Məhkəmə qərarları › İş №e-2(019)-347/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-347/2024

05.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-347/2024 05.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın onu qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakların-Balakən rayonu Talalar kəndində yerləşən 0.1919 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124.30 kv/m torpaq sahəsinin vəsiyyətnamə üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan ona tam hissədə pay müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakların-Balakən rayonu Talalar kəndində yerləşən 0.1919 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124.30 kv/m fərdi yaşayış evinin vəsiyyətnamə üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan İddiaçı tam hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. X3, X6 olmuşdur. Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən Balakən rayonu Talalar kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6nın mülkiyyətinə verilmiş, onlara bu barədə hüquqmüəyyənedici sənədlər verilmişdir. 0.20 ha həyətyanı və 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri bir-birinə bitişik yerləşməklə hər tərəfi hasara alınmışdır. X2 məxsus olan 0.20 ha həyətyanı torpaq sahəsində 1966-cı ildə tikilmiş, ümumi sahəsi 124 kv/m-dən ibarət fərdi yaşayış evi vardır. X6 xx.xx.2007-ci ildə ölmüşdür. Anasının ölümündən sonra ondan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsində 1966cı ildə tikilmiş ümumi sahəsi 124 kvm-dən ibarət fərdi yaşayış evində o, ailə üzvlərilə birlikdə yaşayır. xx.xx.2001-ci ildə anası X1 rayonu Talalar kənd İnzibati Ərazi Dairəsində vəsiyyətnamə tərtib edərək ona məxsus olan yaşayış evini, mal damını və torpağını ona vəsiyyət etmiş, digər vərəsələrini isə vərəsəlik hüququndan məhrum etmişdir. Həmin vəsiyyətnamə Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsində 135 nömrə ilə reyestrdə qeydə alınmış, dövlət rüsumu tutulmuşdur. Həmin vəsiyyətnamə hazırda qüvvədədir. xx.xx.2023-cü il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakın vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsini xahiş etmişdir. Lakin Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Səbuhi Məmmədov xx.xx.2023-cü il tarixli 2114 saylı arayış təqdim edərək göstərmişdir ki, o və Cavabdeh həqiqətən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2007-ci il tarixdə vəfat etmiş X10 vərəsəsidir (vərəsələr arasında miras payla bağlı mübahisə olduğundan miras əmlakda pay nisbəti müəyyən edilməmişdir). Bundan əlavə bildirir ki, İddiaçı X19 tərəfindən Balakən rayonu Talalar kənd İcra Nümayəndəliyində xx.xx.2001-ci il tarixdə 2V-135 reyestr nömrəsi ilə vəsiyyətnamə qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Digər qardaş və bacıları olan X12, X4 və X7 xx.xx.2024-cü il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə ərizə vermiş və ərizədə aşağıdakıları göstərmişlər: “xx.xx.2007-ci il tarixdə vəfat etmiş X19 tərəfindən vəsiyyətnamə qoyulmuşdur. Bu səbəbdən bizim mərhum anamızdan qalmış mirasa dair məcburi pay almaq hüququmuz yaranmışdır. Lakin biz X13 məxsus olan mirasın qəbulu ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə ərizə ilə müraciət etməmişik. Həmçinin nəzərinizə çatdırırıq ki, miras toplusuna daxil olan əmlaka sahiblik və ya əmlakın idarə edilməsində heç bir iştirakımız olmamışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin mirası qəbul edən digər vərəsələrin adına resmiləşdirilməsinə etiraz etmirik”. Hesab edir ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlak onu yeganə qəbul etdiyinə, mərhumun ona vəsiyyət qoyduğuna, digər vərəsələri vərəsəlik hüququndan məhrum etdiyinə, digər pay almaq hüququ olan vərəsələrin məcburi paydan imtina etdiklərinə görə, belə olan halda, onların payının vəsiyyət üzrə vərəsəyə keçdiyinə görə vəsiyyət üzrə vərəsəlik qaydası tətbiq edilməklə tam həcmdə mirasdan pay almalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, xx.xx.1953-cü ildə anadan olmuşdur. X3, X6 olmuşdur. Valideynlərinin Balakən rayonu Talalar kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. O, həmin evdə doğulmuş, son bir ilə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Atası hələ öz sağlığında əmlakını uşaqları arasında bölmüş, hamının payını göstərmişdir. O da atasının verdiyi otaqda ailəsi ilə yaşamışdır. Bir il olar ki, iddiaçı Cavabdeh onu həmin evdən çıxartmış və onun o evdə yaşamasına imkan vermir.Bu səbəbədən məcbur olub bir ildir ki, qeyri-yaşayış sahəsində qalır. O da anasının vərəsəsidir və onun da payı verilməlidir. Ümumiyyətlə anasının Nadir, Rəşid, Vaqif, Nəzakət, Patma və Ədalət adlı altı övladı vardır. O, payının verilməsini tələb edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X7, X25, X4 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 yanvar 2022-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/69-75 nömrəli arayışdan görünür ki, X16 və X21 22 avqust 1952-ci il tarixdə rəsmi nikah bağlamışlar, onların nikahı Balakən Rayon Qeydiyyat Şöbəsində 39 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayonu Talalar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuş, X3, X6 yazılmışdlır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 1955-ci ildə anadan olmuş, X3, X6 yazılmışdlır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 05 noyabr 2023-cü il tarixli 2114 nömrəli məktubda göstərilmişdir ki: “İddiaçı və Cavabdeh həqiqətən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2007-ci il tarixdə vəfat etmiş X10 vərəsəsidir (vərəsələr arasında miras payla bağlı mübahisə olduğundan miras əmlakda pay nisbəti müəyyən edilməmişdir).Bundan əlavə bildiririk ki, İddiaçı X19 tərəfindən Balakən rayonu Talalar kənd İcra Nümayəndəliyində xx.xx.2001-ci il tarixdə 2V-135 reyestr nömrəsi ilə vəsiyyətnamə qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Talalar kəndində 0.1919 ha torpaq sahəsində yerləşən 124.3 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********46-10301 olan, 1777 qeydiyyat nömrəli 22 sentyabr 2023-cü il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evi X9 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 dekabr 2001-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X18 yaşayış evini, mal damını və torpağını oğlu İddiaçı vəsiyyət etmiş, qalan bütün vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 08 yanvar 2007-cı ildə verilmiş AZ-İ seriyalı 226262 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2007-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 27 yanvar 2022-ci ildə verilmiş AZ-İİ seriyalı 135731 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X12, X5 və X7 tərəfindən Notariat ofisinə verilmiş ərizədə (**********565) göstərilir: “yazıb sizə bildiririk ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X19 tərəfindən vəsiyyətnamə qoyulmuşdur Bu səbəbdən bizim mərhum anamızdan qalmış mirasa dair məcburi pay almaq hüququmuz yaranmışdır. Lakin biz X13 məxsus olan mirasın qəbulu ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə ərizə ilə müraciət etməmişik. Həmçinin nəzərinizə çatdırırıq ki,miras toplusuna daxil olan əmlaka sahiblik və ya əmlakın idarə edilməsində heç bir iştirakımız olmamışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin mirası qəbul edən digər vərəsələrin adına rəsmiləşdirilməsinə etiraz etmirik. Qeyd: Azərbaycan Respublikası "Notariat haqqında" Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən Notariat ofisinə verilmiş ərizədə (**********072) göstərilir: “yazıb sizə bildiririk ki, Balakən rayonu Talalar kəndində yaşamış və xx.xx.2007-ci il tarixdə vəfat etmiş anam X8 miras qalmış əmlaklara (torpaq sahəsi, fərdi yaşayış evi və s.) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verəsiniz. Qeyd: Azərbaycan Respublikası "Notariat haqqında" Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1020 nömrəli arayışda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.2023-cü il, reyestr nömrəsi **********46-10301 qeydiyyat nömrəsi ********** olan sənədinə əsasən Balakən rayonu Talalar kəndində yerləşən 0.1919 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tam X11 məxsusdur. Həmin evdə Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 3 N-li təsərrüfat başına kitabın 119 nömrəli səhifəsində 221 nömrəli təsərrüfatda aşağıdakı şəxslərin qeydiyyatda olması haqqında məlumat aşkar olundu: İddiaçı, X22, X26, X32, X33 və X29. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 68 nömrəli arayışda göstərilmişdir ki, X18 vəfat etdiyi 07 yanvar 2007-ci il tarixdə Balaxan rayonu Talalar kəndində qeydiyyatda olmuş və X16, İddiaçı, Cavabdeh, X12, X5 və X7 adlı vərəsələri vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivi 25 fevral 2022-ci il tarixli 67 nömrəli arxiv arayışında göstərilmişdir ki, Balakən rayonu Talalar kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən: 1991 -1995-ci illər üzrə

1. X16— A/başçısı (1927.azərb.) adının üstündən xətt çəkilib. 26.01.96-cı ildə vəfat edib.

2. X18—-arvadı (1929,azərb.) 3.Cavabdeh—-oğlu (xx.xx.1952,azərb.) 243 №-li təsərrüfata keçib. Evin ümumi sahəsi-—70 kv.metr, o cümlədən yaşayış sahəsi—-65 kv.metr. (cəmi torpaq sahəsi--- 0,20 hektarın yüzdə biri ilə Qeyd: Birinci yazılan təsərrüfat üzvünün Tam familiyası, adı, atasının adı yazilan qrafada Soltanəziz Oruc oğlunun üstündən xətt çəkilib. Pərizat Həmid qızı yazılıb. 1996-2000-ci illər üzrə: İ.X18—-A/başçısı( 1929.azərb.) Evin ümumi sahəsi-—70 kv.metr.o cümlədən yasayış sahəsi-- 65 kv.meir. ( cəmi torpaq sahəsi--- 0,20 / hektarın yüzdə biri ilə / O cümlədən xüsusi mülkiyvətdə— 1999- 2000-ci illərdə—0,25 hektarın yüzdə biri ilə 1996-2000-ci illər üzrə 1 .Cavabdeh Sollanəziz oğlu— A/başçısı(xx.xx.1955,azərb.) adının üsiündən xətt çəkilib,26.01.94-cü ildə Sanki Peterbe gedib. Evin tikildiyi il --qeyd edilməyib. Cəmi torpaq sahəsi--- qeyd edilməyib. 2001-2005-ci illər üzrə 1 .X23— A/başçısı (1929,azərb. ) 2. Cavabdeh— A/başçısı(xx.xx.1955,azərb.) 3.X27— qızı(xx.xx.1970.azərb. ) 4. X34--oğlu(xx.xx.2001 .azərb. ) Evin tikildiyi il— 1966-cı il. Evin ümumi sahəsi— 70 kv.metr, o cümlədən yaşayış sahəsi— 65 kv.melr. Cəmi torpaq sahəsi — 2001-2004-cü illərdə-—0.25 hektarın yüzdə biri ilə 2006-2010-cu illər üzrə

1. X18— A/başçısı (1929.azərb.) adının üstündən xətt çəkilib.07.01,2007-ci ildə vəfat edib. 2. Cavabdeh— A/başçısi (xx.xx.1953,azərb.) 3. X27— qızı (xx.xx.1970.azərb. ) 4. X34-oğlu( xx.xx.2001 .azərb. ) Evin tikildiyi il— 1966-cı il. evin ümumi sahəsi— 70 kv.metr,o cümlədən vaşayış sahəsi—-65 kv.metr. Təsərrüfatın mülkiyyətində və sahibliyində— 0.45 hektarın yüzdə biri ilə Fond № 68. Siyahı №1/1 ,Sax.vahidi № 271,308.334,340.Səhifə № 10.55,58.49.53. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 228F KOD 40113018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində 0,19 ha yaşayış məntəqələrinin torpaqları X9 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-31-2/33-3645/24 nömrəli məktubunda göstərilir ki, xx.xx.1953-cı il təvəllüdlü Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2006 Çıxış, xx.xx.2007 Giriş, xx.xx.2009 Çıxış, xx.xx.2011 Giriş, xx.xx.2012 Çıxış, xx.xx.2012 Giriş, xx.xx.2012 Çıxış, xx.xx.2013 Giriş, xx.xx.2013 Çıxış, xx.xx.2013 Giriş. Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, X3, X6 olmuşdur. X9 Nadir, Rəşid, Vaqif, Nəzakət, Patma və Ədalət adlı altı övladı olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən X9 mülkiyyətinə Balakən rayonu Talalar kəndində yerləşən 0,1919 ha həyətyanı torpaq sahəsi verilmişdir. X11 məxsus olan 0.1919 ha həyətyanı torpaq sahəsində 1966-cı ildə tikilmiş ümumi sahəsi 124,3 kvm-dən ibarət fərdi yaşayış evi vardır. X18 xx.xx.2001-ci ildə Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsində vəsiyyətnamə tərtib edərək özünün mülkiyyətində olan yaşayış evini, mal damını və torpağını oğlu- İddiaçı vəsiyyət etmiş, digər vərəsələrini isə vərəsəlik hüququndan məhrum etmişdir. Həmin vəsiyyətnamə Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsində 135 nömrə ilə reyestrdə qeydə alınmış, dövlət rüsumu tutulmuşdur. Vəsiyyətnamə keçən müddət ərzində ləğv edilməmiş, dəyişdirilməmişdir, hazırda da qüvvədədir. X18 xx.xx.2007-ci ildə ölmüşdür. X9 ölümündən sonra, ondan miras qalmış həyətyanı torpaq sahəsində və fərdi yaşayış evində İddiaçı və Cavabdeh ailə üzvlərilə birlikdə yaşamışlar. Təsərrüfat başına kitabda ailə başçısı olaraq Cavabdeh qeyd edilmişdir. Vərəsələr-Vaqif, Nəzakət, Patma və Ədalət miras əmlakdan pay tələb etmirlər. İddiaçı xx.xx.2023-cü il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakın vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsini xahiş etmişdir. Lakin vərəsələr İddiaçı və Cavabdeh arasında miras əmlakla bağlı mübahisə olmasına əsaslanaraq vərəsəlik işi açmaqdan imtina etmiş, məhkəməyə müraciət etmələri izah olunmuşdur. Bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə yğunluğunun yoxlanılmasına dair 20 oktyabr 2011-ci tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Beləliklə, vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair16 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin halarını, İddiaçılə Cavabdeh X6nın mülkiyyətində Balakən rayonu Talalar kəndində 0.1919 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1966-cı ildə inşa olunmuş, ümumi sahəsi 124,3 kvm-dən ibarət fərdi yaşayış evi olmasını, X9 xx.xx.2001-ci ildə Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsində vəsiyyətnamə tərtib edərək özünün mülkiyyətində olan həmin torpaq sahəsini və fərdi yaşayış evini oğlu- İddiaçı vəsiyyət etməsini, vəsiyyətnamənin keçən müddət ərzində ləğv edilməməsini və ya dəyişdirilməməsini, hazırda da qüvvədə olmasını, X9 xx.xx.2007-ci ildə ölməsini, X9 ölümündən sonra, ondan Balakən rayonu Talalar kəndində yerləşən 0.1919 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 124,3 kvm-dən ibarət fərdi yaşayış evinin miras qalmasını, X28, Rəşid, Vaqif, Nəzakət, Patma və Ədalət adlı altı vərəsəsi olmasını, Pərizat Balayeva öləndən sonra miras əmlakdan İddiaçı və Cavabdeh sahiblik etməklə istifadə etmələrini, bununla da onların mirası faktiki qəbul etmələrini, təsərrüfat başına kitabda ailə başçısı olaraq Cavabdeh qeyd edilməsini, miras əmlakın bölgüsü ilə bağlı onlar arasında mübahisə olmasını, digər vərəsələr - Vaqif, Nəzakət, Patma və Ədalətin mirası qəbul etməmələrini, onların mirasdan pay da tələb etmədiklərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, xx.xx.2007-ci ildə ölmüş X8 miras qalmış, Balakən rayonu Talalar kəndində yerləşən 0.1919 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 124.30 kvm fərdi yaşayış evindən mirası qəbul etmiş vərəsələr- İddiaçı vəsiyyət üzrə payı və Cavabdeh məcburi payı müəyyən edilməli, miras əmlak olan 0.1919 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 124.30 kvm fərdi yaşayış evinin 11/12 hissəsi İddiaçı, 1/12 hissəsi Cavabdeh mülkiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərcinin 50 manatı Cavabdeh tutulub İddiaçı verilməli, 50 manat iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2007-ci ildə ölmüş X8 miras qalmış, Balakən rayonu Talalar kəndində yerləşən 0.1919 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 124.30 kvm fərdi yaşayış evindən mirası qəbul etmiş vərəsələr- İddiaçı vəsiyyət üzrə payı və Cavabdeh məcburi payı müəyyən edilsin; miras əmlak olan 0.1919 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 124.30 kvm fərdi yaşayış evinin 11/12 hissəsi İddiaçı, 1/12 hissəsi Cavabdeh mülkiyyətinə verilsin; iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı Cavabdeh tutulub İddiaçı verilsin, 50 manat iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar