Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-493/2023 23.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1, maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əmisi-xx.xx.1959-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. X12 onun əmisidir. Əmisi olan xx.xx.1959-cu il təvəllüdlü X13 anadangəlmə xəstədir. O orta dərəcəli əqli gerilik diaqnozu ilə psixi xəstədir. X3 rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində psixiatriya kabinetində xx.xx.1990-cı il tarixdən orta dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Həmin vaxtdan hal-hazıradək stasionar və ambulator müalicə alır. Xəstəliyi ilə əlaqədar olaraq X13 əlildir və əmək qabiliyyəti yoxdur. X13 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. X2, onun anası mərhum X1, atası mərhum X8, qardaşı X4 mülkiyyətində 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin X5 öz hərəkətlərinin mənasını anlaya, notariat orqanında mirasın qəbulu ilə bağlı notarius tərəfindən verilmiş sualları cavablandıra bilmədiyinə görə miras əmlakları rəsmiləşdirmək mümkün deyildir. X5 hazırda onun himayəsindədir. xx.xx.1959-cu il təvəllüdlü X7 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizəyə etiraz edərək göstərdi ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü X9 yaxın qohumu olmadığından göstərilən ərizə ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Ona görə də ərizənin baxılmamış saxlanmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 21 fevral 2023-cü il tarixli PHŞ-6-27/2-94/2023 nömrəli məktubdan görünür ki, Balakən rayonu Tülü kənd sakini 1959-cu il təvəllüdlü X12 MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetində xx.xx.1990-cı i tarixli “orta dərəcələi əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayçəndəsi tərəfindən verilmiş 03 iyun 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 396018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 may 2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 26 fevral 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 648558 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19 fevral 2014-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 03 iyun 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 396018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 may 2010cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Mərkəzi” Rublik hüququi Şəxsi tərəfindən verilmiş 17.0.2023-cü il tarixli 508 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, xx.xx.1959-cu ildə doğulmuş X12 yüngül dərəcəli Kəmağıllıq (ifadə olunmuş Debillik səviyyəsində). Davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir.O, öz əməllərinin faktiki xarakterini tam dərk etmək,öz hərəkətlərini tam ifadə etmək iqtidarında deyildir. X13 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilə bilər. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini,Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əmisi-xx.xx.1959-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasında ərizəyə etiraz edərək, Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü X9 yaxın qohumu olmamasını, bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmadığını göstərərək ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir.Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, hazırkı işdə hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-nin 259.0. və 259.0.10-cu maddələrinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalıdır. Məhkəmə işin hallarını, Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü X9 yaxın qohumu olmamasını, hüquq haqqında mübahisə olmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi baxılmamış saxlanmalıdır. 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, sözügedən ərizə ilə məhkəməyə X7 yaxın qohumları və ya Qəyyumluq və Himayə Komissiyası müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçi izah olunur ki, sözügedən ərizə ilə məhkəməyə X7 yaxın qohumları və ya Qəyyumluq və Himayə Komissiyası müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-493/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-493/2023
23.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver