Məhkəmə qərarları › İş №e-2(019)-45/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-45/2024

11.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-45/2024 11.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov ibadullah Şamil oğlunun katibliyi, ölmüş İddiaçı hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, Ölmüş İddiaçı hüquqi varisi X3 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2v-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-373/2023 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair e-2(019)-373/2023 nömrəli mülki işin məhkəmə baxışına hazırlığın icraatı ölmüş İddiaçı hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-373/2023 saylı qərardadı ilə X5 ölmüş İddiaçı hüquqi varisi qismində tanınmışdır. İddia onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X23 verilmişdir. X15 və Cavabdeh1 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu ildə X15 və onun həyat yoldaşı Cavabdeh1 və şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. 2006-cı ildə hazırki iş üzrə cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Eyni zamanda o da həmin şəxslərə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala Rayon Məhkəməsində baxılaraq Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021ci il tarixdə 13 iyul 2006-cı il tarixli, 2- 212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilən 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağ sahəsinin 3557,57 kv.m torpaq sahəsinin hansı hissəni əhatə etməsi qeri-müəyyən olmaqla, həmin hissəni müəyyən edən plan cizgi və ya ayrıc aktı yaxud bölgü planı qətnaməyə əlavə edilməmişdir. Bu səbəbdən qətnamənin icra edilməsi mümkün deyildir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)- 1841/2021 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841 /2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2-212/2006 saylı qərardad ilə ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya 2 şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. 2022-ci ilin aprel ayında daşınmaz əmlakın dövlət reyestri xidməti ona bildirmişdir ki, mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh1 tərəfindən 1000 (min) manata X1. Lakin daşınmaz əmlakın dövlət reyestri xidməti 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsində olmasını və cavabdehlərlə həmin torpaq sahəsinin 0.17 ha hissəsinin alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almamışlar. Hazırda qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-552/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)- 552/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Həmin apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. X15 xx.xx.2003-cü il tarixdə ölmüşdür. 2014-cü ildə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2003-cü il tarixdə ölmüş X12 miras qalmış 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik açdırmış və Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnaməyə əsasən 0.3557 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsinə hər biri bərabər irs almışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-552/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi mübahisələndirildiyindən həmin çıxarışların verilməsinə əsas olan Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə bağlı məhkəmədə iddianın qaldırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında ölmüş İddiaçı hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13, Cavabdeh1 və X14 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X23 verilmişdir. 23 iyul 1999-cu ildə X15 və onun həyat yoldaşı Cavabdeh1 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. 2006-cı ildə Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Eyni zamanda İddiaçı da onlara qarşı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala rayon məhkəməsində baxılaraq Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 qarşı 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. X15 xx.xx.2003-cü il tarixdə ölmüşdür. 2014-cü ildə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2003-cü il tarixdə ölmüş X12 miras qalmış 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik açdırmış və Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnaməyə əsasən 0.3557 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsinə hər biri bərabər irs almışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra həmin torpaq sahəsinin 0.20 ha hissəsini xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda başqa şəxsə satmışlar. İddiaçı ilə aralarında 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı notarial qaydada bağlanmadığından Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli 2-212-2006 saylı qətnaməsi də qanunsuzdur. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi icrası mümkün olmayan qətnamədir. Qətnamədə mübahisəli torpaq sahəsinə dair plan cizgi və ya ayrıc aktı yaxud bölgü planı əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixdə ölmüş İddiaçı qalmış miras əmlaka 09 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə verilmiş, şəhadətnamə verilmiş miras əmlak isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101.9 kv.m olan fərdi yaşayış evidən və ümumi sahəsi 0.1009 ha olan torpaq sahəsindən ibarətdir. Hazırda mübahisə predmeti olan torpaq sahəsi miras kütləsinə daxil deyildir. Belə olan halda mərhum İddiaçı vərəsəsi olan arvadı X2 hazırki iddia ərizəsini müdafiə etmək üçün subyektiv hüququ yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrsüz səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına təkrarən gəlməmiş, işinin çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Zaqatala Rayon Məhkəməsinin (hakim S.Seyfullayevin sədrliyi ilə) 13 iyul 2006-cı il tarixli 2-212/2006 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddiası təmin edilmiş, X15 və Cavabdeh1 ilə İddiaçı arasında 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli 2- 212/2006 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li reyestr nömrəsi **********28 olan Çıxarışdan görünür ki, Balakən rayonu Qasbinə kəndində 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 nömrəli qərardadından görünür ki, həmin qərardadla Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)- 1841/2021 nömrəli qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2-212/2006 saylı qərardadından görünür ki, həmin qərardadla ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamədən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsələri: BALAKƏN, Ə.ANSUXSKİ K-Sİ, EV 5 , MƏN 19 ünvanında qeydiyyatda olan ARVADİ X11 QİZİDİR (AZE14694887, xx.xx.2014 - Balakən RPŞ, FİN:2M83D6D, d/t:xx.xx.1964) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə İddiaçı verilmiş **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101.9 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1009 ha olan torpaq sahəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********FM34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak JN 1862 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X23na əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.3557 ha torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Miras əmlakdan mərhumun arvadı Cavabdeh1, qızı Cavabdeh2dır. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 0.36 ha pay torpaq sahəsinə JN 1862 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X23 verilmişdir. 23 iyul 1999-cu ildə X15 və onun həyat yoldaşı Cavabdeh1 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. 2006-cı ildə Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmağını xahiş etmişlər. Eyni zamanda İddiaçı da onlara qarşı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala Rayon Məhkəməsində baxılaraq Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 qarşı 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. X15 xx.xx.2003-cü il tarixdə ölmüşdür. 2014-cü ildə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2003-cü il tarixdə ölmüş X12 miras qalmış 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik açdırmış və Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnaməyə əsasən 0.3557 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsinə hər biri bərabər irs almışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-126/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəyə minənədək Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)- 552/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə dair işin icraatı dayandırılmışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələri müəyyən edən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşdəki sübutlarla müəyyən olunur ki, JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 əsasında Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X13, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsi 23 iyul 1999-cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Qədirova (Əhmədova) Gülər Hacı qızının atası X15 və anası Cavabdeh1 tərəfindən İddiaçı satılmış, bu barədə tərəflər arasında şahidlərin iştirakı ilə sabiq Balakən rayonu Mahamalar kənd sovetində təsdiq olunmuş 23 iyul 1999-cu il tarixli sadə yazılı müqavilə bağlanmış və torpaq sahəsinin satış pulu ödənildikdən sonra həmin 0.17 ha torpaq sahəsi İddiaçı titul sahiblyinə, yəni faktiki sahibliyinə verilmişdir. X8 öldüyündən tərəflər bu sadə yazılı formada bağlanmış alqı-satqı əqdini notarial qaydada rəsmiləşdirə bilməmişlər. Eyni zamanda X15 öldüyü üçün onun mirası (hüquqları və vəzifələri: miras aktivi və miras passivi) onun arvadı Cavabdeh1 və qızı Qədirova (Əhmədova) Gülər Hacı qızına keçmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddiası araşdırılmış, qiymətləndirilmiş, qarşılıqlı iddia tələbinin predmetinə aid olaraq X15 və Cavabdeh1 ilə İddiaçı arasında 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, yəni etibarlı hesab edilmişdir. Həmin qarşılıqlı iddia üzrə mülki işdə mərhum X13 qızı Qədirova (Əhmədova) Gülər Hacı qızı və arvadı Cavabdeh1 cavabdeh qismində iştirak etmiş və məhkəmə həmin cavabdehlərə irəli sürülmüş qarşılıqlı iddia tələbini işin müəyyən olunmuş halları əsasında hüquqi cəhətdən qiymətləndirib bu qətnaməni qəbul etmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş 0.36 ha torpaq sahəsinə aid 0.17 ha torpaq (bağ) sahəsinin İddiaçı satılması ilə bağlı X15 və Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasına (etibarlılığına) dair fakt hazırki tərəflər üçün preyudisial, yəni məcburi əhəmiyət daşıyır və onun hazırki iş üzrə yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə olan halda qanunvericiliyin tələbinə əsasən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı titul sahibliyinə verilməsi, faktiki sahiblik və istifadəsində olması onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqi fakt kimi çıxış etmişdir və edir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin 0.17 ha torpaq sahəsinə hüquqları yaranmışdır və həmin qətnamə də bu hüquqların qeydə alınması üçün qanuni əsasdır. Lakin daşınmaz əmlakın dövlət reyestri orqanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bu faktoloji və hüquqi əsasları nəzərə almadan cavabdehlərin hər birinə 1/2 hissə olmaqla həmin 0.36 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almış və sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir ki, bununla da iddiaçının həmin 0.17 ha torpaq sahəsinə yaranmış hüquqlarını pozmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxış edir. Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bu faktoloji və hüquqi əsasları nəzərə almadan cavabdehlərin hər birinə 1/2 hissə olmaqla miras əmlaka Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da qanunsuz və əsasızdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi ilə mübahisə predmeti olan Balakən rayonu Qasbinə kəndində yerləşən 1700 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh tərəf arasında alqı-satqı müqaviləsi etibarlı hesab edildiyindən və bununla da Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh1 həmin 0.17 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- 0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməli olduğundan çıxarışın verilməsinə əsas olan Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Həmçinin iddia təmin edildiyindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 müştərək qaydada alınıb ölmüş İddiaçı hüquqi varisi X4 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X10, Cavabdeh1 və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 müştərək qaydada alınıb ölmüş İddiaçı hüquqi varisi X4 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar