Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-444/2022 24.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi Möhmədili qızının iştirakı ilə, Ərizəçi Möhmədili qızının hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Möhmədili qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN- 1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X51 sənədinin ona, yəni Ərizəçi və həmçinin mərhum X14na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Onun valideynləri- atası X6 və anası X2 rayon Katex kənd sakinləri olmuş və vəfat etmişdirlər. Nikahlarını 30.08.1972-ci il tarixdə 17 sayla Balakən rayon Katex kənd sovetində rəsmiləşdirməklə Balakən rayonunun Katex kənd sakini X28 ilə evlənmişlər. O, ərə getdikdən sonra ərinin soyadı olan Nuriyeva soyadını qəbul etmişdir. X14 13.08.2018-ci il tarixdə vəfat etmişdir. Dövlət tərəfindən Aqrar İslahat aparılarkən onun və ailə üzvlərinin payına JN-1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X50 əsasən 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hal-hazırda mülkiyyətinə verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı ünvan 1 ünvanlanmış məktubda bildirilmişdir ki, Torpağa Mülkiyyət Hüququna X51 sənədində onun və həyat yoldaşı Ramazanın soyadı Nuriyev əvəzinə “ Piriyev”, həmçinin onun adı Aşa əvəzinə “ Ayşa” və atasının adı Möhmədili əvəzinə “ Məmmədnuru” kimi qeyd olunmuşdur. Buna görə də “ Çıxarış” ın verilməsi qeyri- mümkün olur. Qeyd etmək istəyir ki, onların soyadı Nuriyevdir. Belə ki, ailələrinn adına verilmiş Dövlət Aktında uşaqları Arzu və İlhamın soyadı Nuriyev kimi qeyd olunub. Onların doğum şəhadətnamələrində də soyadları Nuriyevdir. Bundan başqa əri Ramazanın adına Balakən rayon Katex kənd soveti tərəfindən verilmiş 25 oktyabr 1949-cu il tarixdə 65 sayla qeyd edilmiş İE N 206767 saylı doğum haqqında şəhadətnamədə onun və valideynlərinin soyadı Nuriyev kimi göstərilib. Həmçinin Ramazanla aralarında nikahın bağlanması barədə olan X11 də onların soyadları Nuriyev kimi qeyd edilib. Bundan başqa Balakən rayon Dövlət Arxivinin arayışında da Balakən rayon Katex kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarında əri və onun soyadı Nuriyev kimi qeyd olunub. Həmçinin onun adına 03 sentyabr 1954-cü il tarixdə 79 sayla Balakən rayon Katex kənd sovetində İJ N 203286 sayla qeydə alınmış doğum haqqında şəhadətnamədə onun adı Aşa, şəhadətnamənin ata qrafasında isə atasının ad və soyadı X4 qeyd olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi Dövlət Aktında olan səhvlərə görə ailələrinin mülkiyyətində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd ala bilmir. Belə olan halda da vərəsəliyin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Notariusa da müraciət edə bilmir. Buna görə də hüquqmüəyyənedici sənədin ona və mərhum X14na məxsus olması faktının müəyyən edilməsi tələbi ilə Məhkəməyə müraciət etməli olmuşdur.Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və Nuriyeva Ziyafət Şamsulhuda qızı ifadələrində göstərmişlər ki, JN:1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X48 göstərilən X29 ilə X27 və Piriyeva Ayşa Məmmədnuru qızı ilə Ərizəçi Möhmədili qızı eyni şəxslərdir. Belə ki, Ərizəçi və onun mərhum əri Ramazan Nuriyevin soyadları Piriyev deyil, Nuriyevdir. Həmçinin ərizəçinin adı Aşa, atasının adı isə Möhmədilidir. Lakin həmin Dövlət Aktında səhv olaraq ərizəçinin adı Ayşa,soyadı Piriyeva,atasının Məmmədnuru kimi, onun mərhum əri X5 isə Piriyev kimi göstərilmişdir. Həqiqətən də JN:1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X48 göstərilən X16 ilə Ərizəçi və X29 ilə X40 oğlu eyni şəxsdirlər və həmin torpaq da Ərizəçi Möhmədili qızı tərəfindən istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X45 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarı ilə Balakən rayonu Katex kəndində 1.19 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X18, Piriyeva Ayşa Məmmədnuru qızının, X19 və X20 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Katex kənd soveti tərəfindən 30 avqust 1972-ci il tarixdə verilmiş AZ seriyalı 200751 nömrəli evlçənmək haqqında şəhadətnamədən görünür ki, X28 ilə Qalayçiyeva Aşa Möhmədili qızı arasında 30 avqust 1972-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Nuriyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Katex kənd soveti tərəfindən 11 sentyabr 1954-cü il tarixdə verilmiş İJ seriyalı 203286 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Qalayçiyeva Aşa Möhmədili qızı 18 avqust 1954cü il tarixdə anadan olmuş, atası X6, anası X10 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 07.05.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı, adı və atasının adı Ərizəçidır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Katex kənd soveti tərəfindən 26 oktyabr 1949-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X28 01.09.1945-ci ildə doğulmuş, atası Nuriyev Yunus İsmail oğlu, anası X30 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 sentyabr 2018-ci il trarixdə verilmiş AZ-İ seriyalı 956150 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X28 13.08.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018 ilin 09 ayının 11 günündə 109 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq ediln Balakən rayonu Katex kənd soveti tərəfindən 28 dekabr 1979-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı 414036 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X31 12 noyabr 1979-cu ildə anadan olmuş, atası X28, anası Ərizəçi Möhmədili qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Katex kənd soveti tərəfindən 21 mart 1977-ci il tarixdə verilmiş İV-JQ seriyalı 411444 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X32 11 mart 1977-ci ildə anadan olmuş, atası X28, anası Ərizəçi Möhmədili qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi Möhmədili qızına ünvanladığı 05 mart 2022-ci il tarixli **********93 nömrəli məktubunda göstərilir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair “Dövlət Aktı" sənədində düzəliş edərək mülkiyyətçilərin adının şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilərək 1,19 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’’ X38 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır.Ərizəsinin icrası ilə bağlı məlumat verilir ki, ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1429 nömrəli Torpağa Mülkiyyət Hüququna X51 sənədində düzəlişlərin edilməsi «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X39 18 saylı Zaqatala Ərazi İdarəsini səlahiyyətləri daxilində deyildir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun-9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11-1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədləp bu hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına altnmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır. 1 İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayonu İcra Hakimiyyəti Balakən rayonu Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.05.2022-ci il tarixli 428 nömrəli arayışdan görünür ki, JN-1429 KOD 40105018 saylı Dövlət aktında adı qeyd olunmuş mərhum Nuriyev Ramazan Yunus oğlu ilə X29 və Ərizəçi ilə Piriyeva Ayşa Məmmədnuru qızı eyni şəxslərdirlər. İşdə olan 29.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi Möhmədili qızı xx.xx.1954-cü ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Ərizəçinin valideynləri- atası X6 və anası X1 rayon Katex kənd sakinləri olmuş və vəfat etmişlər. Ərizəçi nikahlarını 30.08.1972-ci il tarixdə 17 sayla Balakən rayon Katex kənd sovetində rəsmiləşdirməklə Balakən rayonunun Katex kənd sakini X28 ilə evlənmişdir. O, ərə getdikdən sonra ərinin soyadı olan Nuriyeva soyadını qəbul etmişdir. Ərizəçinin X14 13.08.2018-ci il tarixdə vəfat etmişdir. Dövlət tərəfindən Aqrar İslahat aparılarkən onun və ailə üzvlərinin payına JN-1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X50 əsasən 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ərizəçi mülkiyyətimə verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Bununla bağlı ərizəçi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Həmin 18 saylı Ərazi İdarəsi Torpağa Mülkiyyət Hüququna X51 sənədində ərizəçinin və həyat yoldaşı Ramazanın soyadı Nuriyev əvəzinə “ Piriyev”, həmçinin ərizəçinin adı Aşa əvəzinə “ Ayşa” və atasının adı Möhmədili əvəzinə “ Məmmədnuru” kimi qeyd olunduğu üçün ərzəçinin adı, soyadı və atasının adı ilə bağlı bu uyğunsuzluğun aradan qaldırılmasından və çıxarış verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin torpaq sahəsi ərizəçinin istifadəsindədir. Ərizəçi hüquqmüəyyənedici sənədin ona və mərhum ərinə məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə mərhum ərinə məxsus əmlaka dair vərəsəlki sənədi almaq və özünə məxsus olan torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qanunvericiliyin və Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinin tələbləri əsasında hazırki işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki halda hüquqmüəyyənedici sənədin ərizəçiyə və onun mərhum ərinə məxsus olması faktının müəyyən olunması üçün qeyd edilən şərtlər- JN-1429, KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X48 Ərizəçi soyadı, adı və atasının adının onun şəxsiyyət vəsiqəsindəki soyadı, adı və atasının adı ilə və onun mərhum əri X3 onun şəxsiyyət vəsiqəsindəki soyadı ilə düz gəlməməsi (üst-üstə düşməməsi), həmin JN-1429, KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X49 hüquqmüəyyənedici sənəd olması və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən (onun hüquqi varisi olan) təşkilat- Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi və həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının bildirilməsi halları mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X49 Ərizəçi və onun mərhum X14na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan JN-1429 KOD 40105018 saylı Torpağa Mülkiyyət Hüququna X49 Ərizəçi və onun mərhum X14na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-444/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-444/2022
24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver