Məhkəmə qərarları › İş №e-2(019)-443/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-443/2023

20.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-443/2023 20.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Mövluddinoviçin və cavabdeh SOCAR Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mövluddinoviçin cavabdeh SOCAR Cavabdehnə qarşı əsassız ödənilmiş pulun və maddi ziyanın (çəkilmiş xərclərin) ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mövluddinoviç cavabdeh SOCAR Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X5 İdarəsi tərəfindən mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilində qazdan istifadə ilə bağlı əsassız olaraq artıq ödənilmiş 294 manat pulun geri qaytarılması və 250 manat maddi ziyanın (çəkilmiş xərclərin) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mövluddinoviç iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində ünvan 2 ünvanında mənzili vardır. 13 sentyabr 2019-cu il tarixdə yaşadığı mənzilə istifadə etdiyi qaz sərfiyyatına görə 197 manat borcunun olması və 5 gün ərzində borcunu ödəməyəcəyi təqdirdə qaz verilişinin dayandıralacağı barədə Cavabdeh Zaqatala X5 İdarəsi tərəfindən xəbərdarlıq gəlmişdir. Bununla bağlı Zaqatala X5 İdarəsinə müraciət etdikdə ona sayğacının smart sayğacı ilə dəyişdirilməsini təklif etmişlər. O da bununla razılaşmışdır. 26 oktyabr 2019-cu il tarixdə Cavabdeh Zaqatala X5 İdarəsinin əməkdaşları tərəfindən sayğacı yeni smart sayğacı ilə əvəz edildi. Daha sonra 28 oktyabr 2019-cu il tarixdə nəzarətçi yaşadığı evə gələrək, smart kartla ödəniş qaydasını izah etdi. İlkin olaraq o, smart karta 20 manat yükləmiş və sayğaca oxutmuşdur. Sayğac hesabından 15 manat pul tutuldu, 5 manat qaldı, daha sonra 40 manat yüklədi, 30 manat pul tutuldu. Beləliklə 65 gündə 400 manat pul ödəmişdir. Bununla bağlı yenidən Zaqatala X5 İdarəsinə müraciət etdikdə ona izah edildi ki, həmin puldan 196 manat əvvəldən qalan borcuna görə, 106 manat pul isə qaz sərfiyyatı üçün alınmışdır (196+106+302 manat). Lakin yerdə qalan 98 manatın kartdan nə üçün silindiyini izah edə bilmədilər. Dedilər ki, hər halda istifadə etmişdir. Zaqatala X5 İdarəsindən bununla bağlı yoxlamanın aparılmasını tələb etdikdə, ona məhkəməyə müraciət etməyini təklif etdilər. O, 2 il 9 ay üçün abonent saldosunun təqdim edilməsini xahiş etmişdir. Abonent saldosunu yoxlayarkən 550 manat onun adına artıq borc yazıldığını görmüşdür. Bununla bağlı dəfələrlə Zaqatala X5 İdarəsinə 2 il 9 ayın ödənişlərinin yoxlanılmasını təklif etsə də, bununla razı olmadılar. Halbuki abonent saldosunu yoxlasalar, onun borcunun olmadığı məlum olar. Çünki o, bütün ödənişləri Qaz İdarəsi tərəfindən verilmiş bildirişlər əsasında etmişdir. Bunu sübut edən ödəniş çekləri vardır. Əlavə olaraq bildirir ki, Zaqatala X5 İdarəsinə ünvanladığı 16 oktyabr 2019cu il tarixli ərizəsində smart karta edəcəyi ödənişlərdən 50 % hesablanmış borcun tutulmasını xahiş etmişdir. Lakin smart kartından 75 % pul tutulmuşdur. Bununla bağlı ondan 294 manat artıq pul tutulmuşdur. Həmçinin bu məsələ ilə bağlı olaraq yaşadığı Balakən rayonundan Zaqatala rayonunda yerləşən Zaqatala X5 İdarəsinə gediş-gəliş üçün 250 manat yol xərci çıxmışdır. Cavabdeh Zaqatala X5 İdarəsi qanunsuz və əsassız olaraq ona 294 manat artıq debitor borcu hesablamışdır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh SOCAR Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsi olduğundan və qətnamə qanuni qüvvəyə mindiyindən hazırki mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Mövluddinoviç Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, ondan tutulan 294 manat və yola xərclənən 250 manat pulun ona qaytarılmasını xahiş etmiş, həmin iddia təmin olunmamışdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsi ilə də İddiaçı Mövluddinoviçin Cavabdehnə qarşı ondan tutulan 294 manat pulunu və yola xərclənən 250 manat pulun ona qaytarılması tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırki mülki iş üzrə tərəflər qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-640/2021 saylı qətnaməsinin qəbul edildiyi mülki işin tərəfləri ilə eynidir, həmin iddiaların predmetləri və əsasları da eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, hazırki iddia qaz istehlakçısının hüquqlarının pozulması ilə əlaqədar verilən iddia olduğundan İddiaçı Mövluddinoviç tərəfindən bu iddianın qaldırılması üçün dövlət rüsumu ödənilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı Mövluddinoviçin cavabdeh SOCAR Cavabdehnə qarşı əsassız ödənilmiş pulun qaytarılması və maddi ziyanın (çəkilmiş xərclərin) ödənilməsi tələbinə dair № e-2(019)-443/2023 saylı mülki iş üzrə icraata, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməli, tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Mövluddinoviçin cavabdeh SOCAR Cavabdehnə qarşı əsassız ödənilmiş pulun qaytarılması və maddi ziyanın (çəkilmiş xərclərin) ödənilməsi tələbinə dair № e- 2(019)-443/2023 saylı mülki iş üzrə icraata, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsasına görə xitam verilsin; tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar