Məhkəmə qərarları › İş №e-2(019)-442/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-442/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-442/2025 05.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair ərizəni Balakən Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- Balakən rayonu Katex kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 762 (yeddi yüz altmış iki) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat rüsum xərcinin, ümumilikdə isə 792.40 (yeddi yüz doxsan iki manat qırx qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ**********0000002944, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. İş materiallarından görünür ki, iddiaçı İddiaçı 03 mart 2025-ci il tarixdə Cavabdeh qarşı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh- Balakən rayonu Katex kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 762 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30.40 manat rüsum xərcinin, ümumilikdə isə 792.40 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ**********0000002944, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə e-2(019)- 385/2025 nömrəli mülki iş Balakən Rayon Məhkəməsinin icraatındadır. Ona görə də, məhkəmə hesab edir ki, kiçik iddialara dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin: 284-4.2-ci maddəsinə əassən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 284-4.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi tələbi barədə kiçik iddialara dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar