Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-396/2024 24.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk və Cavabdeh İddiaçınə qarşı cərimə borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən rayonu Katex kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 10.85 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2084.45 (iki min səksən dörd manat 45 qəpik) manat borcun, əvvəlcədən ödənilmiş 40.85 (qırx manat 85 qəpik) manat dövlət rüsumun və 0.40 (40 qəpik) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2125.70 (iki min bir yüz iyirmi beş manat 70 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh qarşı ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən 12 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış və **********03500 saylı abonent koduna vurulmuş 2073.60 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsininin 24 oktyabr 2024-cü il tarixli e-2-(019)-396/2024 nömrəli qərardadına əsasən Cavabdeh iddiaçı“X1rşı cərimə borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Socar İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin X4 istismarı İdarəsinin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Katex kəndində Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********03500 saylı qaz hesabında ödənilməmiş 2084.45 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir.Tələb olunan borcun 10.85 manat hissəsi sayğac göstəricisinə və 2073.60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 10.85 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı 11466868 nömrəli sayğacın 4801 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2073.60 manat həcmindəki borc Cavabdeh yaşadığı Balakən rayonu Katex kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir.Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİninxx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m (və ya 2073.60 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı Socar İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək baxış iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi, onun borcun silinməsi tələbinə dair iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4cü maddələrinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 29 oktyabr 2014-cü il tarixli Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 4026 nömrəli müqavilədən görünür ki, X4 İstismarı İdarəsi ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 yanvar 2024-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacına qeyri-qanuni qoşulma, sayğacdan kənar xətt aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair 15 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi cəmi 17280 kub/metr hesablanmışdır. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi vardır. Cavabdeh İddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında evində G4E markalı məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Onun sayğac göstəricisi üzrə 10.85 manat borcu yaranmış, ona əlavə olaraq təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı 2073.60 manat borcu hesablanmışdır. Cavabdeh borcu ödəmədiyindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, iddiaçının tələb etdiyi 10.85 manat borcun sayğac göstəricisi üzrə yaranmasını, qalan 2073.60 manat borcun təbii qazdan qeyri qanuni istifadə edilməsi (qeyri qanuni qoşulma) ilə bağlı aparılmış hesabata görə hesablanmasını, İddiaçı Cavabdeh qanunsuz qoşulması barədə akt tərtib etməsi, bu aktın bir nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və ya cinayət təqibi üçün cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə heç bir sübut təqdim etməməsini, belə olan halda Cavabdeh 17280 kub/metr qazın istehlakına görə təqsirli hesab oluna bilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 2073.60 manat borca aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 manat 85 qəpik tutularaq İddiaçı xeyrinə ödənilməlidir.İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 manat 85 qəpik tutularaq İddiaçı xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-396/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-396/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver