Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-421/2023 04.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Soltamacid oğlundan 490 manat qaz pulu, 30 manat ödənilmiş dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı, ümumilikdə 570 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 qanunsuz hərəkəti nəticəsində xx.xx.2021-ci il tarixdə o, himayəsində olan 2 azyaşlı uşağı ilə birlikdə yaşadığı və ona məxsus olan yaşayış evindən çıxarılaraq məişət əşyaları ilə birlikdə küçəyə atılmışdır. Həmin tarixdən yaşadığı ev Cavabdeh təhvil verilmişdir. Həmin evdə, evə çəkilmiş qazdan xx.xx.2018-ci il tarixli qaz alqı-satqı barədə müqavilə əsasında istifadə olunurdu. Evdən çıxarıldıqdan sonra onun evə köçürülməsinə dair məhkəmələrə müraciət etdi. Uzun çəkən məhkəmələr nəticəsində Azərbayan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun həmin evə köçürülməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-935/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamənin icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə tapşırıldığından Balakən rayon İcra və Probasiya Şöbəsi xx.xx.2023cü il tarixdə o, uşaqları və məişət əşyaları ilə birlikdə ona məxsus evə köçürmüşdür. Evdə yaşamağa başladıqdan sonra xx.xx.2023-cü il tarixdə «Azəriqaz» İB tərəfindən ona istifadə edilmiş qazın dəyərinə dair bildiriş xəbərdarlıq təqdim edilmişdir. Həmin bildirişdən məlum olur ki, o, evdən çıxarıldığı gündən evə köçürüldüyü günədək olan dövr ərzində istifadə edilmiş qazın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Qazın dəyərinin ödənilməsinə dair müqavilə onunla bağlandığına görə o, hal-hazırda cavabdehin istifadə etdiyi qaza görə borclu qalmışdır. Həmin borc 490 manat və ödənilmiş rüsum, eyni zamanda vəkilə ödənilmiş xidmət haqqı cavabdehdən alınaraq ona qaytarılmalıdır. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin birinci çağırışına, həmçinin digər məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi iddiaçının adından ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 da İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərini bildirərək, iş üzrə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi və cavabdeh tərəf də işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün hazırki halda Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz və həmin qanun normalarının məzmununa görə işə mahiyyəti üzrə baxılmalı və yekun məhkəmə qərarı çıxarılmalıdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, sözügedən tikilinin (yaşayış sahəsinin) İddiaçı mülkiyyətində olmadığını və iddiaçının həmin daşınmaz əmlaka heç bir hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını, İddiaçı tələb etdiyi 490 manat qaz pulunu ödəmədiyini və həmin məbləği Cavabdeh tələb etmək hüququnun yaranmadığını, həmçinin tələb edilən 490 manat qaz borcunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində yarandığının sübut edilmədiyini, ümumiyyətlə iddiaçının cavabdehə qarşı belə tələb irəli sürülməsinə subyektiv hüququnun olmadığını, işin mahiyyəti üzrə baxılmasını tələb etdiklərini bildirərək, iddianın təmin olunmamasını xahiş etmişlər. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 13 iyun 2018-ct il tarixli 19762 №-li müqavilədən görünür ki, həmin müqavilə «Azəriqaz» İB-nin Zaqatala RQİİ ilə İddiaçı arasında qazın-alqı-satqısı şərtləri ilə bağlı bağlanmış, lakin təbii qazın hansı obyektə verilməli olması həmin müqavilədə göstərilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-291/2020 nömrəli icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X3 RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»a əsasən iddiaçı Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İş materiallarında xx.xx.2021-ci il tarixli Aktdan və xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixdə tərtib etdiyi akta əsasən borclular İddiaçı və X1 Apellyasiya Məhkəməsinin 2(107)-291/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,120 ha kənd təsərrüfatı təyinatlı torrpaq sahəsindən çıxarıldı və həmin torpaq sahəsi tələbkar Cavabdeh təhvil verildi. Beləliklə icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-291/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli aktdan görünür ki, İddiaçı 2 uşaqla birlikdə Zaqatala rayonu Göyəm kəndində 0.1290 ha torpaq sahəsində yerləşən evə köçürülmüşdür. İş materiallarında olan «Azəriqaz» İB-nin 25960 saylı müqavilə üzrə İddiaçı ünvanladığıbildiriş-xəbərdarlıqdan görünür ki, 35.16 manat cari qaz borcu və 490.46 manat qalıq borc olmaqla yekun borc 525.62 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(033)-40/2023 nömrəli qətnaməsindən görünür ki iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı azyaşlı uşaqları X5 və X6 ilə birlikdə iddiaçı Cavabdeh Zaqatala rayonu Göyəm kəndində xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya ödənilməklə xitam verilmiş, Zaqatala rayonu Göyəm kəndində iddiaçı Cavabdeh Soltanmactid oğlunun xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 26766 nömrəli qəbzlə 50 manat vəkil xidmət haqqı ödəmişdir. Məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtdəki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-cimaddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona məhz iddia ərizəsində tələb etdiyi məbləğdə zərər vurması və cavabdehin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi əsassızdır. Belə ki, iddiaçı, cavabdehin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində qazdan istifadə etməsi, 490 manat qaz borcunun məhz həmin vaxt ərzində yaranması, iddiaçının həmin borcu ödəməsi və istifadə edilmiş qazın dəyərinin cavabdeh tərəfindən ödənilməli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Avropa Məhkəməsi) qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi mübahisəli ev üzrə qazın alqı-satqısı müqaviləsinin onunla bağlanması, onun xx.xx.2021-ci il tarixdən həmin evdən çıxarılması və xx.xx.2023-cü il tarixdə uşaqları və məişət əşyaları ilə birlikdə həmin evə köçürülməsi, evdən çıxması tarixi ilə evə köçürülmə tarixi arasındakı dövr ərzində istifadə edilmiş qazın dəyərinin cavabdeh tərəfindən ödənilməməsi və həmin 490 manat pulun «Azəriqaz» İB tərəfindən ondan tələb edilməsi, hazırki iddianın qaldırılması üçün vəkilə 50 manat xidmət haqqı ödəməsi və həmçinin 30 manat dövlət rüsumunun ödənilməsini göstərmişdir. İş materiallarından görünür ki, tələb edilən həmin 490 manat qaz pulu İddiaçı tərəfindən «Azəriqaz» İstehsalat Birliyinə ödənilməmişdir. İddiaçı özü də bunu iddia ərizəsində qeyd etmişdir. Eyni zamanda İddiaçı tərəfindən 490 manat qaz pulunun «Azəriqaz» İstehsalat Birliyinə ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Cavabdeh ilə «Azəriqaz» İB arasında həmin tikiliyə (yaşayış sahəsinə) gələn təbii qazın alqı-satqısı müqaviləsi bağlanmamış, Cavabdeh həmin tikilinin (yaşayış sahəsinin) qaz istehlakçısı kimi qeydiyyata alınmamış, «Azəriqaz» İB tərəfindən Yüzbaşyiev Arif Soltanmacid oğlundan qaz istehlakı ilə bağlı borc tələbi irəli sürülməmiş, bu barədə məhkəmədə iddia qaldırılmamışdır. Əslində İddiaçı Cavabdeha qarşı 490 manat tələb hüququ yaranmamışdır. Digər tərəfdən İddiaçı qeyd etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində cavabdeh Yüzbaşyiev Arif Soltanmacid oğlunun həmin tikilidə (yaşayış sahəsində) yaşamaqla 490 manat dəyərində təbii qazdan istifadə etməsi və ya onun göstərişi ilə həmin məbləğdə qazdan istifadə edilməsi, cavabdehin həmin pulu ödəməsi öhdəliyi daşıması və ödəməməsi, cavabdehin qanunazidd hərəkətləri və təqsiri nəticəsində 490 manat qaz borcunun yaranmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi «Azəriqaz» İB-nin iddiaçıya ünvanladığı bildiriş-xəbərdarlıqda yekun qaz borcunun 525.62 manat olması, bunun 35.16 manatının cari qaz borcu, 490.46 manatının isə qalıq borcu olması göstərilmiş, lakin bu 490.46 manat qalıq borcunun hansı dövr əzində yaranması, hansı vaxt dövrünü əhatə etməsi qeyd edilməmişdir. İddiaçı da həmin borcun göstərdiyi vaxt dövrünü əhatə etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda həmin 490.46 manat borcun məhz iddiaçının göstərdiyi vaxt dövrü ərzində cavabdehin qanunazidd hərəkətləri yaranması və cavabdehin bu borcun yaranmasında təqsirli olması nəticəsinə gəlmək qeyri-mümkündür. İşdəki sübutlarla da Cavabdeh göstərilən dövr ərzində həmin evdə yaşaması və 490 manat dəyərində təbii qazdan istifadə etməsi və məhz onun qanunazidd hərəkətləri nəticəsində 490 manat qaz borcunun yaranması müəyyən olunmur. İşə əlavə olunan Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 21 iyul 2023-cü il tarixli 388 nömrəli arayışından da görünür ki, Cavabdeh Tülü kənd sakinidir və həqiqətən də Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla daimi yaşayır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, əslində təbii qazdan istifadə nəticəsində yaranması ehtimal edilən 490 manat qaz borcunu Cavabdeh tələb etməyə İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin hüquqi məzmununa əsasən öhdəlik zərər vurulma, əsassız varlanma, bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində, həmçinin iştirakçılar arasında müqavilə olduğu hallarda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində öhdəliyin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı (Mülki Məcəllənin 152-249 maddələri), müqavilə münasibətlərindən (Mülki Məcəllənin 386, 389-1078-27.6), əsassız varlanmadan (Mülki Məcəllənin 1091- 1095-ci maddələri və mülki hüquq pozuntularından (deliktlərdən) (Mülki Məcəllənin 1096- 1096-1132-ci maddələri) əmələ gəlməsi təsbit edilmidir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bu xüsusat üzrə müqavilə bağlanmamış və cavabdehin iddiaçı qarşısında müqavilədən əmələ gələn hər hansı öhdəliyi yaranmamışdır. Eyni zamanda iddiaçının hazırda yaşadığı göstərilən tikiliyə (yaşayış sahəsinə) mülkiyyət hüquqları və digər hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və cavabdehin iddiaçı qarşısında əmlaka mülkiyyət hüquqlarının müdafiəsindən irəli gələn hər hansı öhdəliyi yaranmamışdır. Digər tərəfdən cavabdeh iddiaçının hesabına hər hansı məbləğdə, o cümlədən 490 manat məbləğində əsassız varlanmamış və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmamış, bu halın baş verməsi müəyyən olunmamış və sübut olunmamışdır. Həmçinin işdəki sübutlarla cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi, iddiaçıya 490 manat məbləğində maddi ziyan vurması, cavabdehin hansısa qanunazidd hərəkətləri ilə həmin ehtimal edilən 490 manat ziyan arasında səbəbli əlaqənin olması və cavabdehin ehtimal edilən həmin məbləğdə ziyanın vurulmasında təqsirli olması sübut olunmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı həmin 490 manat qaz pulunu «Azəriqaz» İBnə ödəməmişdir. Hətta həmin 490 manat dəyərində qazın istehlakı qəbul olunsa belə, birincisi bu məbləğdə qaz istehlakının Cavabdeh tərəfindən həyata keçirilməsi və cavabdehin təqsiri nəticəsində 490 manat məbləğində qaz borcunun yaranması müəyyən və sübut olunmur. İkincisi həmin məbləğdə istehlakı ehtimal edilən təbii qaz «Azəriqaz» İB-nin mülkiyyətində olmuşdur. Həmin qeyd edilən qazın istehlakı ilə qaz pulunun ödənilməməsi nəticəsində «Azəriqaz» İB-ə ziyan vurulmasından söhbət gedə bilər ki, həmin borcu da «Azəriqaz» İB məhkəmə qaydasında tələb edə bilər. Hazırki işə üzrə bu hal baş verməmişdir. İddiaçı həmin qaz borcu məbləğini ödədiyi təqdirdə ona vurulan maddi ziyanın ödənilməsi tələbinin subyekti kimi çıxış edə bilər ki, bu hal da işdəki sübutlarla müəyyən olunmur. Halbuki məhkəməyə müraciət etmək hüququnu müəyyən edən həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, həm də Azərbaycan Respublikası MPMnin 4-cü maddəsinin mənasına görə öz hüquqları və azadlıqlarını müdafiə etmək, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün şəxs müvafiq subyektiv hüquqa malik olmalıdır. İddiaçının isə cavabdehə qarşı qaz pulu tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə həmçinin hesab edir ki, 50 manat vəkil xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbi də əsassızdır və təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün 30 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Ümumiyyətlə İddiaçı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslılığını sübğut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə iddiaçının təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışı, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 13 iyun 2018-ct il tarixli 19762 №-li müqaviləni, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-291/2020 nömrəli icra vərəqəsini, xx.xx.2021-ci il tarixli Aktı, xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı, xx.xx.2023-ci il tarixli aktı, «Azəriqaz» İB-nin 25960 saylı müqavilə üzrə İddiaçı ünvanladığı bildiriş-xəbərdarlığı və sair sənədləri iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin yazılı sənədlər cavabdehin iddiaçının göstərdiyi vaxt dövrü ərzində sözügedən tikilidə (yaşayış sahəsində) 490 manat dəyərində təbii qazdan istifadə etməsi, iddiaçının həmin 490 manatı qaz pulunu ödəməsi, cavabdehin iddiaçıya həmin 490 manat məbləğində maddi ziyan vurması, bu ziyanla cavbadehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, cavabdehin bu ziyanın vurulmasına təqsirli olması və həmin 490 manatı iddiaçıya ödəməsi öhdəliyini daşımasını sübüt və təsdiq etmir. Qeyd olunan sənədlər iddia tələbinin əsaslı olmasını sübut və təsdiq etmirlər. Göstərilənlər də iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-421/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-421/2023
04.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver