Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-340/2022 17.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, təbii X4 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab olunması, həmin akt əsasında qaz sərfinə uyğun hesablanmış 8208 kubmetr (984,96 manat) itirilmiş qazın G-4 markalı, **********8 nömrəli qaz sayğacından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayndəsi-vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, təbii X4 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında qaz sərfinə uyğun 8208 kubmetr itirilmiş qaza görə İddiaçı əsassız hesablanmış 984.96 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdehnə qarşı “ünvan 1ində yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 138.86 (bir yüz otuz səkkiz manat 86 qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 984.96 (doqquz yüz səksən dörd manat 96 qəpik) manat, əvvəlcədən ödənilmiş 31.24 (otuz bir manat 24 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1155.46 (bir min bir yüz əlli beş manat 46 qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ**********0000002944, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadına əsasən, qarşılıqlı iddia “sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 138.86 (bir yüz otuz səkkiz manat 86 qəpik) manat borcun (pulun) İddiaçı tutulması” hissəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüquqlarının müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Ona görə də qanun normasının tələbinə əsasən hazırki iddiaya Balakən Rayon Məhkəməsi tərəfindən baxılması qanunamüvafiqdlir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mərhum anası X3 ilə Azəriqaz İB-nin X11 İstismar İdarəsi (bundan sonra-cavabdeh) arasında 19 dekabr 2014-cü il tarixdə qazın alqı-satqısı barədə 19550 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında cavabdeh iddiaçını təbii qazla təmin etmiş, iddiaçı hər ay təqdim edilmiş hesaba uyğun istifadə etdiyi qazın dəyərini cavabdehə ödəmişdir. Sonuncu dəfə 10 yanvar 2022-ci il tarixdə onun yaşadığı ünvana cavabdeh tərəfindən borc barədə bildiriş təqdim edilmiş, həmin bildirişdə bildirişin çap olunduğu tarixə ödənilməmiş 51.9 manat borcunun olması, 20 dekabr 2021-ci il tarixdə son ödənilən məbləğin 86 AZN olması öz əksini tapmışdır. O, borcunun ödənilməsi üçün ödəniş terminalına yaxınlaşmış, abunə kodunu terminala daxil etmiş, həmin zaman **********8 nömrəli sayğac üzrə cavabdehə 1036,86 AZN ödənilməmiş borcunun olmasını müəyyən etmişdir. Qeyd olunan ziddiyətin aradan qaldırılması üçün onun tərəfindən rəsmi olaraq cavabdehə müraciət edilmiş, sonuncu 28 yanvar 2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, 22 dekabr 2021-ci il tarixdə Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin nümayəndələri tərəfindən qaz sayğaclarına və qaz təsərrüfatına baxış keçirilən zaman iddiaçının yaşadığı ünvanda istismarda olan G-4 markalı, ********** nömrəli sonradan ödənişli qaz sayğacının giriş kranının arxa hissəsindən qeyri-qanuni olaraq qoşulma yolu ilə təbii qazdan istifadə edildiyi aşkar olunmuş, bu barədə müvafiq akt tərtib olunmuşdur. Bundan sonra onun tərəfindən yenidən cavabdeh orqana müraciət edilmiş, 04 fevral 2022-ci il tarixdə həmin məktubda qeyd olunan akt, dəymiş ziyanın bərpasına dair tələbnamə və müqavilə ona təqdim olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş aktla müəyyən olunur ki, 21 dekabr 2021-ci il tarixdə gecə reydləri zamanı iddiaçıya məxsus G-4 tipli **********8 nömrəli sayğacdan kənar, rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma aşkar olunmuş, baxış zamanı istifadə olunan qaz işlədiciləri kimi PQ 3, 28 kv.m kombi müəyyən edilmiş, istehlakçının nümayəndəsi İddiaçı tərtib olunmuş aktı imza etməkdən imtina etmişdir. Halbuki qeyd olunan tarixdə cavabdehin nümayəndələri onun yaşadığı ünvanda olmamış, akt tərtib edilərkən o, aktın tərtib olunmasında iştirak etməmiş, ona hər hansı aktın imza olunması təklif olunmamış, ümumiyyətlə həmin akt barəsində onun məlumatı olmamış, aktın və digər sənədlərin surəti 04 fevral 2022-ci il tarixdə ona təqdim olunmuşdur. Bundan başqa, onun tərəfindən hər hansı qeyri-qanuni qoşulma halına yol verilməmiş, müqavilə şərtlərinə uyğun təbii qazdan istifadə etmişdir. Bu səbəbdən o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməli, əksinə hazırda təqdim edilmiş qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən mənzildə istehlakçı kimi onun anası X3 qeydiyyatdadır və müvafiq alqı-satqı müqaviləsi üzrə münasibətlər həmin şəxslə yaranmışdır. Əsiyyət Paçalova xx.xx.2011-ci il tarixdə vəfat etmiş, həmin ünvanda faktiki qaz istifadəçisi İddiaçıdur. Ona məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı yaşadığı ünvanın **********01350 saylı qaz hesabında ödənilməmiş 1123.82 manat borc vardır. Sözügedən borcun 138.86 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 984.96 manat hissəsi isə təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 138.86 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvan 1i ünvanda hazırda istismarda olan G4T markalı **********8 nömrəli sayğacın 1398 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri- qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 984.96 manat həcmindəki borc isə cavabdeh İddiaçı yaşadığı Balakəıı rayonu Hənifə kəndi ünvanında xx.xx.2021-ci il tarixdə ona məxsus fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadəyə görə hesablanmış borc məbləğidir. Belə ki, aşkar edilən qanun pozuntusu ilə bağlı mənzil daxili qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X4 pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, istehlakçının nümayəndəsi aktı imzalamaqla faktı təsdiq etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2021 -ci il tarixli tələbnaməsi ilə 8208 m3 (və ya 984.96 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri-qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Qeyd edilənləri nəzərə alaraq qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. 17 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə təxminən 00:00 radələrində İddiaçı yaşadığı evə aid qaz sayğacına onun və Şahid Məmmədovun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, G-4 tipli **********8 nömrəli sayğaca rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma olunmuşdur. Gecə vaxtı olduğundan iddiaçı oraya dəvət olunmamış, lakin özünə məxsus mobil telefonla çəkiliş aparılmışdır. 17 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə təxminən 00:00 radələrində İddiaçı yaşadığı evə aid qaz sayğacına onun və Vəfadar Ağayevin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, G-4 tipli **********8 nömrəli sayğaca rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma olunmuşdur. Gecə vaxtı olduğundan iddiaçı oraya dəvət olunmamış, aktda adları qeyd olunan Mehriban Həşimova və Ziyafət Mansurova həmin vaxtı orada olmamışlar. 17 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 22 dekabr 2021-ci il tarixdə səhər vaxtı işə gəldiyi vaxt ona məlum olmuşdur ki, İddiaçı yaşadığı evə aid qaz sayğacına Şahid Məmmədov və Vəfadar Ağayevin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı G-4 tipli **********8 nömrəli sayğaca rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma halı aşkar edilmişdir. O, həmin baxışda iştirak etməmiş, yalnız video görüntünü görmüş, buna görə də 22 dekabr 2021-ci il tarixdə aktı imzalamışdır. 22 dekabr 2021-ci il tarixdə iddiaçının yaşadığı evdə olmuş, həmin zaman tərtib edilmiş aktı iddiaçıya təqdim etmiş, sonuncu həmin vaxtı aktı imzalaqdan imtina etmişdir. İddiaçı yaşadığı evdə olan zaman sayğacda hər hansı qeyri-qanuni qoşulma görməmiş, çünki həmin rezin boru artıq sökülüb götürülmüşdür. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş X3 ilə Azəriqaz İB-nin X11 İstismar İdarəsi arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 19550 nömrəli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş 23 fevral 2022-ci il tarixli AZ-İİ seriyalı 251925 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 22 aprel 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş təbii X4 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, 21 dekabr 2021-ci il tarixdə gecə reydləri zamanı iddiaçıya məxsus G-4 tipli **********8 nömrəli sayğacdan kənar, rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma aşkar olunmuş, baxış zamanı istifadə olunan qaz işlədiciləri kimi PQ 3, 28 kv.m kombi müəyyən edilmiş, istehlakçının nümayəndəsi İddiaçı tərtib olunmuş aktı imza etməkdən imtina etmişdir. X14, Mehriban Həşimova, X8 Ağayev tərəfindən imzalanması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş dəymiş ziyanın bərpasına dair 22 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, 21 dekabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın bərası üçün dəymiş ziyan hesablanmış, 8208 m3 ziyan müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş 10 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, Azəriqaz İB tərəfindən iddiaçıya borc barədə bildiriş təqdim edilmiş, həmin bildirişdə bildirişin çap olunduğu tarixə ödənilməmiş 51.9 manat borcun olması, 20 dekabr 2021-ci il tarixdə son ödənilən məbləğin 86 manat olması öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş ödəniş terminalının foto görüntüsündən görünür ki, **********01350 abonent kodlu X1 **********8 nömrəli sayğac üzrə ödənilməmiş 1036,86 manat borcu mövcuddur. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş İddiaçı 24 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, o, təqdim edilmiş bildiriş və ödəniş terminalında yaranmış borcla bağlı ziddiyyətin aydınlaşdırılması üçün cavabdehə müraciət etmişdir. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş Zaqatala RQİİ-nin 28 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, 22 dekabr 2021-ci il tarixdə Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin nümayəndələri tərəfindən qaz sayğaclarına və qaz təsərrüfatına baxış keçirilən zaman iddiaçının yaşadığı ünvanda istismarda olan G-4 markalı, ********** nömrəli sonradan ödənişli qaz sayğacının giriş kranının arxa hissəsindən qeyri-qanuni olaraq qoşulma yolu ilə təbii qazdan istifadə edildiyi aşkar olunmuş, bu barədə müvafiq akt tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tətqiq edilmiş DVD diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, DVD diskdə əks olunmuş video görüntü 25 saniyə təşkil edir, video çəkiliş Balakən şəhəri, Ə.Əfəndiyev küçəsində aparılmış və həmin çəkilişin kim və ya kimlər tərəfindən aparılması müəyyən deyildir. Video çəkilişi aparan şəxs Qabil adlı şəxsdən sayğac nömrəsinin oxunmasını xahiş edir və videoda sayğaca qeyri-qanuni qoşulma öz əksini tapmır. Məhkəmə, tərəflərin izahatlarını və şahid İfadələrini dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda sadalanan əsaslara görə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X4 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz palayıcısı hesabına həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidlir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, 19 dekabr 2014-cü il tarixli müqavilə əsasında ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçının yaşadığı evi təbii qazla təmin etmiş, ilk iddia üzrə iddiaçı hər ay təqdim edilmiş hesaba uyğun istifadə etdiyi qazın dəyərini qazpaylayıcı ödəmişdir. Sonuncu dəfə 10 yanvar 2022-ci il tarixdə ilk iddai üzrə İddiaçı yaşadığı ünvana ilk iddia üzrə cavabdeh tərəfindən borc barədə bildiriş təqdim edilmiş, həmin bildirişdə bildirişin çap olunduğu tarixə ödənilməmiş 51.9 manat borcunun olması, 20 dekabr 2021-ci il tarixdə son ödənilən məbləğin 86 AZN olması öz əksini tapmışdır. İlk iddia üzrə iddiaçı təqdim edilmiş borcunun ödənişi üçün ödəniş terminalına daxil olduqda ona məlum olmuşdur ki, ilk iddia üzrə cavabdeh tərəfindən ona artıq borc hesablanmış, ilk iddia üzrə İddiaçı müraciəti əsasında onun barəsində aktın tərtib olunması barədə məlumat verilmiş, daha sonra 04 fevral 2022-ci il tarixdə mübahisə predmeti olan akt ilk iddia üzrə iddiaçıya təqdim olunmuşdur. Halbuki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X4 tələblərinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bununla yanaşı, şahid ifadələri ilə müəyyən edildiyi kimi, aktı imzaları ilə təsdiq edən Mehriban Həşimova və Ziyafət Mansurova akt tərtib edilərkən orada iştirak etməmiş, iddia olunan qeyri-qanuni qoşulmadan məlumatlı olmamışlar. Cavabdeh tərəfindən sübut qismində məhkəməyə təqdim edilən DVD disk də bir daha təsdiq edir ki, video çəkiliş ünvan 1ində deyil, Balakən şəhəri, Ə.Əfəndiyev küçəsində aparılmış, çəkiliş aparılan zaman orada Qabil adlı şəxs olmuşdur ki, həmin şəxs təbii X4 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunarkən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin faktiki halları ilə müəyyən edildiyi kimi, ikl iddia üzrə cavabdeh tərəfindən tərtib edilmiş aktın harada, hansı şəraitdə tərtib edilməsi qeyri-müəyyəndir. Həmin aktın iddiaçı tərəfindən imzalanmaqdan imtina edilməsi, aktın bir nüsxəsinin ona təqdim edilməsi qeyd olunsa da, həmin akt iddiaçının iştirakı ilə tərtib olunmamış, aktın bir nüsxəsi yalnız iddiaçının müraciəti əsasında 04 fevral 2022-ci il tarixdə ona təqdim olunmuşdur. Bundan başqa, həmin akt əsasında ilk iddia üzrə İddiaçı 22 dekabr 2021-ci il tarixdə 8208 kubmetr (984.96 manat) itirilmiş qazın hesablanması iddia olunsa da, 10 yanvar 2022-ci il tarixdə İddiaçı yaşadığı ünvana təqdim edilmiş bildirişdə ilk iddia üzrə iddiaçının ödənilməmiş 51.9 manat borcunun olması öz əksini tapmışdır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097ci maddələrinin tələblərindən görünür ki, şəxsin əməlində mülki hüquq pozuntusunun, yəni delikt məsuliyyətinin yaranması üçün şəxs ona iddia etdiyi məbləğdə zərərin vurulmasını, bu zərərin cavabdehin hüquqazidd əməli nəticəsndə vurulmasını, həmin zərərlə cavabdehin hüquqaziddd əməli arasnıda səbəbli əlaqənin olmasını və cavabdehin həmin zərərin vurulmasında təqsirli olmasını sübut etməlidir. Qanun normalarının məzmununa görə də şəxsin təqsiri Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, həmçinin Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə cinayət qaydasında, İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə inzibati xəta üzrə icraat qaydasında məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsində isə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Lakin iş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırki mübahisənin predmetini təşkil edən təbii qazın az miqdarda talanmasına görə İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməmiş və qaz təchizatına onun qeyri-qanuni qoşulma ilə sayğacdankənar 984.96 manat təbii qazı talaması və bu məbləğdə zərər vurmasında təqsiri müəyyən olunmamışdır. Eynilə İddiaçı təbii X4 pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən də İddiaçı İsayıl oğlunun sayğacdankənar qaz xəttinə qoşulması və təbii qazdan qeyri-qanuni istifadə nəticəsində 984.96 manat dəyərində təbii qazı talamasında təqsirli olmasını təsdiq edən hər hansı yekun məhkəmə qərarını və digər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yumumiyyətlə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən İddiaçı təbii qaz xəttinə qeyri-qanuni qoşulması, qanunazidd hərəkəti nəticəsində ona 8208 kub metr qaz itkisi olmaqla 984.96 manat məbləğində zərər vurulması, bu zərərlə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında onun təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, ilk iddia tələbinə etirazın və qarşılıqlı iddia tələbinin əsaslandırıldığı həmin hallar sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia iddia tələbinin və iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi müavafiq olaraq iddiaçının və cavabdehin üzərinə düşür. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İstehsalat Birdliyi tərəfindən İddiaçı 984.96 manat borc əsassız hesablanmışdır və əsassız olaraq da ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi ilk iddia üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi halları sübut etsə də, ilk iddia üzrə cavabdehin tərtib etdiyi aktın etibarlı olması iş materialları ilə təkzib olunur. Bu səbəbli ilk iddia tələbi təmin edilərək sözügedən akt əsasında hesablanmış itirilmiş qazın dəyəri silinməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 8.1, 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi, çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır və onlar bir-birini şərtləndirən və tamamlayan prinsiplərdir. Hüquq bərabərliyi prinsipi tərəflərə məhkəmə araşdırmasında bərabər hüquqi şərait yaradılmasını nəzərdə tutur. Məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək hüququ verir. Tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsi çəkişmə prinsipinin pozulmasına, eyni zamanda sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmiyyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb ola bilər. Sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, ilk iddia təmin edilməli, təbii X4 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında qaz sərfinə uyğun 8208 kubmetr itirilmiş qaza görə İddiaçı əsassız hesablanmış 984.96 manat borc silinməli, Cavabdeh İddiaçı itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 984.96 (doqquz yüz səksən dörd manat 96 qəpik) manatın İddiaçı alıanaraq ona ödənilməsi barədə qarşılıqlı iddiası isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPMnin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki ilk iddianın qaldırılması üçün ilk iddia üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə də ilk iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, ilk iddia üzrə Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilmədiyi üçün qarşılıqlı iddia üzrə ödənilmiş 31.24 (otuz bir manat 24 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Resublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia təmin edilsin. Təbii X4 pozulması haqqında 21 dekabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında qaz sərfinə uyğun 8208 kubmetr itirilmiş qaza görə İddiaçı əsassız hesablanmış 984.96 manat borc silinsin. İlk iddia üzrə Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş 31.24 (otuz bir manat 24 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-340/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-340/2022
17.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver