Məhkəmə qərarları › İş №e-2(019)-521/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-521/2025

12.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-521/2025 12.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Maraqlı şəxs* nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *9 fevral 2007-ci il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Katex kəndində yaşayır. *9 fevral 2007-ci il tarixdə doğulmuş qızı X6 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F20.0 diaqnozu ilə xəstədir. O, Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır. Xəstəliyi ilə bağlı ona ** yaşından əlillik təyin edilmişdir. Hal-hazırda *-ci qrup müddətsiz əlildir. Qızı Aytac xəstə olduğundan ona yeni təqaüd kartının alınması mümkün olmamışdır. Qızı Aytac onun himayəsində yaşayır və onu özü baxır, qulluq göstərir və onun müntəzəm olaraq kənar şəxsin qulluğuna ehtiyacı var. Qızı Aytacın təqaüd kartının alınması və dövlət tərəfindən əlillər üçün müəyyən edilmiş digər imtiyazlardan istifadə edilməsi üçün müvafiq təşkilatlara müraciət olunur. Lakin o, xəstə olduğundan sənədləri imzalamaq iqtidarında deyil. Aytacın əvəzinə lazımi sənədlərin imzalanması səlahiyyəti başqa şəxsə verilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Maraqlı şəxs* nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən *7 yanvar 2009-cu il tarixdə verilən AZ-ll seriyalı 22*240 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 *9 fevral 2007-ci ildə anadan olmuşdur. X*, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*0 X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli 329 nömrəli rəyində göstərilmişdir ki, Yoxlanılan şəxs X3 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ“ (F 72.*) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, xəstəliyinə görə ona İ qrup əlillik təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, nitqinin olmaması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. *9 fevral 2007-ci il tarixdə doğulmuş X6 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ xəstəliyindən əziyyət çəkməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Yoxlanılan şəxs X4 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 3*9-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, *9 fevral 2007-ci il tarixdə doğulmuş X3 “Ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntusu F72.*” psixi xəstəliyi aşkar edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq X6 öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. *-ci qrup əlildir. Ərizəçi qızı Aytacın təqaüd kartının alınması və dövlət tərəfindən əlillər üçün müəyyən edilmiş digər imtiyazlardan istifadə edilməsi üçün müvafiq təşkilatlara müraciət etmişdir. Qızının xəstəliyi, yəni psixi pozuntuları ilə əlaqədar olaraq qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*0 X7 Şöbəsinin rəyinə əsasən X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, *9 fevral 2007-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *9 fevral 2007-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar