Məhkəmə qərarları › İş №e-2(019)-344/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-344/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-344/2022 25.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarına əsasən Balakən rayonu Hənifə kəndi ərazisindən 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin X14, X6, X12 və X10 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-0264 seriyalı Kod 40102018 olan Dövlət X1 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1986-cı ildə Balakən rayonunda anadan olmuşdur. X4, anası isə X6 olmuşdur. 23 mart 2006-cı ildə X19 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. X4 25 yanvar 2019-cu ildə ölmüşdür. Balakən rayonu Hənifə kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə X11 və ailə üzvlərinə 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1.28 ha torpaq sahəsinə JN 0264 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. X2 ölümündən sonra ondan miras qalmış əmlaka vərəsəlik işi açılmışdır. Lakin 1.28 ha torpaq sahəsinə JN 0264 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adı texniki səhv olaraq Aqilə əvəzinə Ayşə qeyd edilmişdir. Bu səbəbdən də Notariat Kontorunda miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Hazırki vəziyyətdə JN 0264 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adı texniki səhv olaraq Aqilə əvəzinə Ayşə qeyd edildiyinə və bu səhvin başqa qaydada aradan qaldırılması mümkün olmadığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qaynı arvadıdır. Aqilənin X4 , anası X6 olmuşlar. Ərizəçinin valideynlərinin hər ikisi ölmüşdür. Ərizəçinin 3 qardaşı, Aynurə adlı bir bacısı vardır. Onların ailəsində Ayşə adlı şəxs olmamışdır. Həqiqətən ərizəçinin adı Ayşə deyil, Aqilədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin 3 qardaşı və Aynurə adlı bir bacısı vardır.Onun Ayşə adında bacısı olmamışdır. Həqiqətən ərizəçinin adı Ayşə deyil, Aqilədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 0264, KOD 40102018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə X11, X3, X9 və X13 Balakən rayonu Hənifə kəndi ərazisindən 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Püştətala kənd soveti tərəfindən 26 dekabr 1986-cı-ci il tarixdə verilmiş JQ seriyalı 472982 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1986-cı doğulmuş, X4, anası X7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 mart 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 220388 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X15 arasında 23 mart 2006-cı ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Şirinova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 fevral 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 971456 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 25 yanvar 2019-cu il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 29 aprel 2022-ci il tarixli **********85 nömrəli məktubda göstərilmişdir ki, “Aqrar İslahat Komissiyasının qərarı ilə Sizə və ailə üzvlərinizə verilmiş torpaq sahələrinə dair JN-0264 nömrəli “Dövlət Aktı” sənədində düzəliş edərək mülkiyyətçilərin adının şəxsiyyət vəsiqəsinə uyğun qeyd olunaraq həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı məlumat veririk ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0264 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbül edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin,habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarını ərizəyə əlavə edərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdı.” Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə X11, X3, X9 və X13 Balakən rayonu Hənifə kəndində yerləşən 1.28 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara verilmiş JN 0264 KOD 40102018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi adı səhvən “Ayşə”, yazılmışdır. Ərizəçi mülkiyyətlərində olan torpaq sahəsinə müvafiq sənəd almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 18 saylı Zaqatala Ərazi İdarəsi sözügedən uyğunsuzluğa görə qeydiyyat aparmaqdan imtina etmişdir. Həmin düzəlişin başqa qaydada aparılması mümkün olmadığından ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti,hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd hesab edilən JN-0264, kod 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-0264 seriyalı Kod 40102018 olan Dövlət X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar