Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-34/2025 05.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 2219 (iki min iki yüz on doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 42.19 (qırx iki manat, on doqquz qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz 250D” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində Balakən rayonu, Qazma kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə, eləcə də X2 məxsus daş hasara maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Ford Transit” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 1700 (bir min yeddi yüz) manat, X2 məxsus daş hasara dəymiş zərər üzrə 519 (beş yüz on doqquz) manat, ümumilikdə isə 2219 (iki min iki yüz on doqquz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin nəticəsi olaraq Balakən Rayon Məhkəməsi tərəfindən çıxarılmış hökmdə müəyyən edilmişdir ki, Cavabdeh “Mercedes Benz 250D”markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sərxoş halda idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar 16 may 2023-cü il tarixli 0650/23 saylı məktubla tələb irəli sürülmüş, lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin "xxxx" ASC-nin İdarə Heyətinin sədri Fuad Allahverdiyev məhkəməyə ərizə göndərərək işlərin çoxluğunu, işçi sayının azlığını, baş ofisin Bakı şəhərində yerləşməsi səbəbindən gediş-gəlişlə bağlı çətinlik yaşaması səbəbindən nümayəndənin xx.xx.2025-ci il tarixədə saat 10:40-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, baxış iclasını nümayəndənin iştirakı olmadan keçirilməsini və işin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, o, idarə etdiyi “Mercedes Benz 250D” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixində Balakən rayonu, Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Ford Transit” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə, eləcə də X2 məxsus daş hasara maddi zərər vurulmuşdur. Bu əməlinə görə o, Balakən Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(019)-28/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.O,məhkəmə hökmü çıxarılana kimi zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri olmamışdır.Bu barədə barəsində olan məhkəmə hökmündə də qeyd edilmişdir. Zərərçəkmiş şəxslərin ziyanı tam ödəndiyi halda sığorta şirkətinin nəyə görə onlara ödəniş etməsi məlum deyildir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 1(019)-28/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün məzmunundan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər X4, Cavabdeh,X5,X15 məhkəməyə verdikləri ərizələrində onlara dəymiş ziyanın tam şəkildə ödəndiyini göstərərək Cavabdeh heç bir şikayət və tələblərinin olmamasını göstərmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X13 1700 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 519 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan AD№224802 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, MERCEDES BENZ 250D markalı 20EC882 dövlət qeydiyyat nişanlı minik avtomobili X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Ford Transit” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli 9/2655 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı «Mersedes Benz E230» markalı,08BF-422 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1700,00 manat müəyyən edilir.O cümlədən: Dəyişilməli hissələrin qiyməti—940,00 manat; Təmir bərpa işlərinin qiyməti—760,00 manat X1 məxsus olan daş hasarın zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği nə qədər təşkil edir? Məhkəmə əmtəəşünaslıq Ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmadı. Məhkəmə, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz 250D” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində Balakən rayonu, Qazma kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə, eləcə də X2 məxsus daş hasara maddi zərər vurulmuşdur.Cavabdeh Balakən Rayon Məhkəməsinin 1(019)-28/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmü ilə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü çıxarılana kimi Cavabdeh tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam ödənmiş,zərərçəkmiş şəxslər ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh heç bir şikayət və tələblərinin olmamasını göstərmişlər.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənməsinə,məhkəmə hökmündə işin bu halları aydın surətdə göstərilməsinə baxmayaraq "xxxx" ASC tərəfindən 17 iyul 2021-ci ildə “Ford Transit” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X13 1700 (bir min yeddi yüz) manat, 19 oktyabr 2021-ci il tarixdə X2 məxsus daş hasara dəymiş zərər üzrə 519 (beş yüz on doqquz) manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC 07 dekabr 2023-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci madddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə işin hallarını, Cavabdeh 12 may 2020-ci il tarixədək iş üzrə zərərçəkmiş şəxslər-X2 və X13 dəymiş zərəri tam ödəməsini, zərərin ödənməsinin Cavabdeh məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin 1(019)-28/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmündə aydın surətdə göstərilməsini,hökmün surəti iddiaçı "xxxx" ASC-yə təqdim edilməsinə baxmayaraq iddiaçı tərəfindən hökmün qəbul edilməsindən 1(bir) il 2(iki) ay 04 (dörd ) gün sonra X13 1700 manat, 1(bir) il 5(beş) ay 06(altı) gün sonra X2 519 manat ödəniş etməsini, zərərçəkmiş şəxslərin ziyanları ödəndiyi halda sığorta ödənişinin onlara əsassız olaraq ödənməsini,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd olunduğundan ödənmiş 42,19 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidlir. İddia təmin edilmədiyindən 50 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X7 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənmiş 42.19 manat dövlət rüsumu xərci onun özünə aid edilsin. 50 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X7 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-34/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-34/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver