Məhkəmə qərarları › İş №e-2(019)-406/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-406/2022

14.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-406/2022 14.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və s. tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 miras qalmış, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə iş üzrə üçüncü şəxs X4 vəstiyyətnamə üzrə vərəsəlik hüququnun rəsmiləşdirilməsinə dair 20 oktyabr 2021ci il tarixli ,2V-470 reyestr nömrəli, V-515/2021 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı,onun nümayəndəsi və vəkili,cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır.100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və s. tələbinə dair mülki iş baxılmamış saxlansın. 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar