Məhkəmə qərarları › İş №e-2(019)-431/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-431/2023

19.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-431/2023 19.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, iddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı2, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli və 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1i ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyata alınması barədə 07 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı1 vəsatətinə əsasən məhkəmə hazırlıq iclasında İddiaçı1 əsl İddiaçı3 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X4 02 noyabr 2009-cu ildə, X3 isə 26 fevral 2014cü ildə vəfat etmişdirlər. O və Cavabdeh1 mərhumların oğlu, digər İddiaçı3 isə mərhumların nəvəsi, onun isə oğludur. Balakən rayonu Qabaqçöl Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 05 yanvar 2006-cı il tarixli vəsiyyətnamə ilə mərhum ataları X23 özünə məxsus 0,25 ha torpaq sahəsini, orada inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini, həyətyanı torpaq sahəsində olan yardımçı tikililəri və mal damını nəvəsi İddiaçı3 vəsiyyət etmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, ünvan 1ində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum ataları X13 mülkiyyətinə verilmiş, hüquqları JN seriyalı 335 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2009-cu il tarixli 01 nömrəli qərarına əsasən, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 2283.83 kv.m həyətyanı torpaq sahəsi X13 mülkiyyətinə verilmiş, adına A seriyalı 161588 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq 05 may 2009-cu il tarixdə X27 kitabında uçota alınmışdır. Mərhum ataları X13 vəfatından sonra, ona məxsus evdə arvadı (anaları) X18 və iddiaçılar yaşamışlar, mərhumun dəfn mərasimini yola salmış, hazırki vaxtadək mərhumdan qalmış miras əmlakı idarə etmiş, orada yaxşılaşma işləri aparmış, həyətyanı və pay torpaq sahəsinin vergilərini ödəmiş, işıq, qaz və su kimi kommunal xərcləri ödəmişdir. Beləliklə iddiaçılar mərhum valideynlərindən qalmış miras əmlaka faktiki olaraq yiyələnmişlər. Cavabdeh1 həmin müddətdə özünə məxsus ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evində yaşamışdır. O,yalnız atalarının hələ sağlığında maddi vəziyyəti ağır olduğu üçün onun istifadəsinə verdiyi ünvan 1ində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmişdir. O, mərhumlardan miras qalmış əmlakı formal və qeyri-formal qaydada qəbul etməmişdir. İddiaçılar mərhumlardan qalmış miras əmlakın rəsmiləşdirilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən onlara məlum olmuşdur ki, mərhum ataları X23 özünə məxsus əmlakı vəsiyyət etməsinə, vəsiyyətnamədə nəzərdə tutulmayan digər əmlakları mərhum anaları X18 və o, faktiki olaraq qəbul etməsinə baxmayaraq, mərhumun Kapital Bank ASC-nin Balakən filialında olan əmanət hesabındakı pul vəsaitinə 04 sentyabr 2012ci il tarixdə tam şəkildə mərhum anaları X9 adına 2 V-1178 reyestr nömrəli şəhadətnamə verilmiş, Cavabdeh1 isə Balakən rayon Qabaqçöl qəsəbə icra nümayəndəliyindən 06 yanvar 2023-cü il tarixli 01 nömrəli saxta arayış əldə etmiş, həmin arayışı təqdim edərək mərhum ataları X10 miras qalmış 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Balakən rayon Qabaqçöl qəsəbə icra nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli 01 nömrəli saxta arayışında qeyd olunmuşdur ki, mərhum ataları X23 və anaları X9 yas mərasimini oğlu Cavabdeh1 yola salmış, bütün xərcləri çəkmiş, mərhum valideynlərinə məxsus əmlakı onların ölümündən sonra idarə etmişdir. Mübahisə ilə bağlı məhkəməyə sübutlar toplanarkən müdafiəçi tərəfindən Balakən rayon Qabaqçöl qəsəbə icra nümayəndəliyinə təkrar eyni məzmunlu sorğu edilmiş, sonuncu 03 mart 2023-cü il tarixli 27 nömrəli məktubla cavabdehə təqdim etdiyi arayışda qeyd olunanları təkzib etmiş, mərhumların ölümündən sonra başqa şəxsin qeydiyyatda olmaması səbəbli təsərrüfatın bağlandığını, təsərrüfatın kimin istifadəsində olması, kimin sahiblik etməsi barədə nümayəndəlikdə məlumatın olmamasını göstərmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı2 izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, mərhum X23 və X18 onun və İddiaçı2 valideynləridir. Atası 2009-cu ildə vəfat etmiş, ona kimi valideynlərinə o, arvadı və oğlu baxmışlar. Şəhmir ailə üzvüləri ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır,hal-hazıra kimi də orada yaşayır. Atası vəfat etdikdə yas mərasimini o təşkil etmiş, yas mərasiminin xərcini o çəkmişdir. Həmin vaxt Şəhmir və ailə üzvüləri Rusiya Federasiyasında olmuşlar. Yasın üçüncü günü Şəhmir gəlmiş, 9 gün qaldıqdan sonra yenidən Rusiya Federasiyasına getmişdir.Atasının vəfatından sonra atasına məxsus evdə anaları X18 və onun qızı yaşamışdırlar.Atasının ölümündən bir neçə ay sonra Şəhmir anaları Tamanı Rusiya Federasiyasına aparmışdır. Anası ölənə kimi orada yaşamışdır. X3 26 fevral 2014-cü ildə Rusiya Federasiyasında vəfat etmiş, Şəhmir digər qardaşı ilə birlikdə onun meyitini Balakənə gətirmişdir. Onlar birlikdə anasının yas mərasimini keçirtmişlər.Anasının vəfatından sonra Şəhmir onun atasına məxsus evə və həyətyanı torpaq sahəsinə girməsinə imkan verməmiş, evin və həyətin açarını öz qaynına vermişdir. O,vaxtdan da ev və torpaq sahəsinə nəzarəti Şəhmirin qaynı Tələt edir.X4 ölməmişdən əvvəldən özünə məxsus 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona vermiş, hal-hazıra kimi də həmin torpaq sahəsindən o istifadə edir. Ataları İddiaçı2 özünə məxsus 0,25 ha torpaq sahəsini, orada inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini, həyətyanı torpaq sahəsində olan yardımçı tikililəri və mal damını nəvəsi İddiaçı3 Şəhmir oğluna vəsiyyət etmişdir. Onun bundan məlumatı olmuşdur.Sonralar atası ona demişdir ki, “onlar mənə baxmırlar, vəsiyyətnaməni sənə verəcəm”.Atası ölənə kimi anasının da, özünün də baş daşını özü düzəltdirmişdi. Atasının da, anasının da yasını o vermişdir.İddia tələbi əsassızdır.Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı etiraf etməyərək сavabdeh Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsinin , Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, İddiaçı2 və Cavabdeh1 tanıyır,heç biri ilə qohumluğu və ədavəti yoxdur. Şəhmir yaxın qonşusudur, Onlar 3 qardaşdırlar. 2009-cu ildə ataları X23, 2014-cü ildə isə anaları X18 rəhmətə gedibdir. Anaları Rusiyada vəfat etmiş, oradan onu Azərbaycana Şəhmirlə ortancıl qardaşları Kamalpaşa gətirmişlər. Onlar da yası “yola salmışlar”. Ataları ölən zaman onların evində kimin olmasını, onun yasını kimin yola salmasını deyə bilmir. Çünki həmin vaxtlar o, Rusiyada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki,İddiaçı2 tanıyır, qonşusudur. Tofiqi də qonşusunun oğlu kimi tanıyır. 2009-cu ildə ataları X23 ölən vaxtda Şəhmir Rusiyadan gəlmişdir. Atasının yasını Şəhmir də, Tofiq də yola salmışdır. Atası öləndən sonra bir müddət anaları atalarının evində yaşamış, sonra Şəhmir analarını da Rusiyaya aparmışdır. Anaları 2014-cü ildə Rusiyada ölmüş, Şəhmir qardaşı Kamalpaşa ilə anasının meyitini Rusiyadan gətirib yasını Tofiqlə birgə yola salmışlar.Sonra Şəhmir geri Rusiyaya qayıtmışdır. Valideynlərinin sağlığında Şəhmir Rusiyaya gedənə kimi ailəsi ilə birlikdə valideynləri ilə yaşamışdır. Tofiq də atası evinə gəlib gedirdi. Anaları öldükdən sonra Şəhmir evin açarlarının özünün qaynına vermiş, o vaxtdan evə nəzarəti qaynı İddiaçı1 edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, İddiaçı2 tanıyır, uşaqlıq qonşusudur. Tofiqi də tanıyır. O valideynlərinin evindən çoxdan çıxıb, ailəsi ilə birgə yaşayır. 2009-cu ildə ataları X23 ölən vaxtda Şəhmir Rusiyadan gəlmişdir. Atasının yasını Şəhmir də, Tofiq də yola salmışlar. Sonra Şəhmir analarını da aparıb Rusiyaya getmişdir. Anaları 2014-cü ildə Rusiyada olmüş, Şəhmir ortancıl qardaşı Kamalpaşa ilə birlikdə anasının meyitini Rusiyadan gətirib yasını birgə yola salmışdır. Sonra Şəhmir geri Rusiyaya qayıtmışdır. Onlar 3 qardaşdırlar. Tofiqin öz evi var, 1982-ci ildən o ayrıca öz evində yaşayır. Şəhmirin Balakəndə öz evi yoxdur. O, Balakənə gələndə həmişə atası evində qalmışdır. Onların atalarının pay torpaqları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Balakən Rayon İcra Hakimiyyəti Qabaqçöl qəsəbəsi üzrə icra nümayəndəsi işləyir. 06 yanvar 2023-cü il tarixdə Cavabdeh1 ona müraciət edərək mərhum valideynləri X23 və X5 miras qalmış əmlaklara vərəsəlik açdırmaq uçun ona arayış verilməsini xahiş etmişdir. O,Tofiqin qardaşlarının Rusiyada yaşadıqlarını bildiyindən, yasda Tofiqi gördüyündən mərhum X13 və X9 yas mərasimini oğlu Cavabdeh1 yola salması,bütün xərcləri özünün çəkməsi, mərhumlara məxsus əmlakı onların ölümündən sonra idarə etməsi barədə ona arayış vermişdir.2023-cü ilin mart ayında Şəhmirin vəkili yenidən ona miras əmlakla bağlı müraciət edəndə o vərəsələr arasında mübahisə olduğunu bilmiş, ətraflı araşdırma aparmış və 03 mart 2023-cü il tarixdə “Balakən rayon Qabaqçöl qəsəbə sakinləri 02 noyabr 2009-cu ildə vəfat etmiş X23 və 26 fevral 2014-cü ildə vəfat etmiş X9 təsərrüfatı, həmin təsərrüfatda başqa qeydiyyatda heç kim olmadığı üçün bağlanmışdır. 2014-cü ildən sonra həmin təsərrüfatda kim sahiblik etdiyindən və kimin istifadəsində olması barədə məlumatımız yoxdur” məzmununda arayış vermişdir. Onda miras əmlakı kimin idarə etməsi barədə dəqiq məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən Rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 355 nömrəli məktubda göstərilmişdir ki, “Vəkillilik fəaliyyəti ilə əlaqədar hüquqlarını təmsil etdiyiniz İddiaçı2 mülki işi İlə əlaqədar mərhumlar X10 və X6 miras qalmış əmlaklarla (həyətyanı və pay torpaq sahələri) ilə bağlı vərəsə Cavabdeh1 (Məmməd) oğlunun mülkiyyət hüququnun qeydiyyata alınıb-alınmaması ilə bağlı məlumatların verilməsinin təmin edilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatata Ərazi İdarəsində baxılmışdır. Sorğunuzun icrası olaraq məlumat veririk ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən mərhum X13 adına tərtib olunmuş JN-335 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunan ünvan 5i ərazisində yerləşən 0,3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-025 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə" sənədinə əsasən (X13 vərəsəsinin onun oğlu Cavabdeh1 olması barədə) xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Cavabdeh1 adına ərazi idarəsində qeydiyyata alınmışdır. X1 və X11 mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsi üzərində hər-hansı əməliyyatın aparılması ilə bağlı ərazi idarəsində məlumat aşkar olunmamışdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 15 fevral 2023-cü il tarixli 3-21-3-47/2-Ə-00xx-xx/2023-561 nömrəli məktubda göstərilmişdir ki, “Mərhum atanız X10 miras qalmış 0,38 ha torpaq sahəsi İlə bağlı mübahisə olduğundan məhkəməyə müraciət edilməsi üçün sənədlər toplanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasının dayandırılması barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır.Müraciətinizlə bağlı olaraq bildiririk ki, əmlak üzərinə həbs və ya hər-hansı bir əməliyyatın aparılmaması barədə qadağa mövcud qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qərarı əsasında qoyulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsində qeyd olunur ki, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Məcəllənin 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1~cİ maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunanlarla yanaşı olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.Odur ki, yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən, mərhum atanız X10 miras qalmış 0,36 ha torpaq sahəsi üzərində əməliyyatların aparılmaması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 18 saylı Zaqatala Ərazi İdarəsinə məhkəmədən məlumat daxil olduğu təqdirdə qeydiyyat məhkəmədə iş həli olunanadək dayandırılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş A seriyalı 161588 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2009-cü il tarixli 01 nömrəli qərarı ilə X16 2283.83 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki,X13 vərəsəsi X14r. Miras əmlak "xxxx" ASC-in Balakən filialında miras qoyanın 341 manatıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir: “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2009-ci il tarixdə vəfat etmiş-X13 vərəsəsi: arvadı X18 idi,- lakin onun xx.xx.2014-ci ildə vəfat etməsi ilə əlaqədar miras ünvan 4 ünvanında qeydiyyatda olan oğlu -Cavabdeh1 (AZE 0*******, xx.xx.2010 - Balakən RPŞ, fın:xxxxxxx, d/t:24.01*958) keçir və o miras əmlakdan tam hissədə irs almalıdır. -şəhadətnamə verilən miras əmlak -Balakən rayon DTXK tərəfindən xx.xx.1999 tarixdə X16 verilmiş seriya nömrəsi JN;335, KOD: 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsindən ibarətdir. - DƏDRX-dən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi B-09 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 5i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməslnə qadağan qoyulmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 335 KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən X16 ünvan 1i ərazisindən 0.38 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qabaqçöl Qəsəbə İcra nümayəndəliyi tərəfindən 06 yanvar 2023-cü il tarixdə verilmiş 01 nömrəli arayışda göstərilmişdir ki; “mərhum X13 və X9 yas mərasimi oğlu Cavabdeh1 yola salmışdır. Və bütün xərcləri özü çəkmişdir,mərhumlara məxsus əmlakı onların ölümündən sonra idarə etmişdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qabaqçöl Qəsəbə İcra nümayəndəliyi tərəfindən 03 mart 2023-cü il tarixdə verilmiş 27 nömrəli arayışda göstərilmişdir: “sizin 20 fevral 2023-06-19 cü il tarixli 4/2223-01 saylı sorğunuza cavab olaraq bildiririk ki, Balakən rayon Qabaqçöl qəsəbə sakinləri 02 noyabr 2009-cu ildə vəfat etmiş X23 və 26 fevral 2014-cü ildə vəfat etmiş X9 təsərrüfatı, həmin təsərrüfatda başqa qeydiyyatda heç kim olmadığı üçün bağlanmışdır. 2014-cü ildən sonra həmin təsərrüfatda kim sahiblik etdiyindən və kimin istifadəsində olması barədə məlumatımız yoxdur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qabaqçöl Bələdiyyəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə verilmiş 02 nömrəli arayışda göstərilmişdir: “Verilir həmin arayış İddiaçı2 Məhəmməd oğluna ondan ötrü ki, 2009-2020-ci ilə qədər adına olan vergi borcunu özü ödəyib,2021-2022-ci illərin öz adına vergi borcunu isə qardaşı Cavabdeh1 ödəyib”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 yanvar 2006-cı il tarixli vəsiyyətnamədə göstərilmişdir ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yaşayan X23 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə özünə məxsus bütün əmlakını, o, cümlədən 0.25 ha torpaq sahəsini, çay daşı və kərpicdən hörülmüş 03 otaqlı evini, həyətində olan yardımçı tikililəri, mal damını nəvəsi İddiaçı3 Şəhmir oğluna vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 1 soveti tərəfindən 10 fevral 1969-cu ildə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1969-cu ildə anadan olmuş, atası X24, X3 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 1 icra nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV- seriyalı 407277 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Şəhmir oğlu xx.xx.1996-cı ildə anadan olmuş, atası İddiaçı2, anası X32 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qabaqçöl qəsəbəsi tərəfindən 17 iyul 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 548401 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X23 02 noyabr 2009-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qabaqçöl qəsəbəsi tərəfindən 11 mart 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 648566 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 26 fevral 2014-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 5 noyabr 1956-cı il tarixdə verilmiş İ-İE seriyalı 044532 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki,X23 ilə X20 arasında 05 noyabr 1956-cı ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Əhmədova soyadı verilmişdir. Məhkəmə iddiaçının,onun nümayəndəsi və vəkilinin, Cavabdeh1, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı3 digər İddiaçı2 oğludur. Cavabdeh1 isə İddiaçı2 qardaşıdır.Onların valideynləri X23 və X18 olmuşdur. X23 və X9 Tofiq və Şəhmirdən başqa Kamalpaşa adlı üçüncü uşaqları da vardır .O,da Rusiya Federasiyasında yaşayır.Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən,ünvan 1ində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmiş,hüquqları JN seriyalı 335 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2009-cu il tarixli 01 nömrəli qərarına əsasən, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 2283.83 kv.m həyətyanı torpaq sahəsi X13 mülkiyyətinə verilmiş, adına A seriyalı 161588 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq 05 may 2009-cu il tarixdə X27 kitabında uçota alınmışdır. X2 rayonu Qabaqçöl Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 05 yanvar 2006-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakı, o cümlədən 0,25 ha torpaq sahəsini, orada inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini, həyətyanı torpaq sahəsində olan yardımçı tikililəri və mal damını nəvəsi İddiaçı3 Şəhmir oğluna vəsiyyət etmişdir. X23 02 noyabr 2009-cu ildə ölmüşdür. Onun ölümündən sonra miras əmlak olan, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsi Cavabdeh1, digər miras əmlaklar isə X9 və İddiaçı2 sahibliyində və idarəçiliyində olmuşdur. Balakən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu Səfərov tərəfindən 02 noyabr 2009-cu ildə ölmüş X13 vərəsəsi olaraq X15 miras əmlak olan, "xxxx" ASC-in Balakən filialında miras qoyana məxsus 341 manata görə xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.X18 26 fevral 2014-cü ildə ölmüşlər.Onun ölümündən sonra da ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsi Cavabdeh1, digər miras əmlaklar isə İddiaçı2 sahibliyində və idarəçiliyində qalmışdır. Hazırda da miras əmlakdandan eyni qaydada istifadə olunur. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 02 noyabr 2009-cu ildə ölmüş mərhum X13 vərəsəsinin arvadı X9 olması,onun xx.xx.2014-ci ildə vəfat etməsi ilə əlaqədar mirasın oğlu -Cavabdeh1 (AZE 0*******, xx.xx.2010 - Balakən RPŞ, fın:xxxxxxx, d/t:24.01*958) keçməsi, onun miras əmlakdan- Balakən rayon DTXK tərəfindən xx.xx.1999 tarixdə X16 verilmiş seriya nömrəsi JN;335, KOD: 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsindən tam hissədə irs almasına dair 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Notarius sözügedən vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən mərhumun digər qanun və vəsiyyət üzrə vərəsələrini çağırmamış, vərəsələrin dairəsini müəyyən etməmiş, miras əmlakla bağlı vəsiyyətnamə olduğunu nəzərə almamışdır.Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən və mirasa pay müəyyən edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.Buna görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqlarm müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəalarm başqa cür qəbul edilməsi mülkiyyət növləri arasmda ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır; notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir; 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır; müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 95-ci bəndinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələr və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 102-ci bəndinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin, rayon icra hakimiyyətinin və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 96-cı bəndinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə (əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması) əsasən, miras şərikləri arasından mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X17 Haqqında” Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin» presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və X17 Haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı”işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Məhkəmə “Sporronq və Lonnpot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən mərhumun digər qanun və vəsiyyət üzrə vərəsələrini çağırmamasını, vərəsələrin dairəsini müəyyən etməməsini, miras əmlakla bağlı vəsiyyətnamə olduğunu nəzərə almamasını,qanunvericiliyin tələblərinin pozulmasını, eyni zamanda miras əmlak olan ünvan 1i ünvanında yerləşən,0.3833 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Cavabdeh1 adına ərazi idarəsində sözügedən şəhadətnamə əsasında qeydə alınmasını, həmçinin 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi vaxtdan 10 ildən artıq müddət keçməsini, həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən verilmiş 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında verilmiş ünvan 1i ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə 07 fevral 2023-cü il tarixli, ********** nömrəli qeydiyyat ləğv edilməlidir. İddia tələbi 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tutulub iddiaçılar İddiaçı2 və İddiaçı3ə verilməli, 50 manatı isə iddiaçılar İddiaçı2 və İddiaçı3 özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən verilmiş 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin; həmin şəhadətnamə əsasında verilmiş ünvan 1i ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə 07 fevral 2023cü il tarixli, ********** nömrəli qeydiyyat ləğv edilsin. İddia tələbi 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə aid hissədə təmin edilməsin. 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tutulub iddiaçılar İddiaçı2 və İddiaçı3ə verilsin, 50 manatı isə iddiaçılar İddiaçı2 və İddiaçı3 özlərinə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar