Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-404/2025 29.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 və ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh-ilk iddia üzrə İddiaçı1 qarşı miras əmlakın bölüşdürülməklə payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı1 ilk iddia üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X16 məxsus ½ hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X16 məxsus ½ hissəsi üzərində İddiaçı1 tam şəkildə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum atası X17 26 yanvar 1957-ci il tarixdə mərhum anası X30 ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Bayramova” soyadı verilmişdir. Həmin nikahdan onların 4 övladı - xx xxxxxx 1957-ci il tarixdə Cavabdeh2, 15 oktyabr 1959-cu il tarixdə X20, xx xxxxx 1962-ci il tarixdə Cavabdeh1 və xx xxxxxx 1965-ci il tarixdə İddiaçı1 adlı uşaqları doğulmuşdur. İddiaçının anası X25 13 dekabr 1992-ci il tarixdə, atası X17 11 noyabr 1996-cı il tarixdə, qardaşı X20 isə 25 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-221A nömrəli (kod: ********) şəhadətnaməyə əsasən, ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi iddiaçının atası X17 və qardaşı X11 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-1224 nömrəli (kod: ********) dövlət aktına əsasən, ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının atası X17 və qardaşı X11 ümumi birgə mülkiyyətinə verilmişdir. ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində 1987-ci il tarixdə inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə dair iddiaçının adına 2005-ci il tarixdə keçmiş Balakən rayon DTİİ tərəfindən 206 inventar nömrəli texniki pasport hazırlanmışdır. X2 vəfatından sonra iddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq idarə etmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamış, mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə yaranmışdır. Bu səbəbli iddiaçı, müvafiq iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ilə İddiaçı1 mərhum atasına münasibətdə miras payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024cü il tarixli, 2(107)-921/2024 nömrəli qətnaməsinə əsasən, JN221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X12 məxsus ½ hissəsi üzərində və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X12 məxsus ½ hissəsi üzərində İddiaçı1, X11, Cavabdeh1 və Cavabdeh2 hər birinin ¼ hissə payı müəyyən edilmişdir. İşə baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X17 öldükdən bəri ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində yaşamış, o cümlədən ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı dövlət vergilərini ödəmişdir. Belə olan halda, iddiaçı atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. Digər vərəsələrə gəldikdə apellyasiya instabsiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə iclaslarında etiraf etmişdir ki, atası öldükdə onun yas mərasimini bütün övladlar birlikdə təşkil etmişlər. Həmçinin, məhkəməyə təqdim edilmiş aktda qonşular təsdiq etmişdir ki, X8 qardaşları X20 1992-ci ildən 1998-ci il tarixədək mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmiş, Cavabdeh2 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh1 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Göründüyü kimi, iddiaçının atası mirasqoyan X17 öldüyü vaxt – 1996-cı ildə iddiaçı X5 başqa, qardaşlar X20, Cavabdeh2 və Cavabdeh1 da yerində olmuşlar. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, X20 mirası qəbul etdikdən sonra – 2018-ci ildə öldüyündən onun vərəsələri ondan qalan mirasın qəbul edilməsi ilə bağlı müvafiq qaydada müraciət etmək hüququna malikdirlər. İddiaçının mərhum qardaşı X20 07 aprel 1994-cü ildə X28 ilə nikaha daxil olmuş, tərəflər arasında bağlanmış nikah Balakən rayon Qeydiyyat şöbəsi tərəfində 07 may 2009-cu il tarixli 28 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Həmin nikahdan 23 noyabr 1994-cü il tarixdə X18 doğulmuş, sonuncunun soyadı, adı Balakən rayon İcra Hakimiyyəti başçısının 163 nömrəli sərəncamına əsasən milli mənsubiyyətə uyğun olaraq Cavabdeh3 olaraq dəyişdirilmişdir. Cavabdeh3 tərəflərin nikahları pozulduğu vaxtdan anası X28 ilə birlikdə Balakən rayonu Kortala kəndində yaşayır. O, mərhum X4ndan qalmış mirası nə rəsmi, nə də faktiki olaraq qəbul etmişdir. Cavabdeh3 atasından qalmış mirası qəbu etmədiyindən mərhumdan qalmış miras əmlaka ikinci növbəli vərəsələrin hüququ yaranmışdır. Qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(107)-921/2024 nömrəli qətnaməsi ilə də müəyyən olunduğu kimi, ikinci növbəli vərəsələrdən Cavabdeh2 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh1 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Göründüyü kimi, iddiaçıdan başqa, digər vərəsələr mərhum X11 mirasını qəbul etməmişdir. İddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsini təqdim etməklə Balakən Regional ASAN Xidmət mərkəzində notariat ofisinə müraciət edərək mirası qəbul etmiş 2-ci növbə vərəsə kimi tam həcmdə miras əmlaka şəhadətnamə verilməsini xahiş etmiş, sonuncu bundan imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4ndan miras qalmış əmlakların - ünvan 1ində yerləşən JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X16 məxsus 1/2 hissəsi və JN 1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X16 məxsus 1/2 hissəsinin qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan Cavabdeh3 tam hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildə hazırda miras əmlakla bağlı mübahisələndirilən evdə doğulmuşdur. X4, anası X21r. Anası və atası xx.xx.1994-cü ildə rəsmi nikah bağlamaqla evlənmiş və onların nikahı 07 may 2009-cu ildə pozulmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən ünvan 1ində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsi və 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4nun və babası X7 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 221A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 1224 saylı Torpağın mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədlər verilmişdir. 0.19 ha həyətyanı torpaq sahəsində atası və babasından qalmış fərdi yaşayış evi olmuşdur. X17 11 noyabr 1996-cı il tarixdə, X4 isə 25 aprel 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-921/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1/2 hissəsi üzərində və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1/2 hissəsi üzərində iddiaçı X8, X11, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/4 hissə payı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X16 məxsus 1/2 hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X16 məxsus 1/2 hissəsi üzərində iddiaçı X8 tam şəkildə miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o mərhum X4nun birinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır. İş materiallarına əlavə etdiyi Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışdan da görünür ki, o, mərhum X4nun vəfat etdiyi xx.xx.2018-ci il tarixədək ünvan 1i ünvanında daimi qeydiyyatda olmuş və ona məxsus təsərrüfatda qeydiyyatda qalmışdır. Həmin arayışın özü də onu deməyə əsas verir ki, o, atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etmişdir. Eyni zamanda Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2025-ci il tarixli 105 nömrəli arayışdan da görünür ki, ünvan 1i 2016-2020-ci illər üzrə və 2021-2025-ci illər üzrə 2 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 158-ci şəxsi hesab nömrəsində İddiaçı1 ayrıca təsərrüfatının olduğu, həmin təsərrüfatda qızı X13 qeyd edildiyi, 2014-cü ildə inşa edilmiş 70 kvm sahədən ibarət fərdi yaşayış evinin olduğu, eyni zamanda həmin təsərrüfatda 0.20 ha həyətyanı torpaq sahəsi, 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Eyni zamanda o, xx.xx.2023-cü il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum X4ndan miras qalmış əmlaklara (torpaq sahəsi, fərdi yaşayış evi və s) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Göründüyü kimi o atasından miras qalmış əmlakdan imtina etməmişdir, atasına məxsus təsərrüfatda tək qeydiyyatda olmaqla həmin mirasdan birinci növbəli vərəsə kimi öz payını tələb etmişdir. Eyni zamanda atasının vəfat etdiyi müddətdə İddiaçı1 ayrıca təsərrüfatı olmuş, atasına məxsus təsərrüfatda qeydiyyatda olmamışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin vəsatət verərək bildirmişdir ki, Cavabdeh3 məhkəməyə sübut qismində Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışını təqdim etmiş, həmin arayışda onun 25 aprel 2018-ci il tarixədək onun ünvan 1ində daimi qeydiyyatda olması göstərilmişdir. İş materiallarına sübut qismində əlavə etdiyi Balakən RPŞ-nin 31 mart 2025-ci il tarixli məktubundan, Balakən RİH-nin 29 aprel 2025-ci il tarixli 5-36/2-345/2025 və 5- 36/2-346/2025 nömrəli məktublarından göründüyü kimi, əslində Cavabdeh3 15 dekabr 2011-ci il tarixdən Balakən rayonu Kortala ərazi idarəsi Kortala kəndində daimi pasport qeydiyyatındadır və 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışda qeyd olunanlar təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydlərlə ziddiyət təşkil edir. Göründüyü kimi, Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışında həqiqəti əks etdirməyən məlumatlar yazılmış, həmin məlumatların həqiqətə uyğun olmadığını bildiyi halda, iddiaçı həmin arayışı sübut qismində məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən, xüsusi qərardad qəbul edilməklə saxta arayışı tərtib və təsdiq edən nümayəndəliyin müavini X14 və həmin saxta arayışdan bilə-bilə istifadə etmiş Cavabdeh3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə bildirişinin Cavabdeh2 çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəliyin xx.xx.2025ci il tarixli cavab məktubuna əsasən cavabdeh Hənifə kəndində yaşamadığından və yaxınlarının dediyinə görə Rusiyada yaşadığından məktubun ona çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişinin Cavabdeh1 çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə göndərilmiş, xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən cavabdeh ailə üzvləri ilə birlikdə ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X22 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən regional Qeydiyyat Şöbəsi tərəfindən 17 oktyabr 2023cü il tarixdə verilmiş 05/69-515 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1994-cü ildə Balakən rayonunun Hənifə kəndində doğulmuş X1 sonluğu xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması” Qərarına əsasən milli mənsubiyyətə uyğun olaraq “Bayramova”dan “Bayramlı”ya, ad isə Balakən rayon İcra Hakimiyyəti Başçısının 163 nömrəli sərəncamına əsasən “Samurat”dan “Humay”a dəyişdirilmişdir. Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 26 yanvar 2025ci il tarixdə verilmiş 163 nömrəli arayışdan görünür ki, İddiaçı1 25 aprel 2018-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X9 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə xx.xx.2024-cü il tarixli müraciətinə əsasən bildirilmişdir ki, mirasın açıldığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan əlavə miras qoyan X11 qızı Cavabdeh3 da xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək atasından miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Beləliklə həm Cavabdeh3, həm də İddiaçı1 mirasdan irs istəmiş, lakin əmlaka sahiblik etməyə sübut təqdim edə bilməmiş, o cümlədən mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Balakən Regional “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə verilmiş 3-16-5/8-82/23 nömrəli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 rayon Qullar icra nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 08 nömrəli nikah aktına əsasən X28 ilə nikaha daxil olmuş və Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli 28 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən nikahları pozulmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.1994-cü il tarixdə (Balakən rayon Hənifə kəndi) X18 doğulmuşdur. X20 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Rostov vilayəti Rostov-Don şəhərində vəfat etmişdir. Balakən rayon Hənifə Bələdiyyəsi tərəfindən verilən 27 may 2024-cü il tarixli 17 nömrəli arayışdan görünür ki, Aqrar İslahat zamanı İddiaçı1 mərhum qardaşı X11 ailə üzvləri iki nəfər olmaqla JN -1224 saylı Dövlət Aktına əsasən 0.66 ha pay torpaq sahəsi verilmişdir. Verilmiş həmin torpaq sahəsinə görə Hənifə bələdiyyəsi tərəfindən hesablanmış torpaq vergisini hal-hazıradək bələdiyyəyə onun bacısı İddiaçı1 tərəfindən ödənilir və heç bir vergi borcu yoxdur. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 198 nömrəli arayışdan görünür ki, İddiaçı1, həqiqətən Hənifə kənd sakinidir. 2 Nömrəli təsərrüfatbaşına uçot kitabının 158-ci təsərrüfatında İddiaçı1 və X23 qeydiyyatdadır Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-921/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, JN- 221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1/2 hissəsi üzərində və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1/2 hissəsi üzərində iddiaçı X8, X11, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/4 hissə payı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə baxılmış və həmin tarixli 2(107)-921/2024 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamə 15 dekabr 2024-cü il günün sonunadək ondan kassasiya şikayəti verilmədiyi təqdirdə, 16 dekabr 2024-cü ildə qanuni qüvvəsini alacaqdır. Balakən rayon Hənifə kənd soveti tərəfindən 26 yanvar 1957-ci il tarixdə verilmiş 044607 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X30 arasında xx.xx.1957-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Bayramova soyadı verilmişdir. ünvan 1 icra nümayəndəliyi tərəfindən 16 dekabr 1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı 341454 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 13 dekabr 1992-ci ildə ölmüşdür. ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 565868 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 noyabr 1996-cı ildə ölmüşdür. Rostov-Don şəhəri, Administrasiyasının Şəhər (Kirovsk) VVAQ Şöbəsi tərəfindən verilən 29 may 2020-ci il tarixli lV-AH seriyalı 885975 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 25 aprel 2018-ci il tarixində saat 10:05-də vəfat etmişdir. Öldüyü yer Rusiya Federasiyası, Rostov vilayəti, Rostov-Don şəhəridir. Balakən rayonu Qazma kənd soveti tərəfindən 13 fevral 1965-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1965-ci ildə anadan olmuş, atası X17, anası X25 qeyd edilmişdir. JN-221A KOD 40102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən X16 və X12 ünvan 1i ərazisində 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-1224 KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən X16 və X12 ünvan 1i ərazisində 0.66 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 951 nömrəli arayışdan görünür ki, Hənifə kənd inzibati ərazi dairəsinin 02 saylı təsərrüfat başına kitabın 158-ci səhifəsində İddiaçı1 adına 1 mərtəbəli fərdi yaşayış evi və 0.19 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportundan görünür ki, 2005-ci ilin iyul ayında ünvan 1ində yerləşən fərdi yaşayış evinə görə İddiaçı1 adına texniki pasport işlənmişdir. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Balakən rayon Hənifə kəndində xx.xx.1994-cü ildə anadan olmuş Cavabdeh3 xx.xx.2011-ci il tarixdən hal-hazıradək Balakən rayon Kortala ərazi dairəsi Kortala kəndində daimi pasport qeydiyyatındadır. Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsini müvəqqəti icra edən Y.Həsənov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışdan görünür ki, X20 vəfat etdiyi xx.xx.2018-ci il tarixədək ünvan 1i ünvanında daimi qeydiyyatda olmuş, qızı Cavabdeh3 mərhumun vəfat etdiyi tarixdən bilavasitə sonrakı 6 ay ərzində eyni evdə (mənzildə) qeydiyyatda qalmışdır. ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 mart 2025-ci il tarixdə verilmiş 105 nömrəli məktubdan görünür ki, Balakən rayon Hənifə kəndi 2016-2020-ci və 2021-2025-ci illər üzrə 2 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 158-ci şəxsi hesab nömrəsində İddiaçı1 ayrıca təsərrüfatının olduğu, həmin təsərrüfatda qızı X13 qeyd edildiyi, 2014-cü ildə inşa edilmiş 70 kv metr sahədən ibarət fərdi yaşayış evinin olduğu, eyni zamanda həmin təsərrüfatda 0,20 ha həyətyanı torpaq sahəsi, 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 iyun 2015-ci il tarixdə verilən 747 nömrəli arayışdan görünür ki, X11 və X19 nikahı haqqında “07” aprel 1994-cü il tarixdə 08 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə yazılan və notarial qaydada təsdiq edilən ərizədən görünür ki, ünvan 1ində yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4ndan miras qalmış əmlaklara (torpaq sahəsi, fərdi yaşayış evi və s.) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 22 fevral 2025ci il tarixdə verilmiş 399 nömrəli arayışdan görünür ki, Cavabdeh3 25 aprel 2018-ci il tarixdə vəfat etmiş mərhum X4ndan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə edilmiş müraciətinə əsasən bildirilmişdir ki, mirasın açıldığı məqamda qüvvədə olan qanunvericiliyə əsasən, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Eyni zamanda mərhumun bacısı İddiaçı1 da mirasdan pay tələbi ilə notariat ofisinə müraciət etmişdir.Odur ki, ötürülmüş müddətin bərpası və mirasdan irsin müəyyənləşdirilməsi məqsədilə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Balakən Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-36/2- 346/2025 nömrəli məktubdan görünür ki, Balakən rayon Dövlət Arxivinin təqdim etdiyi sənədlərdə 1996-2000-ci illərin təsərrüfatbaşına uçot kitabının 220 saylı şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 1968-ci ildə inşa edilmiş, ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin olduğu, ərizəçinin qardaşı 1959-cu il təvəllüdlü X11, 1969-cu il təvəllüdlü X15 və 1994-cü il təvəllüdlü X10 adları qeyd olunmuş, kitabın 23-cü sütununda (təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd) Ulduz Bəyramovanın və qızı Samurat Bayramovanın 1994-cü ildə Qullar kəndinə getdikləri və təsərrüfatdan silinmələri, Aslan Bayramovun isə müvəqqəti Rusiya Federasiyasında olması ilə bağlı qeyd aparılmışdır. 2001-2005-ci illərin təsərrüfatbaşına uçot kitabının 215-ci şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 1968-ci ildə inşa edilmiş, ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin olduğu, X11, 1965-ci il təvəllüdlü İddiaçı1 və 2001-ci il təvəllüdlü X13 adlarının qeyd olunduğu, İddiaçı1 və qızı A.Paraşovanın 2005-ci ildə Balakən şəhərindən gəldikləri, Aslan Bayramovun 2003-cü ildən Rusiya Federasiyasına müvəqqəti getdiyi qeyd olunmuşdur. Hazırda nümayəndəlikdə mövcud 2016-2020-ci illərin təsərrüfatbaşına uçot kitabının 158-ci şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 0,84 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin,1968-ci ildə inşa edilmiş (sözügedən fərdi yaşayış evi 2014-cü ildə əsaslı təmir üsulu ilə bərpa edilmişdir), ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin, 20 kv metr sahəsi olan tövlənin olduğu, iş yeri Hənifə kənd mədəniyyət evinin bədii rəhbəri olan İddiaçı1 və məktəbli X13 adları qeyd olunmuşdur. RİHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi əmək məzuniyyətində olarkən vəzifəsini müvəqqəti icra edən nümayəndənin müavini X14 (2023cü ildən öz ərizəsinə əsasən işdən azad edilmişdir) tərəfindən Balakən Notariat Kontoruna təqdim edilməsi üçün verilmiş xx.xx.2023-cü il tarixli, 919 saylı arayışda mərhum Aslan Bayramovun varisi Cavabdeh3 mərhumun tək varisi olduğu və Aslan Bayramovun vəfat etdiyi tarixdən bilavasitə sonrakı 6 (altı) ay ərzində eyni evdə qeydiyyatda qalması barədə qeyd olunmuşdur. Verilmiş arayış yuxarıda təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydlərlə ziddiyət təşkil etmişdir. Arayışı imzalamış Yaqub Həsənovun hazırda nümayəndəlikdə işləmədiyi, onun barəsində tərəfimizdən qanuni tədbir görülməsinin mümkün olmadığı ərizəçi İddiaçı1 bildirilmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin izahatına, ilk iddia ərizəsinə, qarşılıqlı iddia ərizəsinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1148- ci maddəsinə əsasən müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X20 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Rostov vilayəti Rostov-Don şəhərində vəfat etmişdir. Ondan miras qalmış əmlak ünvan 1i ərazisində 0.19 ha həyətyanı torpaq sahəsinin və 0.66 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Miras qoyanın atası X17 11 noyabr 1996-cı ildə, anası X25 13 dekabr 1992-ci ildə ölmüşdür. Miras qoyan xx.xx.1994-cü il tarixdə X28 ilə nikaha daxil olmuş və Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli nikahın pozulması haqqında akt qeydinə əsasən nikahları pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.1994-cü il tarixdə Cavabdeh3 doğulmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə Cavabdeh3 miras qoyan X11 birinci növbəli vərəsəsi olmasını nəzərə alaraq ilk növbədə onun qarşılıqlı iddiasının dəlillərinə hüquqi qiymət verməyi zəruri hesab edir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək atasından miras qalmış əmlakdan tam hissədə payının müəyyən edilməsi xahiş etmişdir. O, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Notariat Ofisinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi qanunvericlikdə müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət etməmişdir. Bundan başqa o, atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etməsinə dair sübut kimi Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışını təqdim etmiş, həmin arayışda qeyd edilmişdir ki, Cavabdeh3 mərhum X4nun vəfat etdiyi xx.xx.2018-ci il tarixdən sonrakı 6 ay ərzində ünvan 1i ünvanında qeydiyyatda qalmışdır. Lakin həmin arayışda qeyd edilmiş Cavabdeh3 Hənifə kəndi ünvanında qeydiyyatda qalması barədə məlumat məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında təkzib edilmişdir. Belə ki, Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Balakən rayon Hənifə kəndində xx.xx.1994-cü ildə anadan olmuş Cavabdeh3 xx.xx.2011-ci il tarixdən halhazıradək Balakən rayon Kortala ərazi dairəsi Kortala kəndində daimi pasport qeydiyyatındadır. Bundan başqa Balakən Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-36/2-346/2025 nömrəli məktuba əsasən 2016-2020-ci illərin təsərrüfatbaşına uçot kitabının 158-ci şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 0,84 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin,1968-ci ildə inşa edilmiş (sözügedən fərdi yaşayış evi 2014-cü ildə əsaslı təmir üsulu ilə bərpa edilmişdir), ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin, 20 kv metr sahəsi olan tövlənin olduğu, İddiaçı1 və X13 adları qeyd olunmuşdur. X29 və qızı Samurat (Humay) Bayramova 1994-cü ildə Qullar kəndinə getdikləri və təsərrüfatdan silinmələri qeyd edilmişdir. Həmin məktubda xx.xx.2023-cü il tarixli, 919 saylı arayışda Cavabdeh3 mərhumun tək varisi olduğu və Aslan Bayramovun vəfat etdiyi tarixdən bilavasitə sonrakı 6 (altı) ay ərzində eyni evdə qeydiyyatda qalması barədə qeydin təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydlərlə ziddiyyət təşkil etməsi göstərilmişdir. Göründüyü kimi Cavabdeh3 atasının öldüyü tarixdən sonrakı 6 ay ərzində ünvan 1i ünvanında qeydiyyatda qalmamış, əksinə xx.xx.2011-ci il tarixdən hal-hazıradək Balakən rayon Kortala kəndində qeydiyyatdadır. Odur ki, Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışı Cavabdeh3 atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, işin faktiki hallarının məcmusu ilə Cavabdeh3 miras əmlakı qəbul etməsi müəyyən olunmur. Buna görə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, məhkəmə Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışı ilə bağlı X14 və Cavabdeh3 hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarmamış, bu səbəbdən xüsusi qərardad qəbul edilməmişdir. Miras qoyan X11 ikinci növbəli vərəsələri bacı-qardaşları Cavabdeh2, Cavabdeh1 və İddiaçı1dır. Onlardan İddiaçı1 ilk iddia ərizəsi ilə qardaşının mirası üzərində tam şəkildə miras payının müəyyən edilməsini xahiş etmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində 1987-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçının adına 2005-ci il tarixdə keçmiş Balakən rayon DTİİ tərəfindən 206 inventar nömrəli texniki pasport hazırlanmış, atası X7 vəfatından sonra həmin əmlakı faktiki olaraq idarə etmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmçinin 0.66 ha pay torpaq sahəsinə görə Hənifə bələdiyyəsi tərəfindən hesablanmış torpaq vergisini halhazıradək bələdiyəyə İddiaçı1 tərəfindən ödənilir. Qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(107)-921/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, digər vərəsələr Cavabdeh2 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh1 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Həmçinin iş materiallarından görünür ki, Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh2 Hənifə kəndində yaşamır, yaxınlarının dediyinə görə Rusiyada yaşayır, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvanda yaşamır. Göründüyü kimi İddiaçı1 başqa digər vərəsələr mərhum X11 mirasını qəbul etməmişdir. Odur ki, ilk iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin miras qoyan X16 məxsus ½ hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X16 məxsus ½ hissəsi üzərində İddiaçı1 tam şəkildə miras payı müəyyən edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin olunsun. JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin miras qoyan X16 məxsus ½ hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X16 məxsus ½ hissəsi üzərində İddiaçı1 tam şəkildə miras payı müəyyən edilsin. Cavabdeh3 ünvan 1ində yerləşən JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X16 məxsus 1/2 hissəsi və JN 1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X16 məxsus 1/2 hissəsinin qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan tam hissədə payının müəyyən edilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-404/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-404/2025
29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver