Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-391/2025 04.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 35W CHARGER, CASE, İMEİ KODU **********01551 SAMSUNG GALAXY A15 markalı telefon üçün 615.24 (altı yüz on beş manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 184.57 (yüz səksən dörd manat, 57 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, VİNİL ŞƏFFAF 2 ədəd, İmei kod **********21119 VİVO Y33S markalı telefon üçün 462.40 (dörd yüz altmış iki manat, 40 qəpik) manat ödənilməmiş hissə, 138.72 (yüz otuz səkkiz manat, 72 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, COMPACT CHARGER, CASE, HD GLASS, İmei kod **********79052 SAMSUNG GALAXY A05 markalı telefon üçün, 440.90 (dörd yüz qırx manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 132.27 (yüz otuz iki manat, 27 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********79125 XİAOMİ REDMİ A3 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 105.30 (yüz beş manat, 30 qəpik) manat cəriməümumilikdə 2501.20 manat borc və 45.02 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 35W CHARGER, CASE, İMEİ KODU **********01551 SAMSUNG GALAXY A15 markalı telefon, VİNİL ŞƏFFAF 2 ədəd, İmei kod **********21119 VİVO Y33S markalı telefon, COMPACT CHARGER, CASE, HD GLASS, İmei kod **********79052 SAMSUNG GALAXY A05 markalı telefon, İmei kod **********79125 XİAOMİ REDMİ A3 markalı telefon almış və nəticədə 2501.20 (iki min beş yüz bir manat, 20 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 615.24 (altı yüz on beş manat, 24 qəpik) manat (18 ay x 34.18 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG35W CHARGER,CASE,İMEİ KODU **********01551 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə 823.41 (səkkiz yüz iyirmi üç manat, 41 qəpik) manat olmaqla ondan, 615.24 (altı yüz on beş manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 184.57 (yüz səksən dörd manat, 57 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 512.46 (beş yüz o iki manat, 46 qəpik) manat (18 ay x 28.47 manat + 0 manat ilkin ödəniş) olan VİNİL ŞƏFFAF 2 ədəd, İmei kod **********21119 VİVO Y33S markalı telefon üçün ümumilikdə 601.12 (altı yüz bir manat, 12 qəpik) manat olmaqla ondan, 462.40 (dörd yüz altmış iki manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.72 (yüz otuz səkkiz manat, 72 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480.96 (dörd yüz səksən manat, 96 qəpik) manat (12 ay x 40.08 manat + 0 manat ilkin ödəniş) olan COMPACT CHARGER, CASE, HD GLASS, İmei kod **********79052 SAMSUNG GALAXY A05 markalı telefon üçün ümumilikdə, 596.77 (beş yüz doxsan altı manat, 77 qəpik) manat olmaqla ondan, 440.90 (dörd yüz qırx manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 132.27 (yüz otuz iki manat, 27 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 383.04 (üç yüz səksən üç manat, 04 qəpik) manat (12 ay x 31.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79125 XİAOMİ REDMİ A3 markalı telefon üçün ümumilikdə, 479.90 (dörd yüz yetmiş doqquz manat, 90 qəpik) manat olmaqla ondan, 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 105.30 (yüz beş manat, 30 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 122.16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 10 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 11 fevral 2025-ci il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 14 fevral 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 03996710 nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı qiyməti 615.24 manat olan SAMSUNG 35W CHARGER, CASE,İMEİ KODU **********01551 SAMSUNG GALAXY A15 markalı telefon 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 03996710 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 34.18 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 03987859 nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı qiyməti 512.41 manat olan VİNİL ŞƏFFAF 2 ədəd, İmei kod **********21119 VİVO Y33S markalı telefon 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 03987859 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 28.47 manat ödəməyi öhdəsinə götürmüşdür.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 13728325 nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı qiyməti 480.95 manat olan olan COMPACT CHARGER, CASE, HD GLASS, İmei kod **********79052 SAMSUNG GALAXY A05 markalı telefon 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 13728325 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 40.08 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 11681908 nömrəli müqavilədən görünür ki,Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı qiyməti 383.03 manat olan olan olan İmei kod **********79125 XİAOMİ REDMİ A3 markalı telefon 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 11681908 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 31.92 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 35W CHARGER , CASE, İMEİ KODU **********01551 SAMSUNG GALAXY A15 markalı telefon, VİNİL ŞƏFFAF 2 ədəd, İmei kod **********21119 VİVO Y33S markalı telefon, COMPACT CHARGER, CASE, HD GLASS, İmei kod **********79052 SAMSUNG GALAXY A05 markalı telefon, İmei kod **********79125 XİAOMİ REDMİ A3 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 615.24 (altı yüz on beş manat, 24 qəpik) manat (18 ay x 34.18 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 35W CHARGER , CASE, İMEİ KODU **********01551 SAMSUNG GALAXY A15 markalı telefon üçün 615.24 (altı yüz on beş manat, 24 qəpik) manat ödənilməmiş hissə və İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum olmaqla borc yaranmış, 184.57 (yüz səksən dörd manat, 57 qəpik) manat cərimə hesablanmışdır; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 512.41 (beş yüz on iki manat, 41 qəpik) manat (18 ay x 28.47 manat + 0 manat ilkin ödəniş) olan VİNİL ŞƏFFAF 2 ədəd, İmei kod **********21119 VİVO Y33S markalı telefon üçün 462.40 (dörd yüz altmış iki manat, 40 qəpik) manat hissə ödənilməmiş, 138.72 (yüz otuz səkkiz manat, 72 qəpik) manat cərimə hesablanmışdır; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480.96 (dörd yüz səksən manat, 96 qəpik) manat (12 ay x 40.08 manat + 0 manat ilkin ödəniş) olan COMPACT CHARGER, CASE, HD GLASS, İmei kod **********79052 SAMSUNG GALAXY A05 markalı telefon üçün 440.90 (dörd yüz qırx manat, 90 qəpik) manat ödənilməmiş hissə və İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum olmaqla borc yaranmış, 132.27 (yüz otuz iki manat, 27 qəpik) manat cərimə hesablanmışdır; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 383.04 (üç yüz səksən üç manat, 04 qəpik) manat (12 ay x 31.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79125 XİAOMİ REDMİ A3 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə və İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum olmaqla borc yaranmış, 105.30 (yüz beş manat, 30 qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 122.16 manat təşkil edir. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2024-cü il tarixli 03996710 nömrəli müqavilə üzrə 13 manat, xx.xx.2024cü il tarixli 03987859 nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli 11681908 nömrəli müqavilə üzrə 08 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 03996710 nömrəli müqavilə üzrə 615.24 manat əsas borc, 23.6 (iyirmi üç manat, 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 13 manat cərimə, xx.xx.2024-cü il tarixli 03987859 nömrəli müqavilə üzrə 462.40 manat əsas,10 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 440.90 manat əsas, 23.6 (iyirmi üç manat, 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 11681908 nömrəli müqavilə üzrə 351 manat əsas, 23.6 (iyirmi üç manat, 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 08 manat cərimə borcu olmaqla, cəmi 1981.34 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 45.02 manatın 35,57 manatı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 03996710 nömrəli müqavilə üzrə 615.24 manat əsas borc, 23.6 (iyirmi üç manat, 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 13 manat cərimə, xx.xx.2024-cü il tarixli 03987859 nömrəli müqavilə üzrə 462.40 manat əsas, 10 manat cərimə , xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 440.90 manat əsas, 23.6 (iyirmi üç manat, 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 11681908 nömrəli müqavilə üzrə 351 manat əsas, 23.6 (iyirmi üç manat, 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 08 manat cərimə borcu olmaqla, cəmi 1981.34 manat borc və ödənmiş dövlət rüsumuna görə 35,57 manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənsin.İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-391/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-391/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver