Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-421/2022 14.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarına əsasən Balakən rayonu Xalatala kəndi ərazisindən 2.17 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin X8, X10, X14, X11 və X9 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN 392 KOD 40115018 olan Dövlət X1 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,12 avqust 1991-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olmuşdur. X2, anası isə X5r. Balakən rayonu Xalatala kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayonu Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X2na və ailə üzvlərinə 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2.17 ha torpaq sahəsinə JN 392 KOD 40115018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır.Hazırda torpaq sahəsi ilə bağlı notarial qaydada alqı-satqı aparmaq istəyirlər. Lakin 2.17 ha torpaq sahəsinə JN 392 KOD 40115018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adı texniki səhv olaraq “Fəridə” əvəzinə “Fərid”, soyadı “Atayeva” əvəzinə “Atayev” qeyd edilmişdir. Bu səbəbdən də Notariat Kontorunda torpaq sahəsinin alqı-satqı işlərini başa çatdıra bilməmişlər. Həmin sənədin özünə məxsus olması barədə sənədi başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı qızıdır. Ərizəçinin X2, anası isə X5r. X17, Fazilə və Fəridə adında üç övladı olmuşdur. Onun Fərid adında uşağı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Ərizəçi onun qaynı qızıdır. Ərizəçinin X2, anası isə X5r.X22, Fazilə və Fəridə adında üç övladı vardır. Onun Fərid adında uşağı olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 392, KOD 40115018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Balakən rayonu Xalatala kəndi ərazisindən X4, X6, X13, X7 və X12 2.17 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 65 nömrəli arayışda göstərilir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı(soyadı atasının adı) X15 qeyd edilmişdir. Odur ki, AA******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi adlı siyahıda adı qeyd olunan X15 ilə eyni şəxsdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 may 2022-ci il tarixli **********07 nömrəli məktubda göstərilmişdir ki; “Aqrar islahat Komissiyasının xx.xx.1990-ci il tarixli, 09 saylı qərarına əsasən torpaq sahələrinə dair JN-392 saylı "Dövlət Aktı” sənədində mülkiyyətçilərin siyahısında düzəliş edərək adınızın şəxsiyyət vəsiqəsinə uyğun qeyd olunaraq həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı məlumat veririk ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-392 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’ sənədində düzəlişlərin edilməsi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15. 1.1 -ci və 15.1.3-cü maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı. atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adr atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır.” Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X4, X6, X13, X7 və X12 Balakən rayonu Xalatala kəndi ərazisindən 2.17 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 392 KOD 40115018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb təqdim edilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi soyadı səhvən “Atayev”, adı isə “Fərid” yazılmışdır. Ərizəçi mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi sözügedən uyğunsuzluğa görə qeydiyyat aparmaqdan imtina etmişdir. Ərizəçi bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd hesab edilən JN-392, kod 40115018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X12 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-392, kod 40115018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X12 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-421/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-421/2022
14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver