Məhkəmə qərarları › İş №e-2(019)-533/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-533/2024

15.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-533/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə*,maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 iyun *967-ci il tarixdə Balakən rayonunda doğulmuş bacısı- X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx *965-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olub və Mahamalar kəndində yaşayır. X* 30.07.20*3-cü ildə vəfat etmiş, anası X7 26.02.20*3-cü ildə vəfat etmişdir. Onun ata-anasından doğma bacısı- 25 iyun *967-ci ildə anadan olmuş X6 anadangəlmə xəstədir.O,paranoid şizofreniya ruhi-sferasının dərin qüsur diaqnozu ilə xəstədir və Balakən psixiatrik dispanserində qeydiyyatdadır.X9 Xəstəxanasında müalicə olunmuşdur. Bacısı- X6 öz xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. O mərhum X*ndan və mərhum anası X4 miras qalmış əmlakları sənədləşdirmək istəyir. Lakin bacısı X6 öz hərəkətlərinin mənasını anlaya, notariat orqanında mirasın qəbulu ilə bağlı notarius tərəfindən keçirilmiş suallara cavab verə bilmədiyinə görə miras əmlaklarını rəsmiləşdirmək qeyri-mümkündür. Bacısı- 25 iyun *967-ci ildə anadan olmuş X3 öz xəstəliyi ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona hazırda özü qullluq edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X6 anadangəlmə əlildir. O, ”şizofreniya,paranoid forma, qüsur vəziyyəti XBT-*0 F20.0 ” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq onun əmək qabiliyyəti yoxdur. X6 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 25 iyun *967-ci ildə anadan olmuş X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 07 avqust *967-ci ildə verilmiş *287385 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 iyun *967-ci ildə anadan olmuşdur. X*, anası X7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 04 yanvar *966-cı ildə verilmiş ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx *965-ci ildə anadan olmuşdur. X*, anası X7 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*4 X** Şöbəsinin xx.xx.2024-cü il tarixli 560 nömrəli rəyində göstərilmişdir ki,yoxlanılan şəxs X6 hal-hazırda ŞİZOFRENİYA,PARANOİD FORMA,QÜSUR VƏZİYYƏTİ XBT- *0 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-*0-cu baxış) F20.0 xəstəliyindən əziyyət çəkir.X6 ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT- *0 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-*0-cu baxış) F20.0 xəstəliyi keçirməsi səbəbindən o, öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X6 ŞİZOFRENİYA,PARANOİD FORMA,QÜSUR VƏZİYYƏTİ XBT- *0 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-*0-cu baxış) F20.0 xəstəliyi keçirməsi səbəbindən FƏALİYYƏT QABLİYYƏTİ OLMAYAN sayıla bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi bacısı, 25 iyun *967-ci ildə anadan olmuş X6 paranoid şizofreniya fasiləsiz gedişli hallisinator paranoid sindromu diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X6 öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 25 iyun *967-ci ildə anadan olmuş X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*4 X** Şöbəsinin xx.xx.2024-cü il tarixli 560 nömrəli rəyinə əsasən X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı–25 iyun *967-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı–25 iyun *967-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar