Məhkəmə qərarları › İş №e-2(019)-339/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-339/2022

13.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-339/2022 13.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilk , Cavabdeh İstehsal Birliyinin İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, təbii X3 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab olunması, həmin akt əsasında qaz sərfinə görə hesablanmış 7344 kubmetr (881.24 manat) itirilmiş qazın G-4 markalı, **********5 nömrəli qaz sayğacından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək təbii X3 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 881.24 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əsassız hesablanmış borcun silinməsi barədə” ilk iddia ərizəsinin rədd edilməsi, "Äzəriqaz" X1 Rəna Məhəmməd qızına qarşı "borcun tutulmasına dair" qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ünvan 1ində yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 430,04 (dörd yüz otuz manat 04 qəpik) manat, İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 881,28 (səkkiz yüz səksən bir manat 28 qəpik) manat, əvvəlcədən ödənilmiş 33.12 (otuz üç manat 12 qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1344,84 (bir min üç yüz qırx dörd manat 84 qəpik) manat borcun (pulun) tutularaq "'Äzəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilməsi (bank hesabları ABB, Mod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ38Q1Q**********26269) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh İB-nin X6 istismar idarəsi arasında 19 dekabr 2014-cü il tarixdə qazın alqı-satqısı barədə 19552 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında cavabdeh iddiaçını təbii qazla təmin etmiş, iddiaçı hər ay təqdim edilmiş hesaba uyğun istifadə etdiyi qazın dəyərini cavabdehə ödəmişdir. Sonuncu dəfə 10 yanvar 2022-cı il tarixdə iddiaçının yaşadığı ünvana cavabdeh tərəfindən borc barədə bildiriş təqdim edilmiş, bildirişdə həmin bildirişin çap olunduğu tarixə ödənilməmiş borcun olmadığı, 30 dekabr 2021-ci il tarixdə son ödənilən məbləğin 250 AZN olması öz əksini tapmışdır. İddiaçı hər ay mütəmadi ödənişlər etdiyindən əlavə ödəniş edilməsi üçün ödəniş terminalına yaxınlaşmış, abunə kodunu terminala daxil etmiş, həmin zaman **********5 nömrəli sayğac üzrə cavabdehə 1426.12 AZN ödənilməmiş borcunun olmasını müəyyən etmişdir. Qeyd olunan ziddiyyətin aradan qaldırılması üçün iddiaçı tərəfindən rəsmi olaraq cavabdehə müraciət edilmiş, sonuncu 28 yanvar 2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, 22 dekabr 2021-ci il tarixdə Zaqatala RQ-nin Balakən xidmət sahəsinin nümayəndələri tərəfindən qaz sayğaclarına və qaz təsərrüfatına baxış keçirilən zaman iddiaçının yaşadığı ünvanda istismarda olan G-4 markalı, ********** nömrəli qaz sayğacının giriş kranının arxa hissəsindən qeyri-qanuni olaraq qoşulma yolu ilə təbii qazdan istifadə edildiyi aşkar olunmuş, bu barədə müvafiq akt tərtib olunmuşdur. Bundan sonra, iddiaçı tərəfindən yenidən cavabdeh orqana müraciət edilmiş, 04 fevral 2022-ci il tarixdə həmin məktubda qeyd olunan akt, dəymiş ziyanın bərpasına dair tələbnamə və müqavilə iddiaçıya təqdim olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş aktda göstərilmişdir ki, 21 dekabr 2021-ci il tarixdə gecə reydləri zamanı iddiaçıya məxsus G-4 tipli 211S0410135 nömrəli sayğacdan kənar, rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma aşkar olunmuş, baxış zamanı istifadə olunan qaz işlədiciləri kimi PQ 3, 24 kv/m kombi müəyyən edilmiş, istehlakçının nümayəndəsi Natiq Mehdiyev tərtib olunmuş aktı imza etməkdən imtina etmişdir. Halbuki, qeyd olunan tarixdə cavabdehin nümayəndələri iddiaçının yaşadığı ünvanda olmamış, akt tərtib edilərkən istehlakçı və ya onun nümayəndəsi aktın tərtib olunmasında iştirak etməmiş, ona hər hansı aktın imza olunması təklif olunmamış, ümumiyyətlə həmin akt barəsində iddiaçı məlumatlı olmamış, aktın və digər sənədlərin surəti 04 fevral 2022-ci il tarixdə ona təqdim olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən hər hansı qeyri-qanuni qoşulma halına yol verilməmiş, müqavilə şərtlərinə uyğun təbii qazdan istifadə etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki,qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, itirilmiş qazın bərpası üçün hesablanmış 881,28 (səkkiz yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat borcun silinməsi üçün onlar məhkəməyə müraciət etmişlər. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 430,04 (dörd yüz otuz manat 04 qəpik) manatın tələbi də əsassızdır. Belə ki, iddiaçı sonuncu ödənişi 03 fevral 2022-ci il tarixdə etmiş, sayğac göstəricisinə görə verilmiş 11 aprel 2022-ci il tarixli bildirişdə onun borcunun 42,64 qəpik olduğu qeyd edilmişdir. İlk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı "Azəriqaz” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii X3 pozulması haqqında akt əsasında hesablanmış 881,24 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir.İddiaçı Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməli, əksinə hazırda təqdim edilmiş qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir, Məlum edir ki, "Azəriqaz" İB Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan İddiaçı məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********01280 saylı qaz hesabında ödənilməmiş 1311,32 manat borc vardır. Sözügedən borcun 430.04 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 882.28 manat hissəsi isə təbii qazdan qeyri- qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır.İddia tələbində göstərilən sayğac göstəricisinə əsasan aparılmış hesabata görə yaranmış 430.04 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvan 1i ünvanda hazırda İstismarda olan G-4T markalı **********5 nömrəli sayğacın 4206 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasan aparılmış hesabata görə 881,28 manat həcmindəki borc isə cavabdeh İddiaçı yaşadığı ünvan 1i ünvanında xx.xx.2021-ci il tarixdə ona məxsus Fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadəyə görə hesablanmış borc məbləğidir. Belə ki, aşkar edilən qanun pozuntusu ilə bağlı mənzil daxili qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı İlə təbii X3 pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, istehlakçının nümayəndəsi aktı imzalamaqla faktı təsdiq etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsi ilə 7244 m3 və ya 882.28 manat həcmində müəyyən edilərək- ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Bundan əlavə qeyd edir ki, İddiaçı yaşadığı ünvanda bundan əvvəl də xx.xx.2020-ci il tarixdə sayğacdan kənar qanunsuz qazdan istifadə halı aşkar edilmiş və göstərilən qanun pozuntusu müvafiq qaydada rəsmiləşdirilmişdir. Göstərilən fakt Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(0l9)-154/2021 saylı qətnaməsi ilə öz təsdiqini tapmış, zərər istehlakçı tərəfindən ödənilmişdir. Qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Azəriqaz” İB-nin Zaqatala RQİİ satış şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə gecə saat 24 radələrində ünvan 1i ərazisində gecə reydi keçirərkən İddiaçı yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə rezin boru ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə edilməsi müəyyən edilmişdir. Onlar rezin borunun İddiaçı həyətinə tərəf uzandığını görmüşlər. Lakin həmin xəttdən necə istifadə olunduğunu görə bilməmişlər. Həmin vaxt onlar bu barədə ev sahibinə məlumat verməmişlər ,ev sahibini dəvət etməmişlər.Səhəri günü onun işçiləri həmin ünvana getmişlər, lakin həmin vaxt əlavə xətti aşkar etməmişlər. Ev sahibləri həmin xətti ayırıb götürmüşlər. Onun işçiləri əlavə xətti aşkar etməsələr də gecə onların aşkar etdikləri fakt, yəni qanunsuz qoşulma barədə akt tərtib etmişlər. Akt tərtib olunarkən o iştirak etməmiş, lakin onun əməkdaşları aktı tərtib etdiklərindən o da imza etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli 19552 nömrəli müqavilədən görünür ki,Cavabdeh İB X6 İstismarı idarəsi ilə İddiaçı arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.1.7-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii X3 pozulması haqqında 21 dekabr 2021-ci-ci il tarixli ******* nömrəli Aktda göstərilmişdir ki, istehlakçıya məxsus qaz sayğacından kənar, rezin boru vasitəsi ilə qeyri-qanunsuz qoşulma aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, İddiaçı istifadəsində olmuş G4 markalı **********5 nömrəli qaz işlədicilərindən 24 KV Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün, RQ-3-nin maksimal saatlıq qaz sərfi 0.8m3/saat, orta günlük iş rejimi 24 saat , hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparıİmış, itirilmiş qazın miqdarı 7344.kub/m həcmində müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli e-2(019)-154/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi ,cavabdeh İddiaçı 2117.74 (iki min bir yüz on yeddi manat 74 qəpik) manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xeyrinə (bank hesabları:ÄBB, Mod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, ÄZ95İBÄZ38Q1Q**********26269) ödənilməsi qət edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin dekabr ayında 281,25 manat dəyərində təbii qazdan istifadə etmişdir. İşdə olan 11 aprel 2022-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, İddiaçı 03 fevral 2022-ci il tarixdə 400 manat ödəniş etdikdən sonra 11 aprel 2022-ci il tarixə verilmiş bildiriş xəbərdarlıqda onun 42,64 manat borcu olduğu qeyd edilmişdir. Cavabdeh İB-nin təqdim etdiyi videogörüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Videogörüntüdə onun kim tərəfindən qeydə alınması məlum olmur, vaxt olaraq 22 Ara 2021 00:14 , ünvan olaraq ünvan 2östərilir, lakin rezin borunun hansı istiqamətə çəkildiyi məlum deyildir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ünvan 1ində yaşayır. O, Cavabdeh İB-nin X6 istismar idarəsi ilə bağladığı 19 dekabr 2014-cü il tarixli, 19552 nömrəli qazın alqı-satqısı barədə müqavilə əsasında təbii qazdan istifadə edir. Onun istehlak etdiyi təbii qazı qeydə alan **********5 nömrəli sayğac küçə tərəfdən hasarın üzərində quraşdırılmışdır. Cavabdeh İB-nin X6 istismar idarəsinin satış şöbəsinin rəisi işləyən Şahid digər əməkdaş ilə 21 dekabr 2021-ci il tarixdə saat 24 radələrində gecə reydi keçirərkən İddiaçı yaşadığı ünvanda istismarda olan G-4 markalı, **********5 nömrəli qaz sayğacının giriş kranının arxa hissəsindən qeyri-qanuni olaraq qoşulma yolu ilə təbii qazdan istifadə edildiyini aşkar etdiklərini bildirmişlər və onların məlumatı əsasında səhəri günü Cavabdeh İB-nin X6 istismar idarəsinin satış şöbəsinin əməkdaşları Mehriban Həşimova və Ziyafət Mansurov həmin ünvana gedərək, həmin vaxt sayğaca hər hansı qoşulma aşkar etməsələr də iddiaçıya məxsus G-4 tipli 211S0410135 nömrəli sayğacdan kənar, rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma barədə təbii X3 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli akt tərtib etmişlər. Həmin vaxt Şahid orada olmasa da onun da adı aktda qeyd edilmiş,həmçinin ev sahibi İddiaçı iştirakı təmin edilməmiş, Natiq Mehdiyev adlı şəxs nümayəndə qismində yazılmış, sonra isə onun imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bundan sonra İddiaçı təbii X3 pozulmasına görə 881,28(səkkiz yüz səksən bir manat 28 qəpik) manat borc hesablanmışdır.İddiaçı hesablanmış borcu qanunsuz hesab edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əsassız hesablanmış borcun silinməsi barədə” ilk iddia ərizəsinin rədd edilməsi, "Äzəriqaz" X1 Rəna Məhəmməd qızına qarşı "borcun tutulmasına dair" qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ünvan 1ində yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 430,04 (dörd yüz otuz manat 04 qəpik) manat, İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 881,28 (səkkiz yüz səksən bir manat 28 qəpik) manat, əvvəlcədən ödənilmiş 33.12 (otuz üç manat 12 qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1344,84 (bir min üç yüz qırx dörd manat 84 qəpik) manat borcun (pulun) tutularaq "'Äzəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilməsi (bank hesabları ABB, Mod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ38Q1Q**********26269) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X3 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə işin hallarını, iddiaçıya məxsus evə aid G-4 tipli 211S0410135 nömrəli sayğacın yol tərəfdən hasarın üzərinə qoyulmasını, cavabdeh təşkilatın həmin sayğaca əlavə xəttin qoşulmasına dair mötəbər sübut təqdim edə bilməməsini, təqdim edilmiş saldoda 2021-ci ilin dekabr ayında iddiaçıya istehlak etdiyi qaza görə 281,25 manat pul hesablanmasını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 881,28 (səkkiz yüz səksən bir manat 28 qəpik) manatın tutulmasına aid hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsinin İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 430,04 (dörd yüz otuz manat 04 qəpik) manat borc tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən 430,04 (dörd yüz otuz manat 04 qəpik) manat borcu olduğunu iddia etsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə iş materiallarından görünür ki, İddiaçı 03 fevral 2022-ci il tarixdə 400 manat ödəniş etdikdən sonra 11 aprel 2022-ci il tarixə verilmiş bildiriş xəbərdarlıqda onun 42,64 manat borcu olduğu qeyd edilmişdir.Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi sayğac göstəricisinə əsasən hesabata görə 42,64 manat borca aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə hesablanmış 881,28 (səkkiz yüz səksən bir manat 28 qəpik) manat borc silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı sayğac göstəricisinə əsasən hesabata görə 42,64 manat borc tutulub Cavabdeh xeyrinə (bank hesabları ABB, Mod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ38Q1Q**********26269) ödənilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 881,28 (səkkiz yüz səksən bir manat 28 qəpik) manat borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı sayğac göstəricisinə əsasən hesabata görə 42,64 manat borc tutulub Cavabdeh xeyrinə (bank hesabları ABB, Mod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ38Q1Q**********26269) ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar