Məhkəmə qərarları › İş №e-2(019)-351/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-351/2024

13.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-351/2024 13.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “Asan Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN - 221A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı və JN-1224 nömrəli (kod: ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X6 məxsus payı üzərində İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X10 26 yanvar 1957-ci il tarixdə mərhum anası X14 ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Bayramova” soyadı verilmişdir. Həmin nikahdan onların 4 övladı - xx xxxxxx 1957ci il tarixdə Cavabdeh1, 15 oktyabr 1959-cu il tarixdə X11, xx xxxxx 1962-ci il tarixdə Cavabdeh2 və xx xxxxxx 1965-ci il tarixdə İddiaçı adlı uşaqları doğulmuşdur. İddiaçının anası X12 13 dekabr 1992-ci il tarixdə, atası X10 11 noyabr 1996-cı il tarixdə, qardaşı X11 isə 25 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-221A nömrəli (kod: ********) şəhadətnaməyə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi iddiaçının atası X10 və qardaşı X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN -1224 nömrəli (kod: ********) dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının atası X10 və qardaşı X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Mübahisəli həyətyanı torpaq sahəsində 1987-ci il tarixdə inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə dair iddiaçının adına 2005-ci il tarixdə keçmiş Balakən rayon DTİİ tərəfindən 206 inventar nömrəli texniki pasport hazırlanmışdır. X1 vəfatından sonra iddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq idarə etmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamış, mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə yaranmışdır. Halbuki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun illərdir ki, Azərbaycan Respublikasından kənarda yaşamaqla miras əmlakın faktiki olaraq qəbul etməmişlər. İddiaçı miras payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 rəsmi müraciət etmiş, sonuncu 04 fevral 2024-cü il tarixli, 178 nömrəli məktubla miras payının bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisənin olmasını əsas gətirərək bundan imtina etmişdir. İddiaçının mülkiyyət (vərəsəlik) hüququ qanunsuz və əsassız məhdudlaşdırıldığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X18 Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayon Hənifə kənd soveti tərəfindən 26 yanvar 1967-ci il tarixdə verilmiş İ-İE seriyalı 044607 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X14 arasında xx.xx.1957-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Bayramova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd icra nümayəndəliyi tərəfindən 16 dekabr 1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı 341454 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 13 dekabr 1992-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən14 fevral 2020-ci il tarixdə verilmiş 200 nömrəli doğum haqqında arayışdan görünür ki, X11 15 oktyabr 1959-cü ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 sentyabr 2022-ci il tarixdə verilmiş PZ-İ seriyalı 565868 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11 noyabr 1996-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Rostov-Don ş.Administrasiyasının şəhər (Kirovsk) VVAQ şöbəsi tərəfindən 29 may 2020-ci il tarixdə verilmiş İV-A seriyalı 885975 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 25 aprel 2018-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, keçmiş Balakən rayonu Qazma soveti tərəfindən 13 fevral 1965-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə anadan olmuş, atası X10, anası X12 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-221A KOD 40102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən X9 və X6 Balakən rayonu Hənifə kəndi ərazisindən 0.019 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1224 KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən X9 və X6 Balakən rayonu Hənifə kəndi ərazisindən 0.66 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportundan görünür ki, 2005-ci ilin iyul ayında Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evinə görə İddiaçı adına texniki pasport işlənmişdir. Məhkəmə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə izahatını dinləyib ,iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mərhum atası X10 26 yanvar 1957-ci ildə mərhum anası X14 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 1957-ci il tarixdə Cavabdeh1, 15 oktyabr 1959-cu il tarixdə X11, xx xxxxx 1962-ci il tarixdə Cavabdeh2 və xx xxxxxx 1965-ci il tarixdə İddiaçı adlı uşaqları doğulmuşdur. İddiaçının anası X12 13 dekabr 1992-ci il tarixdə, atası X10 11 noyabr 1996-cı il tarixdə, qardaşı X11 isə 25 aprel 2018-ci il tarixdə ölmüşlər. İddiaçının mərhum atası X3, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, onun və oğlu X7 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsindən özünə aid payı və JN -1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən oğlu X11 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə aid payı miras qalmışdır. İddiaçı 2024-cü ilin fevral ayında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 müraciət etmiş, sonuncu 04 fevral 2024-cü il tarixli, 178 nömrəli məktubla miras payının bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisənin olmasına əsaslanaraq şəhadətnamə verməkdən imtina etmişdir. İddiaçı bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı JN - 221A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı və JN-1224 nömrəli (kod: ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum atası X6 məxsus payı üzərində miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Miras qoyan X10 11 noyabr 1996-cı il tarixdə ölmüşdür. Həmin vaxt vərəsəlik münasibətləri 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi ilə tənzimlənmişdir. Sözügedən Mülki Məcəllənin 527-ci maddəsində göstərilirdi ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilir ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəcəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, vərəsə miras əmlakdan pay əldə etməsi üçün mirası qəbul etməlidir. Mirasın qəbulu, mirasın açıldığı gündən 6 ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə mirası qəbul edilə bilərdi. İddiaçı atasının ölümündən, yəni 11 noyabr 1996-cı ildən sonra 6 ay ərzində -12 may 1997-ci il tarixə kimi olan müddətdə mirası qəbul etməsinə dair heç bir sübutu məhkəməyə təqim edə bilməmişdir. Hazırkı işdə miras 11 noyabr 1996-cı ildə açıldığından və iddia ərizəsi 26 dekabr 2023cü ildən sonra – 13 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları da tətbiq oluna bilməz. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı mərhum atası X3 qalan mirası qəbul etmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “Asan Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “Asan Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar