Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-441/2025 07.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsini əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Balakən şəhəri A.Məmmədov küçəsi 58-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 646.47 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 manat rüsum xərcləri, ümumilikdə isə 676.47 manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edib, Balakən Rayon Məhkəməsinin icraatında Cavabdeh qarşı borcun tutulması tələbi ilə e-2(019)-386/2025 saylı mülki iş mövcud olduğundan hazırki mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki kiçik iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 266-268 və 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən (Elektron hökümət ödəniş portalı, xx.xx.2025-ci il tarix, ********** nömrəli qəbzlə) ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-441/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-441/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver