Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-424/2024 13.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərlə 02 iyun 2004-cü il tarixli 230462 nömrəli Balakən Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə aralarında Balakən rayon Dövlət Notariat Kontorunda 02 iyun 2004-cü ildə bağlanmış, ünvan 1 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 98,8 kv.m, ümumi sahəsi 127,2 kv.m olan yaşayış evinin alqı-satqısına dair 230462 nömrəli müqavilənin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında 02 iyun 2004-cü ildə ünvan 2 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsinin alqı-satqısına dair 230462 nömrəli müqavilənin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı 02 iyun 2004-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda cavabdehlər Cavabdeh1, Tosova (Vasovlar) Nüşabə Rəşid qızı ilə Balakən şəhəri Nəsimi küçəsi 6 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ,1970-ci ildə tikilmiş, divarı çaydaşı, üstü şiferlə örtülmüş, yaşayış sahəsi 98,8 kv.m, ümumi sahəsi 127,2 kv.m olan yaşayış evini 9000 (doqquz min) ABŞ dollarına almışdır. Həmin müqavilə Balakən Notariat Kontorunun Dövlət Notariusu Z.K Musayev tərəfindən möhürlə təsdiqlənmişdir. Həmin vaxtdan o, həmin torpaq sahəsi və evdən etinasız və etirazsız istifadə edir. Alqı-satqı zamanı cavabdehlər özlərinə məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN-467A kod 40101004 olan şəhadətnaməni ona təqdim etmişlər. O, həmin sənədlərlə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etsə də ona həmin torpaq sahəsinə dair və evə Hüquqların Dövlət qeydiyyatından çıxarış vermirlər. O, dəfələrlə cavabdehlərə müraciət etsə də cavabdehlər Balakən Notariat Ofisinə gəlməkdən boyun qaçırırlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Tosova (Vasovlar) Nüşabə Rəşid qızı ilə aralarında Balakən rayon Dövlət Notariat Kontorunda 02 iyun 2004-cü ildə ünvan 3 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, Balakən şəhəri Nəsimi küçəsi 6 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsində yerləşən, 1970-ci ildə tikilmiş, divarı çaydaşı, üstü şiferlə örtülmüş, yaşayış sahəsi 98,8 kv.m, ümumi sahəsi 127,2 kv.m olan yaşayış evi Cavabdeh1 valideynlərindən ona və qardaşları X2 və X1 miras qalmışdır. Onlar da həmin evi həyətyanı torpaq sahəsi ilə birlikdə ona satmışlar. Alqı-satqı barədə 02 iyun 2004-cü il tarixli müqavilədə satılan evin həyətyanı torpaq sahəsinin 1700 kv/m göstərilsə də, faktiki olaraq evlə birlikdə ona 900 kv/m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi isə ev satılana kimi orada yaşamış Cavabdeh1 və onun ailə üzvüləri- Cavabdeh2, X7 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Sonradan o, faktiki olaraq ona satılmış 900 kv/m torpaq sahəsinin alqı-satqısı ilə bağlı cavabdehlərə müraciət etsə də onlar notariat kontoruna getməkdən imtina etmişlər.Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək və İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, Balakən şəhəri Nəsimi küçəsi 6 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsində yerləşən 1970-ci ildə tikilmiş divarı çaydaşı, üstü şiferlə örtülmüş, yaşayış sahəsi 98,8 kv.m, ümumi sahəsi 127,2 kv.m olan yaşayış evi onun valideynlərindən ona və qardaşları X3 və X1 miras qalmışdır. Ev ona və qardaşlarına miras qalsa da həmin evdə yalnız o, arvadı və uşaqları ilə birlikdə yaşamışdır. Həmin evin həyətyanı torpaq sahəsi sənəd üzrə 1700 kv/m olsa da faktiki olaraq 900 kv/m olmuşdur. Torpaq sahəsinin qalan hissəsi başqa şəxsə satılmışdır. O həmin evi 02 iyun 2004-cü il tarixli 230462 nömrəli müqavilə əsasında 20 il bundan əvvəl 9.000 (doqquz min) ABŞ dollarına İddiaçı satmışdır. Torpaq sahəsi ilə bağlı onlar arasında alqı-satqı müqaviləsi olmamışdır. O, istəyir ki, iddiaçı ona bir-iki sot torpaq sahəsi alıb versin, o, da evin həyətyanı torpaq sahəsini notariat qaydasında İddiaçı satsın. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X15 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 02 iyun 2004-cü il tarixli 230462 nömrəli müqavilədən görünür ki, ünvan 1-da yaşayan Vasovlar Sultan S.o.,Vasovlar Nəriman S.o.,Cavabdeh1 S.o. ünvan 1 ünvanında yerləşən 1700 kvadrat metr torpaq sahəsində yerləşən 1970-ci ildə tikilmiş, divarı çaydaşı, üstü şifer, yaşayış sahəsi-98.8 kv.m, ümumi sahəsi 127.7 kv.m-dən ibarət yaşayış evini 9.000 (doqquz min) ABŞ dollarına İddiaçı satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X17 Xidmət mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 380 nömrəli Balakən şəhəri, Xanlar küçəsi,ev 13 ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanmış arayışda göstərilmişdir ki,Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 2024344-78/572 nömrəli məktubuna əsasən bildirirəm ki, Balakən rayon Dövlət Notariat kontoru tərəfindən rəsmiləşdirilmiş xx.xx.2004cü il tarixli 4Ə-92 reyestr nömrəli alqı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-467A,KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X10 və X12 Balakən şəhəri ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 30 nömrəli arayışdan görünür ki, həqiqətən X13 adında Balakən bələdiyyəsinin təsərrüfat kitabının 51 nömrəli şəxsi hesabında 2005-ci il tarixdən Nəsimi küçəsi 6-da 0.09 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Torpaq vergiləri İddiaçı tərəfindən hal-hazıradək vaxtlı-vaxtında ödənilmişdir. İşdə olan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə ərizəsindən görünür ki, iddiaçı ödədiyi 100 manat dövlət rüsumu xərcini tələb etmir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin,məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 atasından miras qalmış, Balakən şəhəri Nəsimi küçəsi 6 ünvanında yerləşən 1700 kv.m torpaq sahəsində yerləşən, 1970-ci ildə tikilmiş, divarı çaydaşı, üstü şiferlə örtülmüş, yaşayış sahəsi 98,8 kv.m, ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evini 02 iyun 2004-cü il tarixdə İddiaçı 9000 (doqquz min) ABŞ dollarına satmışdır. Evin alqı-satqısı ilə bağlı Balakən Rayon Notariat Kontorunda 02 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və reyestrdə 4Ə-92 nömrə ilə qeydə alınmışdır. Evin həyətyanı torpaq sahəsi sənəd üzrə 1700 kv/m olsa da və alqı-satqı müqaviləsində 1700 kv/m göstərilsə də , faktiki olaraq İddiaçı evlə birlikdə Cavabdeh1 və onun ailə üzvülərinə ayrılmış 900 kv/m torpaq sahəsi satılmışdır.Lakin müqavilədə o dövrkü qanunvericiliyin tələbinə uyğun olaraq torpaq sahəsinin satılması ayrıca qeyd edilməmişdir. Alqı-satqı müqaviləsində satılmış evin torpaq sahəsinin 1700 kv/m göstərildiyindən, faktiki olaraq isə evlə birlikdə 900 kv/m torpaq sahəsi satıldığından iddiaçı aldığı evi və torpaq sahəsini mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilmir. Cavabdehlər isə satdıqları 900 kv/m torpaq sahəsinin alqısatqısı ilə bağlı notariat kontoruna getməkdən imtina edirlər.Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin birinci hissəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən Cavabdeh1, X5 və X4 vərəsəlik qaydasında mülkiyyətlərinə keçmiş,Balakən şəhəri Nəsimi küçəsi 6 ünvanında 1700 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini 02 iyun 2004-cü il tarixli 230462 nömrəli müqavilə əsasında İddiaçı satdıqda həmin 1700 kv/m torpaq sahəsini də İddiaçı mülkiyyətinə verməli idilər. Lakin məhkəmə iclasında müəyyən edildi ki,Cavabdeh1, X5 və X4 evi İddiaçı satarkən 1700 kv/m torpaq sahəsini evlə birlikdə İddiaçı mülkiyyətinə verməmişlər, Cavabdeh1 evlə birlikdə özünün və ailə üzvülərinin mülkiyyətinə verilmiş 900 kv/m torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı də bununla razılaşmışdır. Bu alqı-satqı isə notariat qaydasında təsdiq olunmamışdır. Tərəflər arasındakı hüquq münasibəti 02 iyun 2004-cü ildə yarandığından, bu iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı əqdi icra etmiş, tərəflər arasında bağlanmış 02 iyun 2004-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmış və əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını,qanunvericiliyin və konstitusiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin alqı-satqısı barədə 02 iyun 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, torpaq alqı-satqı müqaviləsi 1700 kv/m torpaq sahəsinə görə deyil. Faktiki satılmış 900 kv/m torpaq sahəsinə görə etibarlı hesab edilməlidir. Torpaq sahəsinin İddiaçı satılmaması barədə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki,F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmə işin hallarını, cavabdehlərə məxsus 900 kv/m torpaq sahəsinin 2004-cü ildən iddiaçının istifadəsində və sahibliyində olmasını,cavabdehlərin buna heç bir etirazlarının olmamasını nəzərə alaraq Cavabdeh1 etirazını əsaslı hesab etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 900 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 02 iyun 2004-cü il tarixli müqavilə etibarlı hesab edilməlidir.İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçının dövlət rüsumu olaraq ödədiyi 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış,ünvan 1 ünvanında yerləşən 900 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 02 iyun 2004-cü il tarixli müqavilə etibarlı hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-424/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-424/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver