Məhkəmə qərarları › İş №e-2(019)-446/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-446/2024

18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-446/2024 18.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Movluddinoviçin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı Movluddinoviç Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Zaqatala Regional Qaz İstismar İdarəsi tərəfindən mülkiyyətçisi olduğu Balakən şəhəri, A.Məmmədov küçə a ev2, mənzil-3 ünvanında yerləşən mənzilində qazdan istifadə ilə bağlı əsassız olaraq artıq ödənilmiş 294 (iki vüz doxsan dörd) manat pulun geri qaytarılması və 250 (iki yüzəlli) manat maddi ziyanın (çəkilmiş xərclər) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsi ilə İddiaçı Mövluddinoviçin Cavabdehnə qarşı ondan tutulan 294 manat və yola xərclənən 250 manat pulun ona qaytarılması tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. İşin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə İddiaçı Movluddinoviçin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı Movluddinoviçə qaytarılmalıdır. Həmçinin ərizəçi İddiaçı Movluddinoviçə hazırki ərizəsinin qəbul edilməsindən imtina edilməsinin Cavabdehnə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə İddiaçı Movluddinoviçin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı Movluddinoviçə qaytarılsın. Ərizəçi İddiaçı Movluddinoviçə hazırki ərizəsinin qəbul edilməsindən imtina edilməsinin Cavabdehnə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar