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli və AA******* 5VVSU697 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrindən görünür ki, həmin şəxsiyyət vəsiqələrində ərizəçilərin soyadı, adı və atasının adı müvafiq olaraq Ərizəçi2 və Ərizəçi1dır. İş materiallarında olan 07.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayonu Aqrar islahat Komissiyasının 30 iyun 1998-ci ii tarixli 08 nömrəli qərarı ilə X3, Ərizəçi2 Abdusəməd qızına, X6 və X12 Balakən rayonu Poştbinə kəndində yerləşən 0.77 ha kənd təsərrüfatı istehsallı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 verilmişdir. X22 Ərizəçi2 ata adı qrafasında Arzuman qızı sözü əvəzinə Abdusəməd qızı sözü yazılmış, eyni zamanda Ərizəçi1 ad qrafasında Səminə sözü əvəzinə Şəbinə sözü yazılmışdır. Ərizəçilər adlarınında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. 18 saylı Ərazi İdarəsində Dövlət Aktında olan ərzəçilərin adı və atasının adı ilə bağlı bu uyğunsuzluğun aradan qaldırılmasından və çıxarış verilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin torpaq sahəsi ərizəçilərin istifadəsindədir. Ərizəçilər hüquqmüəyyənedici sənəd olan JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət X1ra məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçilərə onlara məxsus olan torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarının tələbləri nöqteyi-nəzərindən işdəki sübutlarla müəyyən olunur ki, JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 Ərizəçi2 Abdusəməd qızının ata adı onun şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə və Ərizəçi1 adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 orada göstərilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddir və ərizəçilər həmin hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmçinin həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 Ərizəçi2 Abdusəməd qızına yox, Ərizəçi2 və X6 yox, Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan JN-440 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 Ərizəçi2 Abdusəməd qızına yox, Ərizəçi2 və X6 yox, Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-338/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-338/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver