Məhkəmə qərarları › İş №e-2(019)-397/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-397/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-397/2024 08.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı4,İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlunun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlunun Cavabdeh qarşı cavabdehlə aralarında 11 mart 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə JN-408 kod 40107018 saylı Dövlət Aktı ilə Cavabdeh və onun ailə üzvləri X11, X21 və X16 mülkiyyətinə verilmiş 0.57 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin JN- 408 W planşetinin 4715.86 kv.m Çor-Çorbinə adlanan ərazidə yerləşən hissəsinin mərhum ataları X8 ilə aralarında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin (iltizamın) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlu iddia tələbini onunla əsaslandırmışlar ki,onlar mərhum ataları X6 vərəsələridirlər. 11 mart 2004-cü ildə Balakən rayonu Qullar kənd sakini Cavabdeh Ahhacı oğlu özünə və ailəsinə məxsus 408 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə kəndin Çör-Çorbinə adlı ərazisindən verilmiş 0.47 ha pay torpaq sahəsini, ailə üzvlərinin razılığı ilə mərhum ataları X1. Cavabdeh texniki sənədlər hazırlanıb notariat kontorunda təsdiq edilənə qədər torpağın dəyəri olaraq İddiaçı1 nağd olaraq, 770 (yeddi yüz yetmiş) manat pulu almışdır. Bu barədə iltizam yazılmış və imzası ilə təsdiq etmişdir. Həmin alqı-satqı aktı (iltizam) Balakən rayon Qullar Bələdiyyəsində təsdiq edilmiş, ştamp və möhürlə təsdiqlənmişdir. 11 mart 2004-cü ildən həmin torpaq sahəsi onların atalarının istifadəsində olmuş, həmin torpaq sahəsindən etirazsız və etinasız istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə ataları vəfat etmiş və onlar həmin torpaq sahəsindən indiyə kimi istifadə edirlər. Dəfələrlə mərhum ataları və sonra da vərəsə olaraq onlar həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədləşmə işinin aparılması ilə bağlı Cavabdeh Ahhacı oğlunu notariat orqanına dəvət etsələr də, Cavabdeh Ahhacı oğlu müxtəlif bəhanələrlə notariat orqanına gəlməkdən boyun qaçırır. Odur ki,alqı-satqı aktının (iltizam) etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlunun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh,mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X20 və X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-408 KOD 40107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh, X9, X17 və X16 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən imzalanmış 11 mart 2024-cü il tarixli 31 nömrəli iltizamda göstərilir ki, “Mən Balakən rayonu Qullar kənd sakini Cavabdeh verirəm həmin iltizamı ondan ötrü ki,mənim ailəmə 408 saylı dövlət aktı ilə kəndin çor-çorbinə adlı ərazisindən verilmiş 0.47 hekar pay torpaq sahəsini ailə üzvlərimin razılığı ilə Qullar kənd sakini X4.Texniki sənədlər hazırlanıb notariat kontorunda təsdiq edilənə qədər torpağın dəyəri olaraq A.Mahamaxanovdan nəğd olaraq 770 (yeddi yüz yetmiş) manat pulu aldım. İltizam mənim dediklərimə əsasən yazıldı və imzamla təsdiq edirəm.İmza: Cavabdeh”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 may 2019-cu il tarixli AZ-İ seriyalı 022888 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə, JN-408 kod-40107018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Cavabdeh, X9, X17 və X16 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 11 mart 2004-cü il tarixdə Cavabdeh özünün və ailə üzvüləri-X9, X17 və X16 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ı ilə JN-408 W planşetinin Çor-Çorbinə adlı ərazisindən verilmiş 0.47 ha (4715.86 kv.m) pay torpaq sahəsini 770 (yeddi yüz yetmiş) manata iddiaçıların atası-X1. Bu barədə 11 mart 2004-cü il tarixdə Qullar kənd bələdiyyəsində iltizam (müqaviləsi) tərtib olunmuş və həmin iltizam Qullar kənd bələdiyyəsinin sədri Sabir Əmrəliyev tərəfindən təsdiq edilmişdir.11 mart 2004cü ildən həmin torpaq sahəsi mərhum Abdurazaq Mahamaxanovun istifadəsində olmuş, həmin torpaq sahəsindən etirazsız və etinasız istifadə etmiş, xx.xx.2019-cu il tarixdə Abdurazaq Mahamaxanov ölmüş və bundan sonra da həmin torpaq sahəsindən indiyə kimi iddiaçılar istifadə edirlər. Cavabdeh həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanması üçün notariat kontoruna getməkdən imtina etdiyindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı yaranan mübahisədir. Tərəflər arasındakı bu hüquq münasibətləri 11 mart 2004-cü il tarixdə yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi,11 mart 2004-cü il tarixdə Cavabdeh, X12, X21 və X20 ümumi birgə mülkiyyətlərində olan, JN-408 kod 40107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın JN- 408 W planşet nömrəsində göstərilmiş 0.47 ha torpaq sahəsini 770 (yeddi yüz yetmiş) manata X2.Bu barədə 11 mart 2004-cü il tarixdə Qullar kənd bələdiyyəsində iltizam (müqaviləsi) tərtib olunmuş və həmin iltizam Qullar kənd bələdiyyəsinin sədri Sabir Əmrəliyev tərəfindən ştamp və möhürlə təsdiq edilmişdir. Həmin vaxt Cavabdeh torpaq sahəsinə görə X5 770 (yeddi yüz yetmiş) manat pulu almış və torpaq sahəsini və JN-408 kod 40107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın əslini Abdurazaq Mahamaxanovun sahibliyinə və istifadəsinə vermişdir.O,vaxtdan da torpaq sahəsi X6 aşkar sahibliyində və istifadəsindədir. X10 həmin torpaq sahəsindən etirazsız istifadə edir, torpağın vergisini də özü ödəyir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Abdurazaq Mahamaxanov əqdi icra etmiş, tərəflər arasında bağlanmış 11 mart 2004-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdırlar. Əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən JN-408 kod 40107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Cavabdeh, X9, X17 və X16 mülkiyyətinə verilmiş, Balakən rayonu Qullar kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 408 W planşet nömrəsindəki cizgilər daxilində yerləşən 0.47 ha (4715,85 kv/m ) hissəsinin X3 barədə X10 ilə Cavabdeh aralarında 11 mart 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı müqaviləsi (iltizam) etibarlı hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən JN-408 kod 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh, X9, X17 və X16 mülkiyyətinə verilmiş, Balakən rayonu Qullar kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 408 W planşet nömrəsindəki cizgilər daxilində yerləşən 0.47 ha (4715,85 kv/m ) hissəsinin X3 barədə X10 ilə Cavabdeh aralarında 11 mart 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı müqaviləsi (iltizam) etibarlı hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar