Məhkəmə qərarları › İş №e-2(019)-446/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-446/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-446/2023 12.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN 644 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və 799.3 kv/m həyətyanı torpaq sahəsinə verilmiş AN 168072 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədində Ərizəçi Həsən oğluna aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki,, o,xx xxxxxxx 1963-cü ildə Balakən rayonunda anadan olmuşdur. 1988-ci ildə Balakən rayonu Qaysa kənd sakini olmuş X5 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Balakən rayonu Yeni Şərif kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayonu Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və ailə üzvüləri X4, X2 və X1 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 799.3 kvm həyətyanı torpaq sahəsi verilmişdir. 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 644 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı, 799.3 kv/m həyətyanı torpaq sahəsinə isə AN 168072 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Lakin 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN 644 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və 799.3 kv/m həyətyanı torpaq sahəsinə verilmiş AN 168072 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində onun atasının adı texniki səhv olaraq “Məhəmməd” əvəzinə “Həsən” qeyd edilmişdir. Bu səbəbdən də sözügedən torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməmişdir. Hazırki vəziyyətdə 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN 644 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və 799.3 kvm həyətyanı torpaq sahəsinə verilmiş AN 168072 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində onun atasının adı səhv yazıldığına görə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Həmin sənədlərdə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarədən ona məlumat vermişlər ki, 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN 644 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və 799.3 kvm həyətyanı torpaq sahəsinə verilmiş AN 168072 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində Ərizəçi Həsən oğlundan Ərizəçi düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Həmin sənədin özünə məxsus olması barədə sənədi başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi atasının adı Məhəmməd olmuşdur. Onların ailəsində Həsən adlı şəxs olmamışdır və yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi atasının adı Məhəmməd olmuşdur.Onların ailəsində Həsən adlı şəxs olmamışdır və yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 644, KOD 40100028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Ərizəçi Həsən oğluna, X4, X2 və X1 Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 1.90 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş A seriyalı 168072 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Ərizəçi Həsən oğluna 499.3 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB-nın Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 361 nömrəli arayışdan görünür ki, Ərizəçi Həsən oğlu ilə eyni şəxsdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 09 fevral 2023-cü il tarixli 3-21-3-47/2-u- 0001-8/2 nömərli məktubda göstərilmişdir ki; “Dövlət Aktı və A №-168072 nömrəli “Torpaq sahəsinin Planı və ölçüsü” sənədlərində ata adınızın şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edərək qeyd olunmasına və həmin torpaq saəhələrinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı məlumat veririk ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-644 nömrəli “Dövlət aktı” və A№168072 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır.” Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Ərizəçi, X4, X2 və X1 1.90 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi və 799.3 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 644 KOD 40100028 nömrəli Dövlət Aktı,799.3 kv.m həyətyanı torpaq sahəsinə isə AN 168072 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanıb təqdim edilmişdir.Lakin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və AN 168072 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədində Ərizəçi ata adı səhvən “Həsən” yazılmışdır. Ərizəçi mülkiyyətində olan torpaq sahəsini qeydə aldırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sözügedən uyğunsuzluğa görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina etmişdir. Ərizəçi bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd hesab edilən JN-644, kod 40100028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və AN 168072 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədinin Ərizəçi Həsən oğluna aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-644, kod 40100028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və AN 168072 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədinin Ərizəçi Həsən oğluna aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar