Məhkəmə qərarları › İş №e-2(019)-430/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-430/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-430/2023 20.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı SOCAR İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Yeni Şərif kəndində yaşayan, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 743.90 (yeddi yüz qırx üç manat doxsan 90 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 774.30 (yeddi yüz yetmiş dörd manat 30 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700,M/H:AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X, AZ95İBAZ******************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı SOCAR İddiaçı nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, keçən müddət ərzində cavabdeh tərəfin tələb olunan borcu qismən ödədiyindən hazırda qaz hesabında 582.20 manat borcu olduğundan iddia tələbini azaltmaqla cavabdeh Balakən rayonu Yeni Şərif kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 582.20 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Muülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı SOCAR İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, SOCAR "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Yeni Şərif kəndində yaşayan Cavabdeh məxsus mənzildə 23359 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabına yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04110 saylı qaz hesabında ödənilməmiş 582.20 manat borc vardır və həmin borcun məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borc sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 582.20 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G-4T markalı **********8 nömrəli sayğacın müvafiq göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırki mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Hazırki iş üzrə xx.xx.2023-cü il və 01 iyun 2023 tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddiaya etiraz etdiyini, iddianın əsassız olduğunu, onun bu qədər qaz borcunun olmadığını, qaz borcunun əlavə olaraq ona yazıldığını, lakin bunu təsdiq edən heç bir sübutunun olmadığını göstərərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh hazırki mülki işin xx.xx.2023-cü il tarixə saat 10.40-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 23359 №-li Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, həmin müqavilə SOCAR İddiaçı İB-nin Zaqatala RQİİ-ilə Balakən rayonu Yeni Şərif kəndində yaşayan Cavabdeh arasında bağlanmış, tərəflər arasında Cavabdeh təbii qazın verilməsi və həmin qazın haqqının ödənilməsi ilə bağlı müqavilə üzrə öhdəliklər müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Cavabdeh **********04110 nömrəli abonent saldosundan görünür ki, Cavabdeh fevral 2023-cü il tarixə təbii qaz sərfiyyatı üzrə borcu 743.90 manat təşkil etmiş, mart 2023-cü il tarixdə müvafiq ödəniş əsasında borc azaldılmaqla 736.50 manat, aprel 2023-cü il tarixdə müvafiq ödəniş əsasında borc azaldılıb 707.95 manat təşkil etmiş, may 2023-cü il tarixdə müvafiq ödəniş əsasında borc azaldılmaqla 634.45 manat təşkil etmiş, qaz borcu ilə bağlı edilən müvafiq ödəniş əsasında Cavabdeh iyun 2023-cü il tarixə sayğac göstəricisinə əsasən təbii qaz sərfiyyatı üzrə borcu 582.20 manat təşkil etmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, SOCAR "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Yeni Şərif kəndində yaşayan Cavabdeh məxsus evdə 23359 №-li alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı evdə uzun müddət təbii qazdan İstifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04110 nömrəli abonent saldosunda fevral 2023-cü il tarixə təbii qaz sərfiyyatı üzrə borcu 743.90 manat təşkil etmiş, mart 2023-cü il tarixdə müəyyən ödəniş edilməklə bu rəqəm azaldılıb 736.50 manat, aprel 2023-cü il tarixdə müəyyən ödəniş edilməklə qaz borcu 707.95 manat təşkil etmiş, may 2023-cü il tarixdə müvafiq ödəniş əsasında azaldılmaqla qaz borcu 634.45 manat təşkil etmiş, qaz borcuna edilən müvafiq ödəniş əsasında Cavabdeh iyun 2023-cü il tarixə sayğac göstəricisi əsasında təbii qaz sərfiyyatı üzrə borcu 582.20 manat təşkil etmişdir. Həmin 582.20 manat borc da Cavabdeh abonent saldosunun sayğac göstəricisi üzrə qaz sərfiyyatı qrafasına daxil edilmişdir və ondan tələb edilir. Cavabdeh həmin borcu ödəmədiyi üçün İddiaçı İB cavabdehə qarşı 582.20 manat sayğac göstəricisinə əsasən qaz sərfiyyatı üzrə borc tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1, 598.2 və 598.3-cü maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur; əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.10-cu maddəsinə əsasən paylayıcının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-karf tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini təiəb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz payiayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yenə də həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı üə təsdiq edilən “Qazdan istifadə Qaydaları»na 2 saylı əlavə olan "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaiarı"nın tələblərinə əməl etməsi, təqsirli hərəkətiəri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları»nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. «Qazdan istifadə Qaydaları"nın 3-cü bənində əsasən, sayğacdan əvvəi qaz xəttinə qoşulma aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Tərəflər arasında imzanalmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi»nin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İşdəki sübutlardan görünür ki, Cavabdeh təbii qazdan istifadə etməklə onun sayğac göstəricisinə əsasən 582.20 manat məbləğində təbii qaz borcu yaranmışdır. Cavabdeh bu məbləği ödəməməklə onun tərəfindən iddiaçı təşkilata 582.20 manat məbləğində maddi ziyan vurulmuşdur. Beləliklə də, həmin 582.20 manat borc cavabdehdən alınaraq, iddiaçıya ödənilməli, bununla da iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. İş üzrə 20 aprel 2023-cü il və 01 iyun 2023-cü il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğunu göstərmiş və onun bu qədər qaz borcunun olmadığını, qaz borcunun əlavə olaraq ona yazıldığını bildirmişdir. Lakin Cavabdeh iddia tələbinə bu etirazının əsaslandırıldığı heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işdəki sübutlara əsasən hesab edir ki, cavabdehin iddiaya etirazı əsassızdır və qəbul olunmamalıdır. Belə ki, cavabdehin **********04110 saylı abonent saldosundan da görünür ki, Cavabdeh iddiaçı təşkilata olan 582.20 manat borcu qaz sərfiyyatı üzrə sayğac göstəricisinə əsasən hesablanmış borcudur və abonent saldosunun sayğac göstəricisi qrafasında yerləşdirilmişdir. Digər tərəfdən iş materiallarından və cavabdehin abonent saldosundan görünür ki, cavabdehin əvvəl fevral 2023-cü il tarixə yaranmış 743.90 manat borcu olmaqla həmin borc ondan tələb edilmiş, cavabdeh bu borca etiraz etməyərək, ondan müəyyən hissəni ödəməklə mart 2023-cü il tarixinə 736.50 manat qaz borcu yaranmış, eynilə yenidən bu qaz borcundan ödəniş edərək, aprel 2023-cü il tarixə 707.95 manat qaz borcu yaranmış, həmçinin həmin qaz borcundan yenidən ödəniş etməklə onun may 2023cü il tarixinə 634.45 manat qaz borcu yaranmış, yenidən bu borcdan ödəniş etməklə onun iyun 2023-cü il tarixinə 582.20 manat borcu yaranmışdır. Faktiki olaraq cavabdeh qaz borcundan aylar üzrə ödəniş etməklə sayğac göstəricisinə əsasən sərfiyyat üzrə qaz borcunun olmasını qəbul etmişdir. Onun qaz borcunun sayğac göstəricisinə əsasən iyun 2023-cü il tarixə 582.20 manat olması işdəki sübutlarla tam təsdiqini tapmışdır. Cavabdeh də onun iddiaçı təşkilata 582.20 manat qaz borcunun olmamasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlar cavabdehin iddia tələbinə etirazının heç bir faktoloji hala və hüquqi əsasa söykənmədiyini və əsassız olduğunu göstərir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 582.20 manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, ümumilikdə 612.60 (altı yüz on iki manat altmış qəpik) manat borc (pul) tutularaq SOCAR İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 582.20 manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, ümumilikdə 612.60 (altı yüz on iki manat altmış qəpik) manat borc (pul) tutularaq SOCAR İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar