Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-534/2024 19.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı-22 aprel 1971-ci ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ki,o,xx xxxxxx 1965-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş və Mahamalar kəndində yaşayır. X3 xx.xx.2013-cü ildə , anası X10 isə xx.xx.2013-cü ildə vəfat etmişdirlər. Onun doğma bacısı, 22 aprel 1971-ci ildə anadan olmuş X9 anadangəlmə xəstədir. O, paranoid şizofreniya ruhi-sferasının dərin qüsuru diaqnozu ilə xəstədir və Balakən psixiatrik dispanserində qeydiyyatdadır. X12 Xəstəxanasında müalicə olunmuşdur. X1 kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Daimi olaraq psixatriya preparatları qəbul edir. İ qrup əlildir. X9 öz xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. O, mərhum X3ndan və mərhum anası X6 miras qalmış əmlakları sənədləşdirə bilmir. Lakin bacısı X9 öz hərəkətlərinin mənasını anlaya, notariat orqanında mirasın qəbulu ilə bağlı notarius tərəfindən keçirilmiş suallara cavab verə bilmədiyinə görə miras əmlaklarını rəsmiləşdirmək qeyri-mümkündür. Bacısı 22 aprel 1971-ci ildə anadan olmuş X5 öz xəstəliyi ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona hazırda özü qulluq edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi -vəkili Nümayəndə1 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında göstərdi ki, Ərizəçi bacısı, 22 aprel 1971-ci ildə anadan olmuş X9 anadangəlmə xəstədir.O,paranoid şizofreniya ruhisferasının dərin qüsuru diaqnozu ilə xəstədir və Balakən psixiatrik dispanserində qeydiyyatdadır, İ qrup əlildir. X9 öz xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. Odur ki, 22 aprel 1971-ci ildə anadan olmuş X5 öz xəstəliyi ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X14 Şöbəsinin xx.xx.2024-cü il tarixli 442 saylı rəyindən görünür ki, 22 aprel 1971-ci il tarixdə doğulmuş X9 ŞİZOFRENİYA,PARANOİD FORMA,QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F20.0 xəstəliyi keçirməsi səbəbindən FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi bacısı- 22 aprel 1971-ci il tarixdə doğulmuş X9 “ŞİZOFRENİYA,PARANOİD FORMA,QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F20.0” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X9 öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 22 aprel 1971-ci ildə doğulmuş X5 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X14 Şöbəsinin xx.xx.2024-cü il tarixli 442 saylı rəyinə əsasən X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı- 22 aprel 1971-ci il tarixdə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı- 22 aprel 1971-ci ildə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-534/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-534/2024
19.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver